Sürücülərə texniki baxışla bağlı Müraciət
Qafqazinfo saytına istinadən Icma.az xəbər verir.
“Nəqliyyat vasitəsinin texniki sazlığının yol hərəkəti təhlükəsizliyinə bilavasitə təsirini nəzərə alaraq, Baş DYP fiziki və hüquqi şəxsləri istifadələrində olan nəqliyyat vasitələrini vaxtında texniki baxışa təqdim etməyə, xidmətdə məmnunluğun təmin edilməsi məqsədilə bu sahədə yaradılmış imkanlardan faydalanmağa çağırır”.
“Qafqazinfo” xəbər verir ki, bu barədə Baş Dövlət Yol Polisi İdarəsinin (DYPİ) texniki baxışla bağlı sürücülərə müraciətində bildirilib.
Qeyd olunub ki, digər məntəqələrdə olduğu kimi, paytaxtın Lökbatan dairəsindən Yeni Yasamal yaşayış massivinə gedən yolun 2-ci kilometrliyində yerləşən, müаsir аvadаnlıq və ölçü cihаzlаrı ilə təchiz edilmiş Müayinə Mərkəzində də növbələrin yaranmaması üçün bütün lazımi şərait yaradılıb.
“Təkcə paytaxt əhalisi üçün deyil, respublikanın digər regionlarında qeydiyyatda olan avtomobillərə də xidmət göstərən sözügedən Müayinə Mərkəzi həftənin I-VI günləri saat 09:00-dan 23:00-dək, bazar günü isə saat 09:00-dan 18:00-dək fəaliyyət göstərir.
Avtomobillərin texniki baxışdan keçirilməsi ilə bağlı yaranmış suallara 012-511-08-40 nömrəli qaynar xəttinə zəng etməklə cavab ala bilərsiniz”, - məlumatda qeyd edilib.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:92
Bu xəbər 18 Fevral 2026 10:31 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















