Sürücülər yolu keçən piyadanın həyatını təhlükəyə atdılar VİDEO
Avtosfer saytından alınan məlumata görə, Icma.az bildirir.
Bakıda yol hərəkəti qaydasını pozan sürücülər kameraya düşüb. Avtosfer.az xəbər verir ki, hadisə oktyabrın 9-da, paytaxtın İnşaatçılar prospektində baş verib. Belə ki, 99-JP-075 qeydiyyat nişanlı "Hyundai" markalı və 90-AL-701 qeydiyyat nişanlı "Nissan" markalı avtomobillərin sürücüləri keçidi keçən piyadaya əhəmiyyət verməyərək hərəkətlərinə davam ediblər. Piyada təhlükəni görən anda dayanaraq baş verə biləcək qəzadan özünü qoruyub.
"Yol hərəkəti haqqında" qanunun 54-cü maddəsində qeyd olunub ki, əgər nəqliyyat vasitəsi nizamlanmayan piyada keçidinin qarşısında dayanmışdırsa və ya sürətini azaltmışdırsa, qonşu zolaqlarda hərəkət edən digər nəqliyyat vasitələrinin sürücüləri yalnız dayanmış nəqliyyat vasitəsinin qarşısında piyadaların olmadığını yəqin etdikdən sonra hərəkəti davam etdirə bilərlər.
Fərid
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:118
Bu xəbər 15 Noyabr 2024 17:03 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















