Icma.az
close
up
RU
Sürücülərə çağırış: Sizi evdə gözləyənlər var

Sürücülərə çağırış: Sizi evdə gözləyənlər var

Icma.az, Modern.az portalına istinadən məlumat verir.

Son günlər yol-nəqliyyat hadisələrinin, xüsusilə ağır nəticələrlə müşayiət olunan qəzaların artması yol hərəkəti təhlükəsizliyinə daha ciddi və məsuliyyətli yanaşmağı zəruri edir. Hər bir ağır qəzanın arxasında insan həyatı, doğmalarını itirən ailələr və bəzən bir anlıq yanlış qərarın illərlə davam edən ağır nəticələri dayanır.

Modern.az xəbər verir ki, bu barədə Baş Dövlət Yol Polisi İdarəsinin (BDYPİ) sürücülərə çağırışında bildirilib.

Bildirilib ki, sürət həddinin aşılması, təhlükəli ötmə və manevrlər, ara məsafəsinin düzgün saxlanılmaması, eləcə də sükan arxasında diqqətin yayındırılması yol-nəqliyyat hadisələrinin başvermə riskini əhəmiyyətli dərəcədə artırır. Yolda verilən yanlış qərar və ya bir neçə saniyəlik diqqətsizlik geri dönüşü olmayan faciəyə səbəb ola bilər.

“Yol hərəkətində təhlükəsizlik hər bir sürücünün məsuliyyətli davranışından başlayır. Mənzil başına tez çatmaq naminə edilən risk, tələskənlik və ya bir anlıq ehtiyatsızlıq həm sürücünün, həm də digər hərəkət iştirakçılarının həyatını təhlükə altına ata bilər. Bir daha bütün sürücüləri yol hərəkəti qaydalarına ciddi əməl etməyə, sükan arxasında diqqətli, səbirli və məsuliyyətli olmağa çağırırıq. Bir anlıq tələskənlik və ya ehtiyatsızlıq ömür boyu davam edən peşmanlığa çevrilməsin. Hər səfərin sonunda sizi gözləyən doğmalarınızın olduğunu unutmayın!”,- deyə çağırışda vurğulanıb.

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:118
embedMənbə:https://modern.az
archiveBu xəbər 10 Sentyabr 2026 10:55 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Hakan Fidan: “İrana hərbi müdaxilə həll yolu deyil”

24 Oktyabr 2026 14:29see365

Bakı Ekspo Mərkəzdə Musa Yaqubun “İpəkyolu” nəşriyyatı tərəfindən çap olunmuş “Gül bağçası” kitabı təqdim olundu

23 Oktyabr 2026 22:09see276

Yanlış dərman istifadəsi nələrə səbəb ola bilər? PROFESSOR AÇIQLADI

23 Oktyabr 2026 17:14see230

Körpələrdə yüksək hərarət fonunda qıcolmalar

24 Oktyabr 2026 01:51see226

Tramp saxta addan isitfadəyə görə konqresmeni istefaya çağırdı

23 Oktyabr 2026 23:46see223

Qeyri neft qaz mallarının mənşəyinin müəyyən edilməsi qaydası təsdiqlənib

23 Oktyabr 2026 17:40see222

Dövlət Bağçalı İlham Əliyevə təşəkkür ETDİ

23 Oktyabr 2026 22:34see214

İkili idarəetmə bitir, səhiyyədə yeni dövr başlayır

23 Oktyabr 2026 19:04see205

Ronaldo tarixə düşdü

24 Oktyabr 2026 04:57see203

Gələcəyə inamını itirən gənclik Niyə yatırım etmək əvəzinə kor koranə pul xərcləyirlər?

24 Oktyabr 2026 15:01see200

Qazaxıstanlı filosoflar AMEA da elmi nəzəri təcrübə keçiblər

24 Oktyabr 2026 16:08see199

Qubadlının işğaldan azad olunmasından 6 il ötür

25 Oktyabr 2026 00:07see199

Bundesliqa: Bremenlilər dramatik matçda sevindi

25 Oktyabr 2026 00:13see194

Mask "Starlink"i Ukrayna üçün niyə bağladığını açıqladı

25 Oktyabr 2026 00:38see192

Zeytun Festivalı əyləncəli proqramla yadda qalıb FOTOLAR

25 Oktyabr 2026 00:33see187

Qavi El Klasiko öncəsi “Real Madrid”dən ehtiyat etdiyini gizlətməyib

25 Oktyabr 2026 00:32see187

Bağırsaqlar üçün faydalı QİDALAR

25 Oktyabr 2026 00:37see182

Piyada keçidində 3 nəfərin vurulduğu qəzanın ANBAAN VİDEOSU

24 Oktyabr 2026 15:35see182

Prezident millinin qollarından danışdı: Hamısı gözəl idi...

25 Oktyabr 2026 00:12see175

Heyva doğrandıqdan sonra niyə qaralır? Rəngini qorumağın praktik yolları

25 Oktyabr 2026 00:38see170
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri