Surqutda yanğında dördü uşaq olmaqla yeddi nəfər həlak olub
Icma.az bildirir, Xalqcebhesi portalına istinadən.
Rusiyanın Surqut şəhərində bağ evində baş verən yanğın nəticəsində yeddi nəfər, o cümlədən dörd uşaq həyatını itirib.
Bu barədə Rusiya Fövqəladə Hallar Nazirliyi məlumat yayıb.
Hadisə “Pribrejnı-1” bağ sahəsində gecə saatlarında baş verib. Yanğınsöndürənlər iki mərtəbəli evdə aparılan axtarış zamanı üç böyüklə dörd uşağın cəsədini tapıblar.
Məlumata görə, faktla bağlı Rusiya İstintaq Komitəsi tərəfindən cinayət işi açılıb. Hadisə “iki və daha çox şəxsin ehtiyatsızlıqdan ölümünə səbəb olma” maddəsi üzrə araşdırılır.
Hazırda istintaq və əməliyyat qrupları hadisə yerində işləyir, yanğının səbəbləri və həlak olanların şəxsiyyəti müəyyənləşdirilir.
Bu mövzuda digər xəbərlər:Meksikada mağaza yanıb, dördü uşaq olmaqla azı 22 nəfər ölüb
02 Noyabr 2025 09:07
İsrailin Qəzzaya zərbə endirməsi nəticəsində dördü jurnalist olmaqla, 15 nəfər ölüb
25 Avqust 2025 12:46
Rusiyada fərdi evdə baş verən yanğında biri uşaq olmaqla üç nəfər ölüb
25 Yanvar 2025 09:00
Suriyadan biri qadın, altısı uşaq olmaqla yeddi nəfər ölkəmizə gətirildi
26 Sentyabr 2025 09:47
Moskva ətrafında baş verən yanğında üç nəfər həlak olub
18 May 2025 14:19
Baxış sayı:83
Bu xəbər 05 Noyabr 2025 08:50 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















