Icma.az
close
up
RU
Suriyanın xəritəsi dəyişir: Baş verənlər Türkiyənin nəzarətindədir

Suriyanın xəritəsi dəyişir: Baş verənlər Türkiyənin nəzarətindədir

Icma.az, News24 portalına istinadən məlumatı açıqlayır.

Suriya hökuməti ilə ölkənin şimal-şərqinə nəzarət edən kürd silahlı qruplaşmaları ilə razılıq sənədi imzalanıb. Bu barədə Suriyanın Prezident Administrasiyası məlumat yayıb. Səkkiz maddədən ibarət olan sənəd ölkədə siyasi inklüzivliyi təmin etməyi, kürd icmasının vətəndaşlıq və konstitusiya hüquqlarının qorunmasını, eləcə də bütün Suriya ərazisində atəşkəsin bərqərar olunmasını nəzərdə tutur. Razılığa əsasən, şimal-şərqdəki mülki və hərbi qurumlar, sərhəd qapıları, hava limanları, neft və qaz yataqları Suriya dövlətinin idarəçiliyinə inteqrasiya ediləcək.

Suriyanın yeni konstitusiyasına görə, kürdlərə hüquq və muxtariyyət veriləcək. Suriyada baş verən siyasi proseslər və hökumətin silahlı qruplaşmalarla əldə etdiyi razılıq beynəlxalq aləmdə geniş müzakirə olunmaqdadır. Xüsusilə, ABŞ-ın dəstəklədiyi silahlı qruplaşmaların təsiri altında olan bölgələrdə Suriya hökumətinin nəzarəti bərpa etməsi ilə bağlı müəyyən güzəştlərə getməyə məcbur qala biləcəyi bildirilir.

Məsələ ilə bağlı politoloq Elçin Xalidbəyli News24.az-a açıqlamasında bildirib ki, Suriya hökuməti olduqca zəifdir və bu, onun idarəetmədə çətinlik çəkməsinə səbəb olur:

"Buna görə də ABŞ tərəfindən ciddi şəkildə dəstəklənən silahlı qruplaşmaların təzyiqi ilə üzləşir. Bu vəziyyət Dəməşqi müəyyən güzəştlərə getməyə vadar edə bilər. Ancaq həmin güzəştlərin hansı səviyyədə olacağı proseslərin gələcək inkişafından asılıdır. Türkiyə Suriyadakı bərpa prosesində əsas rol oynayır. Suriyada qəbul ediləcək qərarlar təkcə yerli hökumətin deyil, eyni zamanda Türkiyənin də maraqlarına uyğun tənzimlənəcək. Rəsmi Ankara Suriyadakı bərpa prosesində aktiv iştirak edir və bu məsələdə aparılacaq danışıqlar Türkiyə ilə də müzakirə ediləcək".

Politoloq vurğulayıb ki, hazırda əsas məsələ Suriyada silahlı qruplaşmaların ləğv edilməsidir. O qeyd edib ki, bu istiqamətdə Rəsmi Ankara mühüm addımlar ata bilər:

"Bu məsələdə hansı güzəştlərin olacağı Türkiyə ilə də məsləhətləşdiriləcək. Çünki Suriyada baş verənlər və ya baş verəcəklər Türkiyənin nəzarəti altındadır. Rəsmi Ankara hər hansı neqativ prosesin baş verməsinə imkan verməyəcək və lazım gələrsə, bölgədə hərəkətə keçməyə tam hazırdır. Suriyadakı silahlı qruplaşmalar tərksilah edilməlidir. Türkiyə bu məsələdə aktiv rol oynaya və prosesin istiqamətini dəyişdirə bilər. Bununla yanaşı, bəzi etnik qruplara muxtariyyət güzəştləri edilə bilər, lakin bu, ölkənin parçalanması anlamına gəlməməlidir".

Politoloq hesab edir ki, Suriyada milli-etnik əsasda yeni bir dövlətin yaradılması ehtimalı real görünmür. O, bölgədə baş verən hər hansı siyasi prosesin Türkiyənin nəzarəti altında olduğunu və Ankara tərəfindən qəbul edilməyəcək heç bir qərarın reallaşmayacağını vurğulayıb:

"Suriyada etnik əsaslı dövlətin yaranması mümkün deyil. Suriyada etnik zəmində müstəqil bir dövlətin qurulması üçün hələ çox tezdir. Çünki Suriyada gedən proseslər Türkiyənin diqqət mərkəzindədir və Ankara öz maraqlarına uyğun olmayan hər hansı bir hadisənin baş verməsinə icazə verməyəcək".

Elçin Xalidbəylinin sözlərinə görə, yaxın gələcəkdə Suriyada hansı güzəştlərin ediləcəyi və hökumətin hansı addımları atacağı tam dəqiqləşəcək. Lakin məlum olan budur ki, Suriya hökuməti ölkədəki siyasi balansı qorumaq üçün həm beynəlxalq güclərlə, həm də bölgədə təsir gücü olan Türkiyə ilə koordinasiyalı şəkildə hərəkət etməlidir.

 Ruslan Qarayev

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:129
embedMənbə:https://news24.az
archiveBu xəbər 12 Mart 2025 10:52 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Dünyanın ən varlı 10 adamı və Azərbaycanla müqayisə

23 Yanvar 2026 09:48see280

İsrail onlarla humanitar təşkilata lisenziya verməkdən imtina edib

22 Yanvar 2026 12:46see261

Yuventus növbəti türkiyəli futbolçunu transfer etdi

22 Yanvar 2026 21:55see234

“İmişli” və “Araz Naxçıvan”dan məhsuldar heç heçə

23 Yanvar 2026 16:55see212

Azərbaycan regionu iki dəfə qabaqlayır Rəqəmlər nə deyir?

22 Yanvar 2026 16:11see204

Gürcüstan növbədənkənar seçkilərə gedir? Açıqlama

23 Yanvar 2026 01:54see183

Qalmaqallı serial efirə qayıdır Bu kanalda yayımlanacaq

22 Yanvar 2026 14:47see176

Qala Pirallahı yolunda PƏRAKƏNDƏ NİŞAN TƏLƏBİ: Sürəti hansına uyğun seçək?

22 Yanvar 2026 19:06see175

UEFA Avropa Liqası: “Fənərbaxça Aston Villa ya məğlub olub

22 Yanvar 2026 23:58see164

Davos 2026: Azərbaycanın nüfuzlu aktor kimi dünyanın diqqət mərkəzində

22 Yanvar 2026 17:09see163

Xırdalanda su niyə gəlmir? Rəsmi AÇIQLAMA

22 Yanvar 2026 21:17see160

Qusarın iki kəndinin problemləri dinlənildi, tapşırıqlar verildi FOTO

22 Yanvar 2026 19:30see151

Gənclərin köçü: Ermənistan qocalar evi nə çevrilir

23 Yanvar 2026 07:48see150

İranda ŞOK hadisə Öldü bilinən ağır yaralı plastik torbada 3 gün sağ qaldı

22 Yanvar 2026 17:55see148

Napoli nin hücumcusu əməliyyat ola bilər

23 Yanvar 2026 14:48see147

2025 ci il Bank Respublika üçün necə keçib? MALİYYƏ VƏZİYYƏTİNİN TƏHLİLİ

23 Yanvar 2026 01:22see146

Merz: “Yalnız gücün hökm sürdüyü dünya hamı üçün təhlükəli reallıqdır”

22 Yanvar 2026 16:08see146

Prezident Ümumdünya İqtisadi Forumunun İllik toplantısında keçirdiyi görüşlərlə bağlı paylaşım ETDİ

22 Yanvar 2026 21:20see145

“53 dollarlıq” qlobal enerji ssenarisi

24 Yanvar 2026 02:04see143

Milli Məclisin təbii ehtiyatlar, energetika və ekologiya komitəsi hesabat verib

22 Yanvar 2026 19:05see142
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri