Suriyaya 2.5 milyardlıq YARDIM
Icma.az, Unikal.az saytından verilən məlumata əsaslanaraq xəbər yayır.
Avropa İttifaqının humanitar yardım və böhranların idarə edilməsi üzrə Komissiyası Suriyaya qarşı sanksiyaların mərhələli şəkildə yumşaldılmasına qərar verdiyini açıqlayıb.
"Unikal" xəbər verir ki, Komissiya Suriyanın bərpasında iştirak etməyə hazır olduğunu bildirib. Eyni zamanda, Avropa Komissiyasının prezidenti Ursula Fon der Lyayen bu gün Brüsseldə keçirilən donorlar konfransında bildirib ki, suriyalılar ölkə xaricində olsalar və ya evlərinə qayıtsalar belə daha çox dəstəyə ehtiyac duyurlar. Buna görə də, bu gün Avropa İttifaqı Suriyada və bölgədə yaşayan suriyalılara dəstək öhdəliklərini 2025-ci və 2026-cı illər üçün təxminən 2,5 milyard avroya qaldırır.

Türkiyədən Suriyaya humanitar YARDIM
15 Dekabr 2024 09:30
Ukrayna üçün 40 milyardlıq YARDIM
23 İyun 2025 20:02
İtaliya Rusiya milyarderlərinə “qənim kəsilib” 2.5 milyardlıq mülkləri həbs edilib
23 İyun 2025 16:59
Trampdan Suriyaya jest
13 May 2025 21:06
Ərdoğan Suriyaya GEDƏCƏK
22 Dekabr 2024 11:48

