Sürücülər televiziyanın girişini bağladı: Xaos yarandı VİDEO
Avtosfer saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.
Bakıda dayanma-durma qaydasını pozan sürücülər yolda hərəkəti məhdudlaşdırıblar. Avtosfer.az xəbər verir ki, hadisə noyabrın 30-da, paytaxtın Tbilisi prospektində baş verib.
Belə ki, 50-ER-327 qeydiyyat nişanlı "Opel" markalı, 10-DY-475, 99-XJ-454 qeydiyyat nişanlı və qarşıda dayan digər "Mercedes" markalı avtomobillərin sürücüləri ikinci cərgədə parklanma edərək sağ zolağı zəbt ediblər. Onlar MTV televiziyasının girişini kəsərək ora dönmək istəyən sürücüləri çıxılmaz vəziyyətə salıblar. Sağa dönmək istəyən sürücülər məcburi şəkildə avtobus zolağı ilə hərəkət etməli olublar.
Qeyd edək ki, bu yolda hər gün sürücülər ikinci cərgədə dayanaraq hərəkəti məhdudlaşdırırlar və tıxaca səbəb olurlar.
Bu qayda pozuntusuna görə, İnzibati Xətalar Məcəlləsinin 346.4-cü maddəsilə 2 bal 80 manat məbləğində cərimə nəzərdə tutulub.
Könül Rauf
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:89
Bu xəbər 06 Dekabr 2024 14:01 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















