Icma.az
close
up
RU
Sürücü sükan arxasında yatdı, qəza törətdi ANBAAN VİDEO

Sürücü sükan arxasında yatdı, qəza törətdi ANBAAN VİDEO

Lent az portalından alınan məlumata görə, Icma.az xəbər verir.

Bakıda yuxulu halda sükan arxasına keçən sürücü ağır qəza törədib.

DİN-dən Lent.az-a verilən məlumata görə, təqdim olunan görüntülərdə yuxulu olduğu ehtimal olunan sürücünün idarə etdiyi avtomobilin hərəkət istiqamətindən çıxaraq maneəyə çırpılması əks olunur. Baş verən hadisə bir daha göstərir ki, sükan arxasında yorğunluq və yuxululuğa laqeyd yanaşmaq ciddi təhlükə yaradır.

Yuxulu halda avtomobil idarə edən sürücünün diqqəti zəifləyir, reaksiya müddəti uzanır, yol şəraitini düzgün qiymətləndirmək və nəqliyyat vasitəsinə tam nəzarət etmək imkanları azalır. Bəzən cəmi bir neçə saniyəlik mürgüləmə avtomobilin yüzlərlə metr nəzarətsiz hərəkət etməsi deməkdir. Bu isə təkcə maneəyə çırpılma ilə deyil, qarşı hərəkət zolağına çıxma, yoldan kənara aşma, piyadanın və ya digər nəqliyyat vasitəsinin vurulması kimi daha ağır nəticələrlə də yekunlaşa bilər.

Uzunmüddətli səfərlər zamanı, eləcə də kifayət qədər istirahət etmədən yola çıxarkən sürücülər öz fiziki vəziyyətlərini düzgün qiymətləndirməlidirlər. Gözlərin ağırlaşması, tez-tez əsnəmə, diqqətin yayınması və hərəkət zolağını saxlamaqda çətinlik hərəkəti davam etdirməyin təhlükəli olduğuna ciddi xəbərdarlıqdır.

Belə vəziyyətdə sürücünün ən doğru qərarı mənzil başına tez çatmağa çalışmaq deyil, təhlükəsiz yerdə dayanaraq istirahət etməkdir. Çünki sükan arxasında yuxululuğa qarşı mübarizə apararaq hərəkəti davam etdirmək təhlükəni aradan qaldırmır, əksinə, ağır nəticəli yol-nəqliyyat hadisəsinin başvermə riskini artırır.

Yuxulu halda yola davam etmək yalnız sürücünün öz həyatını deyil, sərnişinlərin və digər yol hərəkəti iştirakçılarının həyat və sağlamlığını da təhlükə altına qoyur. Yorğunluq və yuxululuq hiss etdiyiniz anda dayanmaq vaxt itirmək deyil, həyatınızı və başqalarının həyatını qorumaq üçün verilən düzgün qərardır.

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:164
embedMənbə:https://lent.az
archiveBu xəbər 27 Avqust 2026 09:47 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Avropanın Azərbaycana marağının artması son illərdə formalaşan yeni geosiyasi və iqtisadi reallıqların nəticəsidir

27 Noyabr 2026 20:01see661

Cənubi Qafqazda sülh perspektivi regional iqtisadi əməkdaşlığın genişləndirilməsi üçün yeni imkanlar yaradır

27 Noyabr 2026 20:07see514

Tolerantlıq həm də qarşılıqlı etimadın bərpası deməkdir

27 Noyabr 2026 14:34see514

Psixoloji gərginliyin artmasının əsas səbəbləri nələrdir? PSİXOLOQ AÇIQLADI

27 Noyabr 2026 12:12see330

Duş qəbul etmək üçün ən doğru vaxt hansıdır? Mütəxəssis AÇIQLADI

27 Noyabr 2026 11:31see319

Mərkəzi Gömrük Hospitalı tərəfindən Gəncə şəhərində genişmiqyaslı tibbi sosial tədbirlər keçirilib

27 Noyabr 2026 13:35see312

Silikon qablar nə zaman təhlükəli olur? MÜTƏXƏSSİS AÇIQLADI

27 Noyabr 2026 11:07see311

Azərbaycanda fabrik direktoru vəfat etdi

27 Noyabr 2026 17:38see307

Kardioloq qəhvənin ürəyə zərərli olması fikrinə qarşı ÇIXIB

27 Noyabr 2026 23:45see300

Mədəaltı vəzi xərçənginə qarşı yeni həbb

27 Noyabr 2026 11:13see292

Daha bir tarixi abidəyə müdaxilə İcra hakimiyyəti işə qarışdı

27 Noyabr 2026 18:15see267

Neftçalada yerləşən balıqçılıq təsərrüfatı müəssisəsi özəlləşdirilib

27 Noyabr 2026 18:43see266

Keçənlərdən kiçik bir epizod... FOTO

27 Noyabr 2026 17:40see263

Bağırsaqda yara hansı xəstəliklərin əlaməti ola bilər? VİDEO

27 Noyabr 2026 15:20see259

Valeh Ağayev vəfat etdi

27 Noyabr 2026 18:29see258

Robotlar dünya iqtisadiyyatını dəyişəcək: İlk humanoid köməkçilər 15 ilə evlərə daxil ola bilər

27 Noyabr 2026 16:24see258

Özcan Deniz və Deniz Çakırın narkotik test nəticələri məlum oldu

27 Noyabr 2026 21:57see255

Söz içində... Sözümüz...

27 Noyabr 2026 17:30see253

Bu müəllimlərin diqqətinə!

27 Noyabr 2026 20:20see253

Qanda şəkəri salmağın ən asan yolu...

28 Noyabr 2026 02:01see229
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri