Icma.az
close
up
RU
Suriyanın şimalında silahlar susur: Türkiyə prosesləri izləyir, İsrail riskləri ölçür TƏHLİL

Suriyanın şimalında silahlar susur: Türkiyə prosesləri izləyir, İsrail riskləri ölçür TƏHLİL

Apa.az portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.

Suriyanın şimalında son aylarda müşahidə olunan proseslər klassik hərbi qarşıdurma məntiqindən çıxaraq daha mürəkkəb, çoxqatlı və uzunmüddətli siyasi transformasiya mərhələsinə daxil olunduğunu göstərir. Bu mərhələni nə ani hakimiyyət dəyişikliyi, nə də açıq hərbi qələbə və ya məğlubiyyət kimi xarakterizə etmək mümkündür. Əksinə, regionda on ildən artıq müddətdə formalaşmış paralel silahlı və inzibati strukturların tədricən funksionallığını itirməsi, onların yerini isə siyasi dialoq, selektiv inteqrasiya və idarəolunan sabitləşmə mexanizmlərinin tutması ilə müşayiət olunan keçid dövründən söhbət gedir.

Suriyalı siyasi şərhçi Ammar Qahf bu prosesi APA-ya şərh edərkən xüsusilə vurğulayır ki, Suriyanın şimalında baş verənlər “birdən-birə çökmə və ya sistemin dağılması kimi başa düşülməməlidir”.

Onun sözlərinə görə, regionda uzun illər mövcud olmuş parçalanmış idarəetmə mexanizmləri “İŞİD-ə qarşı müharibə və beynəlxalq hərbi iştirak kimi istisna və müvəqqəti şəraitlər hesabına ayaqda qalmışdı”. Ammar Qahf hesab edir ki, həmin istisna şəraitlər aradan qalxdıqca, bu strukturların da davamlı qalması real deyil və proses təbii şəkildə yenidən mərkəzləşməyə doğru irəliləyir.

Bu məqam isə regional aktorlar üçün də yeni reallıqlar yaradır.

Terror və təhlükəsizlik üzrə türkiyəli ekspert İsmail Cingöz Suriyada dəyişən dinamikanın Türkiyə tərəfindən sırf xarici siyasət mövzusu kimi deyil, birbaşa milli təhlükəsizlik məsələsi kimi qəbul edildiyini bildirib.

Onun fikrincə, Türkiyənin Suriya ilə 911 kilometrlik sərhədi var və bu sərhəd boyunca baş verən hər bir dəyişiklik Ankaranın təhlükəsizlik hesablamalarına birbaşa təsir edir.

Ekspert əlavə edir ki, illər boyu qeyri-dövlət silahlı strukturların mövcudluğuna şərait yaradan beynəlxalq balans indi dəyişir və bu, həmin strukturların manevr imkanlarını daraldır.

Mərkəzi hökumətin mövqelərinin möhkəmlənməsi bu transformasiyanın əsas sütunlarından biridir. Ammar Qahf qeyd edir ki, Dəməşq artıq ölkənin əsas əhali mərkəzləri, strateji dəhlizlər və iqtisadi baxımdan həyati əhəmiyyət daşıyan bölgələr üzərində nəzarəti bərpa edib. Onun sözlərinə görə, nəzarətin genişlənməsi hərbi blitzkriq yolu ilə deyil, mərhələli şəkildə, lokal razılaşmalar və təhlükəsizlik mexanizmləri vasitəsilə həyata keçirilir.

Qahf xüsusilə vurğulayır ki, Hələbin kürdlərin çoxluq təşkil etdiyi rayonlarında bu proses “mülki əhali üçün minimum pozuntu ilə və kütləvi zorakılıq olmadan” baş verib.

Bu vəziyyət İsrail prizmasından da diqqətlə izlənilir. İsrailli politoloq Yuri Boçarov bildirir ki, Dəməşqin mövqelərinin güclənməsi hələlik tam və dayanıqlı dövlət nəzarəti demək deyil.

Boçarov qeyd edib ki, “Suriya dövləti formal olaraq hakimiyyətini bərpa etsə də, ölkənin bütün bölgələrində eyni səviyyədə təhlükəsizlik və nəzarət nümayiş etdirə bilmir”.

O vurğulayır ki, İsrail üçün əsas məsələ mərkəzi hökumətin güclənib-güclənməməsindən çox, həmin ərazilərdə İsrailə qarşı yönələ biləcək radikal və ya İran yönlü silahlı qruplaşmaların möhkəmlənib-möhkəmlənməyəcəyidir.

Suriyanın şimalında təhlükəsizlik məsələlərinin lokal xarakter alması prosesin başqa bir mühüm göstəricisidir.

Ammar Qahf yeraltı tunel infrastrukturu və sabotaj risklərindən danışarkən deyir ki, mövcud tunel şəbəkələri sistemli və ölkə miqyasında koordinasiya olunmuş xarakter daşımır. Onun fikrincə, bu şəbəkələr əsasən keçmiş cəbhə xətlərində və qeyri-dövlət silahlı qruplarının uzunmüddətli qarşıdurma gözlədiyi məkanlarda cəmləşib. Təmizləmə əməliyyatları isə vahid hərbi kampaniya kimi deyil, seçici və mərhələli təhlükəsizlik tədbirləri kimi həyata keçirilir.

Bu yanaşma İsrailin təhlükəsizlik fəlsəfəsi ilə də səsləşir.

Yuri Boçarov qeyd edir ki, İsrail “belə mürəkkəb və qeyri-sabit mühitdə qeyri-dövlət silahlı qüvvələrinə birbaşa hərbi dəstək göstərmək istəmir”. Onun sözlərinə görə, İsrail üçün prioritet təhlükəsizliyin öz resursları və çoxkanallı çəkindirmə mexanizmləri vasitəsilə təmin edilməsidir. Bu səbəbdən İsrail Suriyada konkret silahlı strukturun taleyindən daha çox, ümumi təhlükəsizlik konfiqurasiyasına diqqət yetirir.

Suriya Demokratik Qüvvələrinin gələcəyi məsələsi bu keçid mərhələsinin ən həssas və ziddiyyətli mövzularından biri olaraq qalır.

Ammar Qahf diqqətə çatdırır ki, SDQ artıq “vahid siyasi-hərbi layihə kimi öz daxili bütövlüyünü itirib”. Onun fikrincə, struktur daxilində “ərəb tayfaları ilə yığılıb qalmış narazılıqlar, kimlik ziddiyyətləri və zəif sosial legitimlik” getdikcə daha açıq şəkildə özünü göstərir. Qahf vurğulayır ki, bu reallıq fonunda SDQ-nin gələcəyi genişmiqyaslı hərbi müqavimət üzərindən deyil, fərdi və şərtli inteqrasiya mexanizmləri üzərindən formalaşa bilər.

Bu nöqtədə Türkiyənin mövqeyi əlavə təzyiq və çəkindirici amil kimi çıxış edir.

İsmail Cingöz bildirir ki, Türkiyə sərhədləri boyunca PKK-nın hər hansı muxtar quruluş və ya dövlət yaratmasına “qətiyyən imkan verməyəcək”. Onun sözlərinə görə, əgər PYD-nin mərkəzi hökumətlə inteqrasiyası Türkiyə üçün birbaşa təhlükə yaradarsa, Ankara beynəlxalq hüququn verdiyi imkanlardan istifadə edərək hərbi əməliyyat keçirmək hüququnu özündə saxlayır. Lakin Cingöz əlavə edir ki, Türkiyə üçün əsas məqsəd təhlükəni hərbi eskalasiya yolu ilə deyil, siyasi və inzibati inteqrasiya mexanizmləri vasitəsilə aradan qaldırmaqdır.

İsrail baxımından isə SDQ-nin taleyi simvolik yox, funksional məsələdir.

Yuri Boçarov əlavə edir ki, “SDQ-nin tam hərbi yolla sıxışdırılıb çıxarılması İsrail üçün avtomatik olaraq strateji məğlubiyyət sayılmır”. O hesab edir ki, əsas sual həmin ərazilərdə hansı qüvvələrin nəzarəti ələ alacağı və təhlükəsizlik boşluğunun yaranıb-yaranmayacağıdır. Əgər inteqrasiya prosesi xaosu azaltsa və radikal qruplaşmaların qarşısını alarsa, bu ssenari İsrail üçün qəbulolunan hesab edilə bilər.

Bu yanaşmalar göstərir ki, Suriyanın şimalında baş verənlər təkcə daxili Suriya məsələsi deyil, regional təhlükəsizlik arxitekturasının yenidən qurulması prosesidir.

Ammar Qahf fikrini yekunlaşdıraraq bildirir ki, hazırkı mərhələ qaliblər və məğlublar haqqında deyil, Suriyanın hərbiləşdirilmiş idarəetmədən siyasi və inzibati inteqrasiyaya keçib-keçə bilməyəcəyi haqqındadır. Onun sözlərinə görə, prosesin uğuru daxili dialoqun, desentralizasiya ilə mərkəzləşmə arasında balansın və hüquqi çərçivənin formalaşdırılmasından asılı olacaq.

İsmail Cingöz isə bu keçidin regional aktorların təhlükəsizlik narahatlıqları nəzərə alınmadan dayanıqlı olmayacağını vurğulayır və qeyd edir ki, Suriyada istənilən siyasi model qonşu ölkələrin təhlükəsizlik həssaslıqları ilə uzlaşdırılmalıdır.

Yuri Boçarov da oxşar mövqedən çıxış edərək bildirir ki, regionda vəziyyət dinamik olaraq qalır və bu mərhələdə tamamlanmış, sabit və dəyişməz ssenaridən danışmaq hələ tezdir.

Suriyanın şimalında formalaşan yeni mərhələ silahlı qarşıdurmaların tükəndiyi, lakin siyasi razılaşmaların hələ tam formalaşmadığı mürəkkəb bir keçid dövrüdür. Bu prosesin sonu əvvəlcədən müəyyən olunmayıb və hərbi gücdən daha çox siyasi çeviklik, regional balans və daxili inteqrasiya mexanizmlərinin nə dərəcədə işlək olacağı ilə müəyyənləşəcək.

Faiq Mahmudov

Dəryanur Cəfərova

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:49
embedMənbə:https://apa.az
archiveBu xəbər 27 Yanvar 2026 15:26 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Baş katib Azər Allahverənov Azərbaycan və Türkiyə QHT nümayəndələri ilə görüşüb

26 Yanvar 2026 12:05see281

ABŞ Cənubi Qafqazda kimə nə verir: məhsul, yoxsa rol bölgüsü? TƏHLİL

26 Yanvar 2026 14:18see254

Bu il evlənəcəklər

26 Yanvar 2026 18:08see224

Bundesliqa: Ştutqart darmadağına sevindi

26 Yanvar 2026 00:54see209

İranlı həkimdən ŞOK SÖZLƏR Etirazlarda öldürülən 1000 nəfərin… KONKRET

25 Yanvar 2026 20:41see206

Rusiya istənilən dövrdə təhlükədir Navrotski

26 Yanvar 2026 09:20see203

Milli Məclislə Bəhreyn Krallığı Nümayəndələr Şurası arasında anlaşma memorandumu imzalanıb

25 Yanvar 2026 20:58see195

ABŞ in vitse prezidenti Cənubi Qafqaza nəyə gəlir?

26 Yanvar 2026 13:27see183

“Liverpul”un paylaşımında hörmətsizlik, yoxsa diqqətsizlik? FOTO

26 Yanvar 2026 21:43see182

“Apple” bu il bu məhsulları təqdim etməyi düşünür YENİLİKLƏR

26 Yanvar 2026 07:23see177

Vensin səfəri həm də bəzi qüvvələrə ABŞ ın siyasi mesajıdır

27 Yanvar 2026 11:50see165

Azərbaycanda uşaqlı ailələrə 500 manat pul veriləcək? RƏSMİ CAVAB

26 Yanvar 2026 06:26see163

Martda ata olacaqdı, sevinə sevinə işə gedirdi Ağır qəza 25 yaşlı gəncin həyatına son qoydu

26 Yanvar 2026 01:43see162

Agentlik 8 ölkədən jurnalist və blogerləri Azərbaycana gətirmək istəyir

25 Yanvar 2026 21:16see162

Bunları edin, dırnaqlarınız möhkəm olacaq

26 Yanvar 2026 05:11see157

Nazirlərin və komitə sədrlərinin qəbuluna düşmək istəyənlərin NƏZƏRİNƏ

27 Yanvar 2026 13:00see151

Mənzil və Avatr 07 Pro qaliblərə təqdim olundu Birmarket lotereyası yekunlaşdı

26 Yanvar 2026 18:47see149

“Nikosayağı” 3 il sonra ilk dəfə öz görüntüsünü PAYLAŞDI VİDEO

27 Yanvar 2026 00:39see148

Cazibədar aparıcı görün kimin qızı imiş FOTO

26 Yanvar 2026 04:44see146

Mançester Siti vingerini bu kluba satır Razılıq əldə edildi

26 Yanvar 2026 17:48see140
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri