Sürücü göstərilmiş hansı istiqamətlərə hərəkət edə bilər? DOĞRU CAVAB
Avtosfer saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.
Avtosfer.az saytı manevr qaydası ilə bağlı yeni sualı və qalib olmuş oxucunun adını təqdim edir.
Sürücü göstərilmiş hansı istiqamətlər üzrə hərəkət edə bilər?
1) Sağa, sola və geriyə
2) Düzünə, sola və geriyə
3) Düzünə və sağa
4) Yalnız düzünə
5) Bütün istiqamətlərə
Doğru cavab: 4) Yalnız düzünə
İzah: "Yol hərəkəti haqqında" qanunun 42-ci maddəsində qeyd olunub ki, sağa, sola və ya geriyə dönməzdən əvvəl sürücü həmin istiqamətdə hərəkət hissəsində müvafiq kənar vəziyyət tutmalıdır. Təqdim etdiyimiz fotoda birtərəfli hərəkət təşkil edilmiş yolun orta zolağı ilə hərəkət edən sürücü yalnız düzünə hərəkət edə bilər. Sola və ya sağa dönmək üçün sürücü kənar zolaqda yerləşməli idi.
Sualın ilk düzgün cavabını verən Asif Məcidov adlı oxucumuz “VQ LUBE” yağları tərəfindən yağdəyişmə və yağ filtri kuponu qazandı.
Oxucumuzu Avtosfer.az saytı adından təbrik edirik!
Hədiyyəni əldə etmək üçün 055-491-36-86 nömrəsi ilə əlaqə saxlamağınız tövsiyə olunur.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:183
Bu xəbər 24 Aprel 2026 16:16 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















