Sürücü heç bir qaydanı pozmadığı halda kamera ilə cərimələnib VİDEO
Icma.az bildirir, Avtosfer saytına əsaslanaraq.
Bakıda haqsız yerə cərimələndiyini iddia edən sürücü redaksiyamızın qaynar xəttinə şikayət ünvanlayıb. Avtosfer.az xəbər verir ki, 77-PZ-698 qeydiyyat nişanlı "Toyota" markalı avtomobilin sürücüsü Üzeyir Hacıbəyli küçəsində yaşadığı binanın qarajından çıxaraq əsas hərəkət hissəsinə daxil olub. Bu zaman kamera vasitəsilə ona, yol nişanlarının tələbinə əməl edilmədiyi haqda 40 manat məbləğində cərimə yazılıb. Sürücü bildirir ki, qarajın çıxışında heç bir məcburi hərəkət istiqaməti nişanı quraşdırılmayıb. Eyni zamanda sözügedən ərazidə hərəkətin təşkilinə dəyişiklik edilən zaman Dövlət Yol Polisi İdarəsindən rəsmi şəkildə bildirilib ki, yaşayış binalarının qarajlarından çıxan sürücülər əsas hərəkət hissəsinə daxil ola bilərlər. Bu səbəbdən sürücü qayda pozmadığını və yazılmış cərimənin doğru olmadığını iddia edib.
O, həmin qərarın ləğv edilməsini xahiş edir.
Fərid


Bu mövzuda digər xəbərlər:
Baxış sayı:75
Bu xəbər 18 İyul 2025 10:54 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















