Icma.az
close
up
RU
Sürücülər dayanmadurmaya görə ədalətsiz olaraq cərimələnirlər İlqar Hüseynli

Sürücülər dayanmadurmaya görə ədalətsiz olaraq cərimələnirlər İlqar Hüseynli

Icma.az, Redaktor.az saytına istinadən bildirir.

Azərbaycanda yol hərəkəti ilə bağlı bəzi qaydalar və cərimələr sürücülər tərəfindən narazılıqla qarşılanır. Bir çox sürücü dayanma-durmaya görə və bəzi yollarda sürət həddinə görə yazılan cərimələrin ədalətsiz olduğunu düşünür.

Bu halda hansı tədbirlər görülməlidir?

Məsələ ilə bağlı nəqliyyat eksperti, Sosial Strateji Tədqiqatlar və Analitik Araşdırmalar İctimai Birliyinin prezidenti İlqar Hüseynli Redaktor.az-a açıqlamasında bildirdi ki, istər park etmə ilə bağlı, istər sürət həddinin aşması ilə bağlı müəyyən texniki qurğuların, nişanların yerləşdirilməsində, sürücülərin ümumi imkanları, onlar üçün yaradılan şərait mütləq nəzərə alınmalıdır:

"Məsələn, Bakı-Qazax yolunun sağ-solunda bəzi yerlər var ki, orada dayanma-durmaya görə sürücülərə cərimələr gəlir. Hansısa bir yol qırağında ticarətlə məşğul olanın - balıq satanın, meyvə satanın və s. yanında, yolun tamamilə kənarında dayanırsa, həmin adamlara dayanma-durmaya görə cərimə tətbiq olunur. Yaxud avtobus yolları sonuncu zolağa girməyə imkan vermir, amma sərnişini düşürmək üçün ya sürücü məcburdur ki, avtobus zolağına keçsin, ancaq cərimələnəcək, ya da ikinci zolaqda tələm-tələsik sərnişini düşürməlidir ki, yenə də cərimə tətbiq olunur. Bu durum təkcə Bakıda deyil, ölkə ərazisində xeyli çətinləşib".

Ekspert qeyd etdi ki, bəzi uzun məsafəli yollarda baxmayaraq ki, sağ-solda yaşayış yeri yoxdur, yenə də sürət həddi normadan aşağı olur:

"Magistral yolların özlərində də bu problem var. Məsələn, Bakı-Sabirabad, İmişli, Beyləqan istiqamətində hərəkətdə qəsəbələr içində 50 km/saat sürət həddi qoyulmuş ərazilər var, hansı ki, ya bir tərəfi kanallarla bağlanıb, digər tərəfində isə yaşayış yoxdur. Belə çox uzun bir məsafədə sürət həddinin 50-yə endirilməsi məqsədəuyğun görünmür. Ən azı orada sürət həddini 60-70 də etmək olardı. Paytaxtda maksimal sürət həddi 60 olaraq müəyyənləşib və optimaldır. Yaxşı olar ki, sürücülərimiz sürət həddini aşmasınlar. Amma dayanma-durma ilə bağlı xeyli problem var ki, həm vətəndaşların haqlı olaraq narazılığına, həm də ədalətsiz olaraq cərimələndirilməsinə gətirib çıxarır".

Sevinc İBRAHİMZADƏ

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:199
embedMənbə:https://redaktor.az
archiveBu xəbər 11 Dekabr 2024 17:27 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Zəfər Gününə həsr olunan fləş mob Video

08 Noyabr 2026 13:20see737

Türkiyəli məşhur müğənni Bakıya gəlir

08 Noyabr 2026 01:01see281

Aİ 92 və dizel bahalaşacaq?

08 Noyabr 2026 01:45see276

Azərbaycanlı müğənni qabırğasının qığırdağını burnuna köçürtdü (Video)

08 Noyabr 2026 10:24see269

Mustafa Ceceli də Bakıya gəlir konsert verəcək...

08 Noyabr 2026 05:05see257

Marsol Group və İCMA üzvləri Zəfər Günü münasibətilə Zəfər abidəsini ziyarət etdilər FOTOLAR

08 Noyabr 2026 10:33see248

“Qodzilla” ABŞ kinoteatrlarında 31 milyon dollar gəlir əldə edib

08 Noyabr 2026 03:43see243

Putinin məqsədi Ukrayna iqtisadiyyatını tamamilə məhv etməkdir CNN

08 Noyabr 2026 10:52see241

Çox öskürənlər bunu oxusun

08 Noyabr 2026 04:05see237

Faktiki hava: Bu ərazilərə qar yağıb

08 Noyabr 2026 11:42see222

Azərbaycanda qadın böyrəyini həyat yoldaşına verdi

08 Noyabr 2026 17:05see214

Fransanı NATO dan çıxarmaq istəyir

08 Noyabr 2026 03:56see207

Bakı bulvarında konsert keçirildi

08 Noyabr 2026 20:15see202

Bu yaşda ət yemək ömrü uzadır

09 Noyabr 2026 05:06see201

Bakıda tanınmış teatr rejissoru Lev Dodinlə açıq görüş keçirilib (Foto)

08 Noyabr 2026 13:23see201

Zəfər Günü ilə bağlı Ağsu, Göyçay və Zərdabda tədbirlər keçirilib

08 Noyabr 2026 15:27see195

Komedixana nın aktrisasının 10 il əvvəlki görünüşü (Foto)

08 Noyabr 2026 09:30see193

Milli Qəhrəmanın oğlu: “Qarabağı gəzəndə hər bir addımımı ehtiyatla atıram, orada şəhidlərimizin ruhu yatır“

08 Noyabr 2026 11:23see190

Telefon nömrəniz başqasına satılsa, bankdakı pulunuz nə olacaq? Gizli təhlükə

08 Noyabr 2026 14:16see188

Slovakiyada Zəfər Günü təntənəsi

08 Noyabr 2026 06:49see186
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri