Icma.az
close
up
RU
Sürücülər “qan ağlayır” Cərimələrin sayı niyə çoxalıb?

Sürücülər “qan ağlayır” Cərimələrin sayı niyə çoxalıb?

Yenisabah portalından verilən məlumata əsasən, Icma.az bildirir.

"AYNA-nın böyük bir layihəsi qüvvəyə mindi. Onlar demək olar ki, bütün dayanma-durma ərazilərini kameralaşdırdılar. Şəhərin müxtəlif yerlərində olan dayanma-durma ərazilərində sürücülərə cərimələr tətbiq edilməkdədir. Kameraların sayı isə həddən artıq çoxalıb".

Bu sözləri Yenisabah.az-a açıqlamasında Sosial-strateji Tədqiqatlar və Analitik Araşdırmalar İctimai Birliyinin sədri İlqar Hüseynli deyib. O, bildirib ki, son zamanlar nəqliyyat sahəsində cərimələrin sayı xeyli artıb:

"Əslində baxanda belə bir tendensiya müşahidə olunur. Cərimələlənmə halları çoxalıb. Çünki AYNA-nın böyük bir layihəsi qüvvəyə mindi. Onlar demək olar ki, bütün dayanma-durma ərazilərini kameralaşdırdılar. Şəhərin müxtəlif yerlərində olan dayanma-durma ərazilərində sürücülərə cərimələr tətbiq edilməkdədir. Kameraların sayı isə həddən artıq çoxalıb. Tutaq, şəhərdaxili maksimal sürət 60 kilometr/saat olaraq nəzərdə tutulur. Bəzən sürücü bu sürət həddini aşır. Elə prospektlər var ki, orada əvvəllər kameralar yox idi. İndi isə həmin prospektlərdə sürət həddinə nəzarət edən kameraların sayı kəskin artıb. Bu da öz təsirini göstərir".  Dördpendirli pizza

İlqar Hüseynli qeyd edib ki, bu kimi hallar avtomobil sürücülərinin işini xeyli çətinləşdirir:

"Xüsusən, Bakıdan ətraf ərazilərə, rayonlara hərəkət edərkən, magistral yolun sağ və solunda sürücülər bəzən maşınlarını saxlayırdılar. Həmin dayanma nöqtəsində vətəndaş heç vaxt cərimə olunmurdu. İndi hətta Bakı şəhərinin ətrafındakı magistralların sağında və solunda kameralar quraşdırılıb. Bu həm də sürücülərin qədərindən çox-çox artıq hərəkət məhdudluğuna, manevr imkanlarının məhdudlaşdırılmasına xidmət edir. Mən düşünürəm ki, bəzi təhlükəsiz yerlərdə bu kameraların sayını azaltmaq olar. Məsələn, elə etmək olar ki, sürücü dayandıqdan 5 dəqiqə sonra cərimələr tətbiq olunsun. Bunlar hamısı avtomobil sürücülərini kifayət qədər yükləyir. İnsanlar artıq dayanma-durma, yer tapma, parklama kimi məsələlərdə kifayət qədər zorlanır. Bu mənada cərimələrin sayı kifayət qədər çoxalıb".

Nazim Hacıyev


Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:166
embedMənbə:https://yenisabah.az
archiveBu xəbər 29 İyun 2025 11:02 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

“Bir millət, iki dövlət” şüarından polis kordonuna AKP nin siyasətinin acı nəticəsi

20 Oktyabr 2026 18:28see421

Ruslar üçün inflyasiya qumbarası...

20 Oktyabr 2026 18:29see364

Turan dünyası İstanbulun türklük sevgisinə möhtacdır

21 Oktyabr 2026 01:12see281

Bu təklif Rusiyaya çatdırılacaq Zelenski

21 Oktyabr 2026 01:33see268

“Tağıyev: Məktəb” filmi “Oskar” mükafatına namizəd göstərilib

20 Oktyabr 2026 17:18see263

Netanyahu Trampla İranda rejim dəyişikliyi üçün növbəti addımları müzakirə etdi

21 Oktyabr 2026 02:11see248

Yaxın Şərqdə gərginlik artır: İran daha güclü silahının olduğunu iddia edir

21 Oktyabr 2026 21:29see242

Serialdakı Arda illər sonra (Foto)

20 Oktyabr 2026 23:41see240

Bakıda qadın lyuka düşdü 2000 manatlıq cərimə

21 Oktyabr 2026 21:22see229

Avtobus yerüstü piyada keçidinə çırpıldı, 24 nəfər...

20 Oktyabr 2026 23:55see221

“Borussiya”nın qapıçısı “Sabah”ın təzyiqindən danışdı

21 Oktyabr 2026 04:27see220

Maska taxanda eynəklərin şüşələri tərləməsin deyə… Yaponların ÜSULU

20 Oktyabr 2026 22:48see218

"28 Mall"un qarşısında ölüm

21 Oktyabr 2026 21:19see216

İran Prezidenti: Amerikaya etibar etmirik

21 Oktyabr 2026 02:23see214

“Barselona“ Dani Olmonun zədəsinin ciddi olduğunu açıqlayıb

21 Oktyabr 2026 21:22see201

“28 Mall”ın yaxınlığında ölüm hadisəsi baş verdi

21 Oktyabr 2026 18:31see200

Türkiyədə məşhur pop qrupunun meneceri üç ilədək azadlıqdan məhrum edilə bilər

21 Oktyabr 2026 21:28see194

The Guardian: Ukraynanın gələcəyi Tramp və Putinə məxsus deyil...

21 Oktyabr 2026 21:29see193

Hövsanda küçə itləri sakinləri qorxuya salır ŞİKAYƏT

21 Oktyabr 2026 19:45see190

Aİ Ukraynanı ABŞ təhdidləri qarşısında tək buraxmayacaq

21 Oktyabr 2026 16:06see187
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri