Icma.az
close
up
RU
Suriyanın son xəritəsi Hansı qrup hansı əraziləri idarə edir? KONKRET

Suriyanın son xəritəsi Hansı qrup hansı əraziləri idarə edir? KONKRET

Konkret.az portalından alınan məlumata görə, Icma.az xəbər verir.

Xəbər verdiyimiz kimi, illərdir cəbhə xəttinin arxasında qalan üsyançılar, səkkiz ildən sonra noyabrın 27-də  Hələb vilayətinin qərbindəki kəndlərində hücuma keçiblər.

KONKRET.az xəbər verir ki, müxalif qrupları Türkiyə sərhədindəki Hələb və İdlib əyalətlərindən cənuba doğru irəliləyərək Həmanı ələ keçiriblər. Həma Hələb və Dəməşqi birləşdirən 330 kilometrlik yolun üçdə birini əhatə edən kritik bölgədir. Bu yerin ələ keçirilməsi ilə Əsəd qüvvələrinin zərərsizləşdirildiyi bildirilib.

Bu yerin tutulması həm də müxalifətin Dəməşq də daxil olmaqla cənuba doğru irəliləməsinə yol açmış ola bilər. Əgər Dəməşq tamamilə müxalifət qüvvələrinin əlinə keçərsə, hökumət 14 əyalət mərkəzindən yalnız ikisinə tam nəzarət edəcək. Bu iki yer ələvilərin qalası olaraq görülən Latakiya və Tartusdur.

Hansı qrup hansı ərazilərə nəzarət edir?

HTS-in rəhbərlik etdiyi müxalif silahlı qruplar hazırda Suriyanın qərbində Hələb, Həma və Homs şəhərlərinə nəzarət edir. Qruplar cənuba doğru irəliləyərək cənub-qərbdə Dəməşqə daxil olub. Ölkənin ən cənub ucunda yerləşən Dera bölgəsi də HTS-in nəzarəti altındadır.

Dekabrın 7-nə olan məlumata görə, digər yerli rəqiblərin də Dera ətrafında böyük və kiçik əraziləri var.

Son hadisələrdən sonra qərb sahilində yerləşən Latakiya və Tartusun Suriyanın digər bölgələri ilə əlaqəsi kəsilib.Ölkənin şimal-şərq hissəsində böyük bir ərazi kürdlərin rəhbərlik etdiyi Suriya Demokratik Qüvvələrinin (SDQ) idarəçiliyi altındadır. Şimalın əhəmiyyətli bir hissəsi də Suriya Milli Ordusunun nəzarətindədir.

Ölkənin cənub-şərqində İraqla sərhəddə ABŞ-ın Əl-Tanf hərbi bazası yerləşir.

Dəranın şimal-qərbində isə  İsrailin işğalı altında olan Qolan təpələridir./milliaz

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:123
embedMənbə:https://konkret.az
archiveBu xəbər 09 Dekabr 2024 12:05 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Tramp: Putinə səbrim çox tez tükənir

13 Sentyabr 2025 00:33see178

Bakı metrosunda sərnişinləri sevindirəcək YENİLİK: Sentyabrın 15 dən...

12 Sentyabr 2025 10:54see153

İntihar etdiyi deyilən türk aktrisadan xəbər var

12 Sentyabr 2025 13:37see142

Təcrübəli futbolçularımız da sözlərini dedilər Rüstəm Məmmədov

12 Sentyabr 2025 00:01see139

“Çarli Kirk cəmiyyətin qəlbini qazandığı üçün öldürülən lider“ “Washington Examiner“

11 Sentyabr 2025 21:02see136

Arıqlamağa kömək edən İÇKİ Effekti təsdiqləndi

12 Sentyabr 2025 03:32see136

Ermənipərəst senatorun həyat yoldaşı da məhkum edilib

11 Sentyabr 2025 22:12see135

Məcburi köçkünləri təhqir etdiyi üçün işindən azad edildiyi deyilən aparıcıdan AÇIQLAMA

12 Sentyabr 2025 00:00see133

Amerikada qızılcaya yoluxan uşaq ölüb

12 Sentyabr 2025 15:13see132

Liqa 1: Marsel darmadağına sevindi

13 Sentyabr 2025 01:51see126

Heç vaxt icazə verməyəcəyik ki, bir əsgər belə... Salvini

12 Sentyabr 2025 01:45see125

Yaşmada sex yandı

13 Sentyabr 2025 10:49see124

Paketadan ayrılıq qərarı

12 Sentyabr 2025 14:29see124

Tailandda quduzluq epidemiyası yayılır

13 Sentyabr 2025 01:25see123

Ukraynalılar Bakı Bulvarında Rusiyaya etiraz etdi Bizə qardaş deyirlər, sizə dost deyirlər

12 Sentyabr 2025 22:54see122

Kanelo Dana Uayt haqqında danışan spikerin sözünü kəsib

13 Sentyabr 2025 00:18see120

Uşaqda məktəbdən sonra baş ağrısının 5 SƏBƏBİ

12 Sentyabr 2025 16:09see119

“Putin üçün iqtisadiyyat artıq siyasi məsələdir“ Aleksaşenko

11 Sentyabr 2025 21:52see119

ABŞ Konqresində UNO dinləmələri

12 Sentyabr 2025 01:19see113

“Millət vəkili” anlayışı kimi “ekspert” sözü də cəmiyyətdə formalaşır Fazil Mustafa

12 Sentyabr 2025 19:38see113
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri