Icma.az
close
up
RU
Sürücülərə bu halda tətbiq edilməlidir Cərimə balı sistemi VƏKİL

Sürücülərə bu halda tətbiq edilməlidir Cərimə balı sistemi VƏKİL

Icma.az, Avtosfer saytına istinadən bildirir.

Azərbaycanda yol hərəkəti qaydalarının pozulmasına görə sürücülərə təkcə pul cəriməsi deyil, eyni zamanda cərimə balı da tətbiq olunur. Bu mexanizm yol hərəkətində intizamın gücləndirilməsi, təhlükəli davranışların qarşısının alınması və qəzaların sayının azaldılması məqsədi daşıyır. Lakin praktiki tətbiq zamanı bəzi pozuntulara görə həm pul cəriməsi, həm də bal yazılması bəzən ictimai narazılıqlara səbəb olur. Qanunvericiliyə əsasən, cərimə balları Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsi və “Yol hərəkəti haqqında” Qanunla tənzimlənir. Məqsəd yol hərəkəti qaydalarını pozan sürücülərin davranışına nəzarəti gücləndirmək, təkrar pozuntuların qarşısını almaq və ümumi yol təhlükəsizliyini təmin etməkdir.

Mövcud qaydalara görə, bütün inzibati xətalara deyil, yalnız müəyyən edilmiş yol hərəkəti qaydalarının pozulmasına görə sürücüyə bal yazılır. İnzibati Xətalar Məcəlləsinə əsasən, sürücünün üzərinə yazılan cərimə ballarının ümumi sayı 20-yə çatdıqda, onun sürücülük hüququ bir il müddətinə məhdudlaşdırılır. Bu halda sürücülük vəsiqəsi müvəqqəti olaraq alınır və sürücü bu müddət ərzində nəqliyyat vasitəsi idarə edə bilmir. Qanunla nəzərdə tutulmuş şərtlər yerinə yetirilmədən vəsiqə geri qaytarılmır. Bu mexanizm təhlükəli sürücülərin müvəqqəti olaraq yollardan kənarlaşdırılması kimi izah olunur.

Lakin praktiki tətbiq zamanı cərimə ballarının hansı pozuntulara görə verilməli olduğu suallar doğurur. Belə ki, daha çox texniki qayda pozuntusu hesab edilən hallara görə sürücülərə cərimə ilə yanaşı bal tətbiq edilməsi birmənalı qarşılanmır. Qanunvericilikdə cərimə balının verilmə məqsədi yüksək riskli və təhlükəli davranışların qarşısını almaq kimi izah edilsə də, az riskli və ya qısa müddətli pozuntulara görə də bal yazılması bu mexanizmin tətbiqi ilə bağlı əlavə izaha ehtiyac yaradır.

Maraqlıdır, cərimə balı tətbiq edilən pozuntuların seçimi hansı hüquqi və metodoloji əsaslarla müəyyənləşdirilib?

Avtosfer.az-ın məlumatına görə, mövzu ilə bağlı Sfera.az-a açıqlama verən vəkil Turan Abdullazadə bildirib ki, qanunvericiliyə əsasən, cərimə balı pozuntunun təhlükə səviyyəsinə uyğun müəyyən olunur. Onun sözlərinə görə, burada risk əsaslı yanaşma əsas götürülür:

"Cərimə balı ən çox qəza ehtimalını ciddi artıran, insan həyatı və sağlamlığı üçün yüksək risk yaradan, digər yol hərəkəti iştirakçılarına birbaşa təhlükə törədən xüsusiyyətlərə malik pozuntulara tətbiq olunur.  Məsələn, sürət həddinin aşılması, qırmızı işıqda keçmə, sərxoş vəziyyətdə idarəetmə kimi xətalar təkcə inzibati qayda pozuntusu deyil, potensial olaraq ağır nəticələr doğuran davranışlardır”.

Açıqlamadan da göründüyü kimi, cərimə balı daha ciddi risk yaradan pozuntulara tətbiq edilməlidir. Bu baxımdan, nəqliyyat vasitələrinin hərəkət hissələrinin kəsişməsində və ya kəsişmənin hərəkət hissəsinin kənarında 5 metrdən az məsafədə dayanması və ya durmasının hansı real təhlükə yaratdığı sual doğurur. Belə hallarda sürücüyə 40 manat cərimə ilə yanaşı 2 bal yazılması risk səviyyəsi ilə tətbiq olunan sanksiya arasında uyğunsuzluq olduğu barədə müzakirələri daha da aktuallaşdırır.

Oxunub 32

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:102
embedMənbə:https://avtosfer.az
archiveBu xəbər 30 Yanvar 2026 00:09 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Londonda Cənubi Qafqazda sülh və regional təhlükəsizlik məsələləri müzakirə olunub

28 Yanvar 2026 06:56see469

Dəhşətli müharibənin astanasındayıq: ölkə sərhədlərini aşacaq Türk ekspert

28 Yanvar 2026 01:54see286

Səfirlər birlikdə Liverpul Qarabağ oyununu izlədi VİDEO

29 Yanvar 2026 13:17see222

Saat 10:00 da qaz kəsiləcək Bu ərazilərdə

28 Yanvar 2026 09:42see218

PAŞA Bank səhmlərinin 5% ni hərraca çıxaracaq

28 Yanvar 2026 11:10see203

Changan dan şikayətlər artır Bəs ekspert nə deyir?

29 Yanvar 2026 12:12see200

Ən çox şikayət olunan bankları hansı cəza gözləyir?

28 Yanvar 2026 15:56see189

Vətəndaşın 55 minə aldığı Çin maşınının ehtiyat təkəri yoxdur ŞİKAYƏT VİDEO

29 Yanvar 2026 12:01see184

Kapital Bank liderliyini qoruyur

28 Yanvar 2026 14:45see181

Bu sərvətlərə qarşı ehtiyatsız davransanız, 2 ilədək həbs olunacaqsınız

28 Yanvar 2026 19:29see169

Nazirlə İlon Mask arasında qarşıdurma yaranıb

28 Yanvar 2026 18:42see163

Bakıya tramvay gətirən nazirlik: Hamının tıxacda qaldığı əraziləri unudub...

28 Yanvar 2026 18:07see157

Ağıllı insanların əksəriyyəti həyatın 5 sadə qaydasını çox gec anlayır PSİXOLOQ

28 Yanvar 2026 15:54see157

Nihat Kahveci: “Liverpul”la oyunu unudun, bu büdcə ilə pley offdasınız”

29 Yanvar 2026 16:26see152

Yağ ləkələrindən bu üsullarla xilas olun

29 Yanvar 2026 05:19see148

Niyə hər şeyə inanmalısan? QNET haqqında oxuyun

28 Yanvar 2026 14:32see147

İşıqda yatmaq infarkta səbəb olur

28 Yanvar 2026 02:09see147

Çay saatına çox yaraşan limonlu, zəncəfilli keks

28 Yanvar 2026 07:12see140

Çexiyada siyasi qalmaqal: Prezident şantaj edildi, müxalifət istefa tələb edir

28 Yanvar 2026 03:39see139

Tramp: ABŞ əl Malikinin baş nazir olacağı halda İraqı dəstəkləməyəcək

28 Yanvar 2026 02:10see136
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri