Icma.az
close
up
RU
Suriyanın strateji şəhəri ələ keçirildi 3 ölkənin XİN rəhbəri təcili toplanır

Suriyanın strateji şəhəri ələ keçirildi 3 ölkənin XİN rəhbəri təcili toplanır

News24 saytından verilən məlumata görə, Icma.az xəbər verir.

Suriya Milli Ordusunun dəstəklədiyi “Həyat Təhrir əş-Şam” (HTŞ) silahlıları 2 günlük döyüşlərdən sonra Həma şəhərini ələ keçirib.

News24.az xəbər verir ki, silahlılar Həma şəhərində və Həma Beynəlxalq Hava Limanında çoxlu sayda döyüş təyyarəsi, tank, zirehli texnika və ağır silahlar ələ keçirib. Silahlılar şəhərdə Suriya rejiminin heykəllərini dağıdaraq atəşfəşanlıq ediblər. Hümsdan çoxlu mülki əhali karvanlarla Dəməşqə qaçıb.

Bu arada Hümsdə HTŞ-yə bağlı hücrələrin Suriya rejim qüvvələri ilə toqquşduğu iddia edilib. 

HTŞ növbəti əsas hədəfi olan Hümsə doğru irəliləməyə davam edib. M5 magistral yolu ilə sürətlə cənuba enən silahlılar səhər saatlarında Hümsdən bir qədər kənarda yerləşən əl-Rastan şəhərini ələ keçiriblər. Suriya ordusu Həmanı itirdikdən dərhal sonra bu şəhərdəki mövqelərindən geri çəkilib.

Rusiya döyüş təyyarələri əl-Rastan şəhərində M5 avtomobil yolunu birləşdirən körpünü hədəfə alıb. Rusların hücumu nəticəsində körpü dağılıb. Bununla belə, HTS-in irəliləyişini ləngitmək mümkün olmayıb.

Əl-Rastanda yerləşdirilən HTŞ silahlıları Hümsdən əvvəl sonuncu şəhər olan Təlbisə atəş açıblar. Yerli vaxtla günortaya yaxın Təlbisə şəhəri də HTŞ-nin nəzarətinə keçib.

Bu arada şərqə doğru irəliləyən müxalif qüvvələr Selamiyə şəhərini də ələ keçirib. Hümsün şimal-şərqində yerləşən bu şəhərdən hücuma keçmək mümkün ola bilər.

Bu arada HTS silahlıları şərqə doğru irəliləyib. Həmanın şərqindəki Maharda və Maarr Zaf şəhərləri HTŞ-nin əlinə keçib. 

İraq dövlət xəbər agentliyinin məlumatına görə, İraqın xarici işlər naziri Fuad Hüseyn cümə günü Suriyadakı vəziyyəti müzakirə etmək üçün suriyalı və iranlı həmkarları ilə görüşəcək.

Cümə günü keçiriləcək görüş Suriya üsyançılarının keçən həftə İranın dəstəklədiyi Suriya prezidenti Bəşər Əsəddən Hələbin əsas şimal şəhərini ələ keçirməsi ilə başlayan və cümə axşamı Həma şəhərini ələ keçirmələri ilə davam edən sürətli irəliləyişdən sonra keçirilir.

İraqın dövlət xəbər agentliyi (INA) cümə axşamı səhər saatlarında Suriyanın xarici işlər naziri Bassam Sabbaghın İraqın paytaxtı Bağdada çatdığını və İranın xarici işlər nazirinin bu gün gələcəyini bildirib.

İraq və Suriya mənbələri bəzi iraqlı döyüşçülərin bu həftənin əvvəlində Əsədi dəstəkləmək üçün Suriyaya daxil olduğunu bildirib. İraqın İranla müttəfiqi “Haşd əş-Şaabi” hərbiləşdirilmiş koalisiyası Suriya sərhədində hərəkətə keçərək, bunun İraqa yayılacağı təqdirdə sırf qabaqlayıcı tədbir olduğunu bildirib.

Aynurə

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:100
embedMənbə:https://news24.az
archiveBu xəbər 06 Dekabr 2024 11:22 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Gənclərimiz bundan sonra daha ayıq sayıq olmalıdırlar

23 Dekabr 2025 10:26see213

“Konstitusiya və Suverenlik İli” münasibətilə muzeylərə mediatur təşkil olunub FOTOLAR

23 Dekabr 2025 18:44see196

Bu ölkə yaşayış icazəsi və vətəndaşlıq tələblərini sərtləşdirir

24 Dekabr 2025 04:46see179

Elektron siqaretlər qadağan olunur Sahibkarlar xəbərdarlıq edir: Bizneslər bağlanacaq, insanlar işsiz qalacaq

23 Dekabr 2025 09:14see166

Nüşabə Ələsgərli: Bizim dövrümüzdə qızın müğənni olmağına yaxşı baxmırdılar

23 Dekabr 2025 11:03see155

“Barışı ən çox Hande ilə yaraşdırıram” Gupse Özay

23 Dekabr 2025 20:41see153

Gümüşün qiyməti tarixi maksimumunu yeniləyib

23 Dekabr 2025 22:41see152

Tərəqqi və rifah siyasəti Fotolar

23 Dekabr 2025 18:16see152

FHN ASAN Xidmətdə təlim keçirdi Foto

23 Dekabr 2025 11:05see147

Vizada dəyişiklik: Seçim artıq təsadüfi olmayacaq

24 Dekabr 2025 15:45see143

Ramin Axundov axtarışa verildi FOTO

23 Dekabr 2025 22:05see141

Mövsümi qripdən qorunmağın 5 yolu Mütəxəssisdən tövsiyə

23 Dekabr 2025 06:07see141

Cəlilabadda sakinləri təngə gətirən PROBLEM

23 Dekabr 2025 08:38see140

Kərkicahan Bir kənd, iki tale

24 Dekabr 2025 06:46see134

Prezidentin sərəncamı ilə bu şəxslərə 200 manat veriləcək Bayram ərəfəsində...

23 Dekabr 2025 11:03see131

Binəqədi sakinlərindən ETİRAZ: “Prezidentə necə çatdıraq ki, icra hakimiyyəti işləmir” Şikayətçi (FOTOLAR)

23 Dekabr 2025 11:50see131

“Səsi yaxşı çıxır, pis deyil” Ferstappen yeni “Formula 1” mühərrikinin səsini təriflədi

24 Dekabr 2025 01:02see130

Zaur Axundov “Araz Naxçıvan”ın avrokubok şansını bitirdi! bir qərara sözardı

24 Dekabr 2025 00:11see130

Ən simic bürclər Pul xərcləmirlər

24 Dekabr 2025 03:24see127

Türkiyədə Liviyanın Baş Qərargah rəisinin olduğu təyyarə ilə radar əlaqəsi kəsilib

23 Dekabr 2025 23:06see125
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri