Icma.az
close
up
RU
Sürücülərə qarşı “elektron tərəzi tələsi” FOTOFAKT

Sürücülərə qarşı “elektron tərəzi tələsi” FOTOFAKT

Icma.az, Hurriyyet portalına istinadən məlumat yayır.

Daha bir sürücü qanunsuz olaraq cərimə yazılmasına etiraz edir

“Hürriyyət” qəzetində Qaradağ rayonu, Korgöz qəsəbə sakini Novruzov Ramiz Yavər oğlu və  Bakı şəhəri, Xətai rayon sakini Ağamirzəli Natiq Cəmil oğlu tərəfindən redaksiyamıza daxil olan şikayət məktubunu dərc etmişdik. Şikayətçi Ramiz Novruzov qeyd edirdi ki, Ağstafa rayonu ərazisindəki elektron tərəziyə nəzarət edən şəxslər insanlara haqsız yerə cərimə yazır:

“Mən, Novruzov Ramiz Yavər oğlu, yazaraq bildirirəm ki, Ağstafa rayonu ərazisində qurulan “AYNA”ya məxsus tərəzi sürücülərə artıq cərimə yazır.

Belə ki, tərəzi 40 ton yükü 42 ton 300 kq göstərir. Sonra da sürücüyə 600 manat cərimə gəlir. Hansı ki, mənə yazılan həmin 600 manatı ödəməyə məcbur oldum...

11.08.2025-ci il tarixində “Norum” sement zavodundan Gürcüstana qilinker yükü aparırdım. Yüküm 26 ton 60 kq idi. Bu yükə Dövlət Gömrük Komitəsi möhür vurub, əlimdə sənədlərim var. Qaradağ yol polisi postunun yanındakı elektron tərəzidən problemsiz keçmişəm. Heç bir qayda pozuntusunun olmadığını bildiriblər. Lakin Ağstafa ərazisindən keçəndə yükü 42 ton 320 kq hesablayıblar. Nəticədə 1080 manat cərimə olunmuşam. Yəni qanunsuz yerə cərimə yazılıb. Çörəkpulu üçün evdən çıxırıq, ziyanla qayıdırıq. Belə olmaz.

Mən, sizin qəzet vasitəsilə səlahiyyətli qurumlardan, hüquq-mühafizə orqanlarından xahiş edirəm, bu məsələdə mənə kömək edin. Ağstafa rayon ərazisindəki elektron tərəzi düzgün çəkmir. Məcbur qalıb, aparıb 1080 manat ödənişi də etmişəm. Amma, xahiş edirəm, bu qanunsuzluğa bir çarə qılın".

Natiq Ağamirzəli də də bildirirdi ki, qeyri-qanuni yazılan cərimələri ödəməkdən artıq təngə gəlib:

“Mən, Ağamirzəli  Natiq Cəmil oğlu, yazaraq şikayətimi işıqlandırmağınızı xahiş edirəm. Bildirmək istəyirəm ki, işlədiyim vaxtdan bu günə qədər qeyri-qanuni yazılmış 7 000 min manat cərimə ödəmişəm. İki gün əvvəl isə yenə 1200 manat cərimə yazıblar.

Ölkədə olan elektron tərəzilər tək mənə aid maşınların yükünü səhv çəkmir. Bundan şikayət edənlərin sayı heç də az deyil. Hər bir sahibkara 7 000, 10 000 manat civarında cərimələr yazılıb. Maşınmın yük tutumu 40 ton olduğu halda, tərəzi 43 ton göstərir. Halbuki yanlışdır.

Elektron tərəzilər ölçü götürür və icraat düzgün şəkildə həyata keçirilmədən, birbaşa sistemə daxil edilir. Bu da biz sahibkarlara qarşı haqsızlıqdır. Problem odur ki, əgər yüküm artıqdırsa, niyə yol polisi məni saxlamır, niyə artıq yükü boşaltmaq üçün istiqamətləndirmir? Niyə hərəkətə icazə verilir? Çünki, bilirlər ki, artıq yük yoxdur, elektron tərəzi səhv göstərir. Əgər saxlasalar, tənzimləmə prosesi zamanı bu səhv üzə çıxacaq”.

Qeyd edək ki, daha bir vətəndaş -  Allahverdiyev Əli Valeh oğlu – “Hürriyyət”ə müraciət edərək bildirir ki, AYNA-ya məxsus eletron tərəzilər işləmir: “Daha doğrusu, düzgün şəkildə işləmir, ancaq biz sürücüləri cərimələmək üçün quraşdırılıb. Burada isə sürücünün nə dediyinin, avtomobilin kütləsinin nə qədər olmağının bir önəmi yoxdur. Bunu 2 nümunə ilə göstərmək istəyirəm:

1. 18.08.2025-ci il tarixində idarə etdiyim KamAZ 6520 markalı, 04-BM-639 qeydiyyat nişanlı avtomobil Quba rayonun Zərdabi kəndi ərazisində, “Qartal” olaraq adlandırılan ərazidə yerləşən “Yüksək Ticarət” MMC-yə məxsus olan Qum-Çınqıl karxanasında şeben ilə doldurulmuşdur. Bu zaman avtomobilin yüklə birlikdə ümumi kütləsi 31 ton 740 kq olmuşdur (karxanadan aldığım 49204 nömrəli qəbzi əlavə edirəm).

Lakin, AYNA-ya məxsus Şabran rayonu ərazisində yerləşən elektron tərəzidən keçərkən avtomobilin kütləsinin 34 ton 710 kq olduğu iddiası ilə EQ 30039503 nömrəli protokol tərtib edilmiş (protokola əlavə edilmiş sənədi əlavə edirəm) və 1200 amant məbləğində cərimə olunmuşam.

2. 28.08.2025-ci il tarixində idarə etdiyim yenə eyni avtomobil Quba rayonunda yerləşən “Yüksək Ticarət” MMC-yə məxsus olan eyni karxanada şeben ilə doldurulmuşdur. Bu zaman isə avtomobilin yüklə birlikdə ümumi kütləsi 31 ton 550 kq olmuşdur (karxanadan aldığım 50037 nömrəli qəbzi əlavə edirəm).

Lakin, AYNA-ya məxsus, Şabran rayonu ərazisində yerləşən elektron tərəzidən keçərkən avtomobilin kütləsinin 34 ton 770 kq olduğu iddiası ilə EQ 30246081 nömrəli protokol tərtib edilmiş (protokola əlavə edilmiş sənədi əlavə edirəm) və 1200 amant məbləğində cərimə olunmuşam.

Yükün yükləndiyi karxanadaki elektron tərəzi sertifikatlaşdırılmış tərəzidir (sertifikatı əlavə edirəm)”.

Şikayətçilər əlavə edir ki, İnzibati Xətalar Məcəlləsinin 127-ci maddəsinin müvafiq bəndlərinin heç birinə uyğun hərəkət etmirlər. Yəni maşınların hərəkəti İnzibati Xətalar Məcəlləsinin qoyduğu qayda-qanunlarla yox, AYNA ilə Yol Polisi əməkdaşlarının “yazılmamış qanunları” ilə idarə olunur.

Maddə 127-1. İriqabaritli və ya ağırçəkili nəqliyyat vasitələrinin icazə verilən çəki və yüklə birlikdə oxa düşən kütlə parametrlərini aşmaqla ümumi istifadədə olan avtomobil yollarında idarə edilməsi ilə əlaqədar inzibati xəta hadisəsi elektron tərəzilər və foto və ya videoqeydiyyat funksiyalarına malik texniki vasitələrin köməyi ilə aşkar edildikdə icraatın aparılması qaydası;

127-1.1. Bu Məcəllənin 353.2-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanın törədilməsi ilə əlaqədar inzibati tənbeh vermə haqqında elektron qərar hərəkətdə olan nəqliyyat vasitəsinin çəki və kütlə parametrlərini ölçən və yol örtüyünün altında yerləşən xüsusi texniki vasitələrin (elektron tərəzilərin) məlumatları əsasında bu Məcəllənin 122.1-ci maddəsində nəzərdə tutulmuş qaydada tərtib edilir. Bütün elektron tərəzilər müvafiq icra hakimiyyəti orqanının mərkəzi informasiya sisteminə inteqrasiya edilməlidir.

127-1.2. İnzibati tənbeh vermə haqqında elektron qərar çəki və yüklə birlikdə oxa düşən kütlə parametrlərinə dair tələblərin pozulması ilə əlaqədar xüsusi texniki vasitələrin məlumatları əlavə edilməklə elektron qaydada dərhal müvafiq icra hakimiyyəti orqanının və ya müvafiq icra hakimiyyəti orqanının yaratdığı qurumun ən yaxın nəzarət məntəqəsinə göndərilir.

127-1.3. Bu Məcəllənin 353.2-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanın törədildiyi nəqliyyat vasitəsi müvafiq icra hakimiyyəti orqanının əməkdaşı tərəfindən nəzarət məntəqəsində saxlanılır və inzibati tənbeh vermə haqqında elektron qərarın və xüsusi texniki vasitələrin məlumatlarının kağız daşıyıcıda surətləri nəqliyyat vasitəsini idarə edən şəxsə təqdim olunur.

127-1.4. Saxlanılmış nəqliyyat vasitəsinin çəki və kütlə parametrləri nəzarət məntəqəsində quraşdırılmış xüsusi texniki vasitələrlə saxlanılmış nəqliyyat vasitəsini idarə edən şəxsin iştirakı ilə müvafiq icra hakimiyyəti orqanının və müvafiq icra hakimiyyəti orqanının yaratdığı qurumun əməkdaşları tərəfindən ölçülür və məlumatlar real vaxt rejimində müvafiq icra hakimiyyəti orqanının mərkəzi informasiya sisteminə ötürülür.

127-1.5. Hərəkətin davam etdirilməsi üçün yükgöndərən (daşıyıcı) tərəfindən nəqliyyat vasitəsindən normadan artıq yükün boşaldılması və yükün digər nəqliyyat vasitəsilə daşınması təmin edilməlidir.

Jalə FAMİLQIZI

Redaksiyadan: Qarşı tərəfin mövqeyini dərc etməyə hazırıq.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:60
embedMənbə:https://hurriyyet.az
archiveBu xəbər 01 Oktyabr 2025 14:39 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Xames Rodrigez MLS klubuna keçə bilər

31 Dekabr 2025 03:28see218

AZAL ın təyyarə qəzasının araşdırılması üçün Qazaxıstanla əməkdaşlıq edirik Rusiya XİN

30 Dekabr 2025 20:05see197

Siyasi qorxunun məhsulu

30 Dekabr 2025 09:45see191

Avropanın üç nəhəngi Joao Kanseloya elçi düşüb

31 Dekabr 2025 08:10see177

Türkiyədə tanınmış reper həbs edildi

30 Dekabr 2025 03:04see176

Ekspert xəbərdarlıq etdi: 2026 da iqtisadi çətinlik...

30 Dekabr 2025 08:15see162

Stomatoloq ən təhlükəli bayram içkisinin adını çəkib...

29 Dekabr 2025 22:18see160

Yamal 20+20 qolla yüksək liqa oyunçularının elit siyahısına qoşulub

30 Dekabr 2025 03:09see155

2026 cı ildə Bakıda hansı infrastruktur layihələri REALLAŞDIRILACAQ?

30 Dekabr 2025 14:16see152

Tramp: “F 35”lərin Türkiyəyə satışı ilə bağlı ciddi müzakirələr aparılır

30 Dekabr 2025 05:45see145

Tramp Ukraynaya “Tomahawk” raketlərinin tədarükünü şəxsən dayandırdığını deyib

30 Dekabr 2025 02:02see145

ABŞ ın Mərkəzi Kəşfiyyat İdarəsi Venesuela limanına zərbə endirib

30 Dekabr 2025 09:43see144

Birmarketdən növbəti böyük hədiyyə: Kia K5 Sport qalibə təqdim olundu

30 Dekabr 2025 19:53see138

30 il əvvəl İstanbulda edilən səhv Bakıda təkrarlanır Təhlükəli mənzərə

31 Dekabr 2025 06:14see137

Bir zamanlar möcüzə idi, indi təsirsizdir: Antibiotiklər niyə keyfiyyətsizdir?

29 Dekabr 2025 23:55see136

Nadir qalaktika birləşməsi kəşf edildi Kainatda ilk

31 Dekabr 2025 04:13see136

Azyaşlı qızları maşınına mindirib dəfələrlə zorladı Azərbaycanda ŞOK HADİSƏ

30 Dekabr 2025 05:29see131

Ukrayna Xersona hücum etdi

31 Dekabr 2025 03:13see131

Süni intellektin gələcəyi: OpenAI təhlükələrə qarşı mübarizə üçün idarəedici axtarır

30 Dekabr 2025 09:05see130

Putin Ermənistan Azərbaycan münaqişəsini həll etdiyimə inana bilmirdi Tramp

30 Dekabr 2025 00:44see129
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri