Icma.az
close
up
RU
Sürücülərə MÜRACİƏT: Avtomobillərdə işıq sisteminin nasazlığı qəza ehtimalını dəfələrlə artırır

Sürücülərə MÜRACİƏT: Avtomobillərdə işıq sisteminin nasazlığı qəza ehtimalını dəfələrlə artırır

Icma.az, Baku.ws saytına istinadən bildirir.

Payız fəslinin gəlməsi ilə havaların tez-tez dəyişməsi, duman, yağış və qısa gündüz saatları sürücülərdən daha çox diqqət və məsuliyyət tələb edir. Belə şəraitdə nəqliyyat vasitələrinin işıqlandırma sistemlərinin saz vəziyyətdə olmaması qəza ehtimalını dəfələrlə artırır.

BAKU.WS xəbər verir ki, bu fikirlər Baş Dövlət Yol Polisi İdarəsinin (BDYPİ) sürücülərində yer alıb.

"Yol hərəkəti təhlükəsizliyinin əsas şərtlərindən biri nəqliyyat vasitələrinin işıqlandırma sistemlərinin daim saz vəziyyətdə saxlanmasıdır. Avtomobil hərəkətdə olduğu zaman yalnız mühərrik və əyləc sistemi deyil, işıq cihazlarının da işlək vəziyyətdə olması həm sürücünün, həm də digər hərəkət iştirakçılarının təhlükəsizliyini təmin edən mühüm amillərdəndir.

Dumanlı və ya yağışlı havada, eləcə də sutkanın qaranlıq vaxtı işıqlandırılmayan yol sahələrində işıq cihazlarının nasazlığı qəza riskini əhəmiyyətli dərəcədə artırır.

Qanunvericiliyə əsasən, sürücü hərəkətə başlamazdan əvvəl avtomobilin texniki vəziyyətini, o cümlədən işıq cihazlarının işləkliyini yoxlamalıdır. Ön və arxa işıqların nasazlığı həm görmə, həm də görünmə imkanlarını məhdudlaşdırır ki, bu da digər hərəkət iştirakçıları üçün qəfil və gözlənilməz təhlükələrin yaranmasına səbəb olur.

Xüsusilə məhdud görünmə şəraitində - duman, yağış, qar və ya gecə vaxtı işıqlandırılmayan yol sahələrində işıqlandırma sisteminin nasazlığı qəza ehtimalını dəfələrlə artırır.

Unutmayaq ki, yollarda təhlükəsizlik hər bir hərəkət iştirakçısının məsuliyyətli davranışından asılıdır. İşıqlandırma sisteminə göstərilən laqeyd münasibət təkcə bir sürücünün deyil, digər hərəkət iştirakçılarının da həyatını risk altına qoyur", müraciətdə deyilir.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:28
embedMənbə:https://baku.ws
archiveBu xəbər 03 Oktyabr 2025 11:16 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

İtaliya prezidentinin səfəri yeni əməkdaşlıq perspektivlər üçün zəmin yaradacaq

01 Oktyabr 2025 18:21see285

Professor izah etdi: Demans riskini azaldan 8 vərdiş

01 Oktyabr 2025 16:34see198

Ağdamda nənə nəvə evdə yandı YENİLƏNİB

02 Oktyabr 2025 15:21see143

“SOCAR Tower” dünyada “İlin ən yaxşı ofis binası” seçilib

02 Oktyabr 2025 04:35see140

UFC çempionu Maqomed Ankalayev ağır çəkiyə nə vaxt keçəyəyini deyib

02 Oktyabr 2025 04:18see139

Qurban Qurbanov: Futbolçularım sona qədər mübarizə apardılar

01 Oktyabr 2025 23:44see138

Masdar: İlk panelin quraşdırılması Biləsuvar GES layihəsi üçün mühüm mərhələdir

02 Oktyabr 2025 14:55see138

UEFA Çempionlar Liqası: Barselona uduzdu, Yuventus heç heçə etdi

02 Oktyabr 2025 01:25see137

İsveçrəli nazir Fərhad Əliyevin keçmiş müşavirinə məktub yazıb

01 Oktyabr 2025 15:11see136

Onlara qarşı əsassız və haqsız ittihamları qəbul etməyəcəyəm”

02 Oktyabr 2025 18:06see132

Azər Bağırov Gəncə klubunun rəhbərliyinə gətirildi

01 Oktyabr 2025 16:12see132

Zərdabda direktor və müavini İŞDƏN ÇIXARILDILAR

02 Oktyabr 2025 12:38see130

Samuxda ər boşanmaq istəyən arvadını başından bıçaqlayıb

02 Oktyabr 2025 07:46see129

İlham Əliyev: Təbii resurslar hələ o demək deyil ki, bu ölkələr uzunmüddətli dayanıqlı inkişafa malik olacaqlar

01 Oktyabr 2025 16:35see129

Dünyanın xəritəsi niyə müxtəlif ölkələrdə fərqli görünür: Hansı doğrudur?

02 Oktyabr 2025 00:24see129

Nura Surinin anası qazi imiş FOTO

03 Oktyabr 2025 00:20see124

Məlhəm hospitalından gənc yazarın iddialarına CAVAB

01 Oktyabr 2025 21:17see123

Putin güclü Rusiya obrazı yaradır

03 Oktyabr 2025 12:35see123

İnternet, yemək içmək və yatmaq: Monteneqroda dünyanın ən qeyri adi yarışlarından biri başladı

02 Oktyabr 2025 04:02see122

Papa Leo: ABŞ Prezidentinin Qəzza üçün sülh planı real təklifdir

02 Oktyabr 2025 02:18see120
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri