Icma.az
close
up
RU
Suriyaya qarşı sanksiyaların ləğvi rəsmi olaraq elan edilib

Suriyaya qarşı sanksiyaların ləğvi rəsmi olaraq elan edilib

Icma.az xəbər verir, Bizimyol saytına əsaslanaraq.

Avropa Şurası xarici işlər nazirlərinin təsdiqindən sonra Suriyaya qarşı iqtisadi sanksiyaların ləğvini nəzərdə tutan qanun layihəsini qəbul edib.

Bizimyol.info xəbər verir ki, Avropa İttifaqı (Aİ) Şurası Suriyaya qarşı iqtisadi məhdudlaşdırıcı tədbirlərin ləğvini nəzərdə tutan hüquqi tənzimləmələr qəbul edib.

Şura təhlükəsizlik səbəbiylə həyata keçirilən tədbirlər istisna olmaqla, Suriyaya qarşı bütün iqtisadi sanksiyaların ləğv edildiyini açıqlayıb.

Bəyanatda daha əvvəl Aİ-nin sanksiya siyahısında olan 24 təşkilatın siyahıdan çıxarıldığı da bildirilir. Bu təşkilatlara Suriya Mərkəzi Bankı, enerji, rabitə, pambıq və neft sektorlarında fəaliyyət göstərən iri şirkətlər, bəzi media və televiziya təşkilatları daxildir.

Aİ-nin Xarici Əlaqələr və Təhlükəsizlik Siyasəti üzrə Ali Nümayəndəsi Kaja Kallas qərardan sonra: “Bu qərar, Avropa İttifaqının Suriyanın bərpasına və bütün suriyalıların istəklərinə cavab verəcək siyasi keçidə həqiqətən dəstək verməsi üçün indiki tarixi zamanda ediləcək düzgün addımdır. Avropa İttifaqı son 14 ildə Suriya xalqının yanında olub və bundan sonra da olacaq”, - deyə açıqlama verib.

Şura həmçinin Əsəd rejimi ilə birbaşa əlaqəsi olan şəxslər və təşkilatlara qarşı sanksiyaların 1 iyun 2026-cı ilə qədər uzadıldığını açıqlayıb. Bundan əlavə, 2025-ci ilin mart ayında Suriyanın sahil bölgəsində baş verən zorakılıq dalğası ilə əlaqədar Aİ Qlobal İnsan Haqları Sanksiya Rejimi çərçivəsində iki şəxs və üç təşkilata qarşı yeni tədbirlər həyata keçirilib.

Aİ Suriyadakı hadisələri yaxından izləməyə davam edəcəyini və insan hüquqlarının pozulmasında iştirak edənlərə qarşı əlavə sanksiyalar tətbiq etməyə hazır olduğunu açıqlayıb.

Qərardan sonra Aİ Şurası Suriya administrasiyası ilə əlaqələri gücləndirməyə hazır olduğunu və bu prosesin zərərli xarici müdaxilələrdən azad bir mühitdə dinc və əhatəli gələcəyə töhfə verməyi hədəflədiyini vurğulayıb.

Qadir, Bizimyol.info

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:200
embedMənbə:https://www.bizimyol.info
archiveBu xəbər 28 May 2025 18:19 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Azərbaycanda 55 yeni peşə standartı hazırlanır

14 Noyabr 2026 11:57see273

“Ağzımızdakı dişlərin sayını da uçota alsalar yaxşı olar...” TƏKLİF

14 Noyabr 2026 12:26see260

Balıq bazarında bahalaşma var (Video)

14 Noyabr 2026 21:02see251

Bakı avtobuslarında sərnişin bumu

14 Noyabr 2026 17:02see248

Gələn il qeyri dövlət müəssisələri büdcədən 130 mln. manata yaxın subsidiya alacaq

14 Noyabr 2026 18:04see246

STAR neft emalı zavodu dizel yanacağı istehsalını 4 % ə yaxın artırıb

14 Noyabr 2026 17:02see232

Azərbaycandan Suriyaya nəql edilən qazın həcmi 56% artdı

14 Noyabr 2026 14:44see232

Ədalət Partiyasında şairlə səmimi görüş

14 Noyabr 2026 17:43see231

Avropa siyasi məkanında aparılan müzakirələrdə Azərbaycan fəal iştirak edir

14 Noyabr 2026 19:16see223

Yuğ Teatrında Ana tamaşasının premyerası keçirilib FOTOLAR

14 Noyabr 2026 20:23see221

Rusların təxminən 90 faizi son üç ildə kredit götürdüyünü etiraf edib

14 Noyabr 2026 19:30see213

Ermənistanı Avropa İttifaqının tərkibində görürəm Paşinyan

14 Noyabr 2026 19:50see212

Musiqi dünyasında tarixi ilk: İnsan deyil, amma ilin ən yaxşı ifaçısı seçildi

15 Noyabr 2026 00:00see211

Kanadada minlərlə tələbə etiraz aksiyası keçirdi

15 Noyabr 2026 00:51see210

İrina Şeykin məşhur sevgililəri: Ronaldodan Bredli Kuperə, Kanye Uestdən...

15 Noyabr 2026 04:05see206

Azərbaycanda bəzi dövlət müəssisələri ləğv oluna bilər

14 Noyabr 2026 17:10see205

Türkiyə gözəli beynəlxalq yarışmadan son anda kənarlaşdırıldı

15 Noyabr 2026 04:36see201

Zülalla ən zəngin çərəz

15 Noyabr 2026 03:04see199

Toyuq ətini əvəz edir Tərkibində 25 % zülal var

15 Noyabr 2026 05:06see193

Britaniya Rusiya hərbi bazalarını vurmalıdır

15 Noyabr 2026 01:26see189
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri