Suriyanın Sveyda şəhərindəki druz icması Ali Hüquq Komitəsi yaradıb
Icma.az bildirir, Apa.az portalına istinadən.
Suriyanın Sveyda şəhərindəki druz icmasının rəhbərləri şəhərin idarəçiliyini ələ keçirmək üçün hakim və hüquqşünaslardan ibarət Ali Hüquq Komitəsi yaradıb.
APA xəbər verir ki, komitə inzibati, təhlükəsizlik və xidmət sahələrinə nəzarət edən müvəqqəti icraçı ofis və yeni təhlükəsizlik qüvvələri rəhbərliyi təyin edib.
Bu addım druzlarla Dəməşq hökuməti arasında son vaxtlar artan toqquşmalardan sonra atılıb.
Məlumata görə komitə Sveydada inzibati, təhlükəsizlik və xidmət sektorlarına nəzarət edəcək, korrupsiya ilə mübarizə aparacaq, dövlət və özəl mülkiyyəti qoruyacaq.
İlkin olaraq müvəqqəti icra aparatı yaradılacaq və Daxili Təhlükəsizlik Qüvvələrinə yeni rəhbərlik təyin olunacaq.
Suriya hökumətindən məsələ ilə bağlı hələ ki, heç bir açıqlama verilməyib.
Baxış sayı:35
Bu xəbər 08 Avqust 2025 08:06 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
Əlaqə
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















