Sürücülərə şad xəbər: Cəbrayıl rayonunda yanacaqdoldurma məntəqəsi istifadəyə verildi VİDEO
Avtosfer saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.
Qarabağın işğaldan azad edilən ərazilərində bərpa və yenidənqurma işləri sürətli şəkildə davam edir. Həyata keçirilən bu proses çərçivəsində təkcə yaşayış evləri deyil, həmçinin iqtisadi və sosial infrastruktur obyektləri də inşa olunur.
Avtosfer.az xəbər verir ki, bu çərçivədə Cəbrayıl rayonu ərazisində də əhəmiyyətli addımlar atılır. Sakinlərin və əraziyə səfər edənlərin rahatlığının təmin edilməsi məqsədilə zəruri olan obyektlər inşa edilərək istifadəyə verilir. Əvvəllər Cəbrayıl rayonu istiqamətində heç bir yanacaqdoldurma məntəqəsi mövcud deyildi ki, bu da sürücülər üçün ciddi çətinliklər yaradırdı.
Bu ehtiyac nəzərə alınaraq Soltanlı kəndi yaxınlığında "Azpetrol" şirkətinə məxsus müasir tipli yanacaqdoldurma məntəqəsi inşa edilərək istifadəyə verilib.
Fərid
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:114
Bu xəbər 31 İyul 2025 12:59 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















