Suriyaya uçan nazirlərin təyyarəsi geri qayıtdı
Icma.az, Axar.az portalına istinadən məlumat yayır.
Almaniyanın daxili işlər naziri Nensi Fezer və avstriyalı həmkarı Gerhard Karnerin Suriyaya səfərləri təhlükəsizlik təhdidləri səbəbindən ləğv edilib.
Axar.az xəbər verir ki, nazir və nümayəndə heyətini İordaniyadan Dəməşqə aparmalı olan hərbi təyyarə geri qayıdıb.
Almaniya Daxili İşlər Nazirliyinin sözçüsü qərarın konkret terror təhdidləri ilə əlaqədar olduğunu bildirib.
Səfər çərçivəsində keçid hökumətinin iki naziri, həmçinin BMT-nin Qaçqınlar üzrə Ali Komissarlığı, UNİCEF və Ümumdünya Ərzaq Proqramının nümayəndələri ilə görüşlər nəzərdə tutulurdu. Danışıqlarda qaçqınların geri qaytarılması və təhlükəsizlik məsələlərinin müzakirəsi planlaşdırılırdı.
Suriyada təhlükəsizlik vəziyyətinin yenidən qiymətləndirilməsi Almaniyanın Dəməşqdəki səfirliyinin fəaliyyətinə də təsir edib. Səfirlik hələ məhdud rejimdə işlədiyindən konsulluq xidmətləri Beyrut vasitəsilə həyata keçirilir.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:127
Bu xəbər 27 Mart 2025 19:54 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















