Icma.az
close
up
RU
Sürücülərə xəbərdarlıq Bu hallarda maşın “ştrafnoy”a aparılır

Sürücülərə xəbərdarlıq Bu hallarda maşın “ştrafnoy”a aparılır

Icma.az, Yenisabah portalına istinadən məlumat verir.

Sürücülərin gündəlik həyatda ən çox qarşılaşdığı və narahatlıq doğuran məsələlərdən biri nəqliyyat vasitəsinin cərimə meydançasına aparılmasıdır. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin (İXM) 96-cı maddəsinə və "Yol hərəkəti haqqında" Qanunun 85-ci maddəsinə əsasən, bu tədbir hər bir qayda pozuntusuna görə tətbiq olunmur və yalnız qanunla müəyyən edilmiş spesifik hallarda həyata keçirilir.

“Yeni Sabah”ın araşdırmasına əsasən, nəqliyyat vasitəsinin duracağa təxliyə edilməsinin başlıca səbəbləri sırasına sürücünün idarəetmə hüququ və fiziki vəziyyəti ilə bağlı qayda pozuntuları daxildir. İXM-in 332-ci maddəsinə əsasən sürücülük hüququ olmayan, 334-cü maddəsinə əsasən bu hüquqdan məhrum edilən və ya 333-cü maddəyə uyğun olaraq sükan arxasına sərxoş — spirtli içki, narkotik vasitələr və ya digər güclü təsir edən maddələrin təsiri altında əyləşən şəxslər aşkar edildikdə avtomobil dərhal cərimə meydançasına aparılır. Eyni zamanda, İXM-in 335-ci maddəsinə görə sürücünün yanında idarəetmə üçün zəruri olan sənədlər olmadıqda və yerində bu çatışmazlığı aradan qaldırmaq mümkün gəlmədikdə nəqliyyat vasitəsi müvəqqəti saxlanılır.

Texniki vəziyyət və qeydiyyat tələblərinin pozulması da avtomobilin saxlanılması üçün hüquqi əsas yaradır. İXM-in 342-ci maddəsinə əsasən əyləc sistemi və ya sükan idarəetməsi xarab olan, normativ tələblər pozulmaqla qanunsuz yenidən təchiz edilən, eləcə də İXM-in 339-cu maddəsinə uyğun olaraq dövlət qeydiyyat nişanları olmadan, saxta və ya özgəsinə aid nömrələrlə idarə olunan nəqliyyat vasitələrinin hərəkəti qadağan olunaraq duracağa göndərilir. pizza mizza

Dayanma və durma qaydalarının ciddi şəkildə pozulması zamanı da təxliyə mexanizmi işə düşür. Bu qaydalar İXM-in 346-cı maddəsi və "Yol hərəkəti haqqında" Qanunun 52-ci maddəsi ilə tənzimlənir. Park edilmiş avtomobil digər hərəkət iştirakçılarına maneə yaratdıqda — piyada keçidində, avtobus dayanacağında, tuneldə, körpüdə və ya hərəkət hissəsində ikinci cərgədə saxlanıldıqda və sürücü yerində olmadıqda yol polisi avtomobili təxliyə edir. Sürücü avtomobil təxliyəediciyə yüklənənədək gəlib çatarsa və pozuntunu yerində aradan qaldırarsa, avtomobil cərimə meydançasına aparılmır, yalnız protokol tərtib olunur.

Bundan əlavə, İXM-in 345-ci maddəsinə əsasən sürücü polisin qanuni "saxla" tələbinə tabelik göstərmədikdə, yol-nəqliyyat hadisəsi zamanı ekspertiza keçirilməsi zərurəti yarandıqda və İXM-in 130-cu maddəsinə uyğun olaraq ödənilməmiş cərimələr üzrə qanuni qüvvəyə minmiş xüsusi qərarlar olduqda da nəqliyyat vasitəsinin cərimə meydançasına aparılması həyata keçirilir. Avtomobil saxlanılmasına səbəb olan hallar aradan qaldırıldıqdan və müvafiq xərclər ödəniləndən dərhal sonra sahibinə təhvil verilir.

Nazim Hacıyev


Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:126
embedMənbə:https://yenisabah.az
archiveBu xəbər 07 Sentyabr 2026 14:39 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Hakan Fidan: “İrana hərbi müdaxilə həll yolu deyil”

24 Oktyabr 2026 14:29see569

Barselona Real : hansı kanallarda?

25 Oktyabr 2026 23:55see302

Gələcəyə inamını itirən gənclik Niyə yatırım etmək əvəzinə kor koranə pul xərcləyirlər?

24 Oktyabr 2026 15:01see292

Mask "Starlink"i Ukrayna üçün niyə bağladığını açıqladı

25 Oktyabr 2026 00:38see286

Qavi El Klasiko öncəsi “Real Madrid”dən ehtiyat etdiyini gizlətməyib

25 Oktyabr 2026 00:32see280

Qubadlının işğaldan azad olunmasından 6 il ötür

25 Oktyabr 2026 00:07see280

Qazaxıstanlı filosoflar AMEA da elmi nəzəri təcrübə keçiblər

24 Oktyabr 2026 16:08see273

Zeytun Festivalında estrada ulduzlarının konserti olub

24 Oktyabr 2026 23:08see252

Bağırsaqlar üçün faydalı QİDALAR

25 Oktyabr 2026 00:37see247

Bundesliqa: Bremenlilər dramatik matçda sevindi

25 Oktyabr 2026 00:13see240

Zeytun Festivalı əyləncəli proqramla yadda qalıb FOTOLAR

25 Oktyabr 2026 00:33see239

Gəzdikcə doymadığın, ayrıldıqca darıxdığın şəhər REPORTAJ

24 Oktyabr 2026 13:48see231

Piyada keçidində 3 nəfərin vurulduğu qəzanın ANBAAN VİDEOSU

24 Oktyabr 2026 15:35see226

Prezident millinin qollarından danışdı: Hamısı gözəl idi...

25 Oktyabr 2026 00:12see226

Zeytunla başlayan, musiqi ilə davam edən gün Fotolar

24 Oktyabr 2026 18:13see226

Azərbaycanda istehsal olunan dərmanlar SİYAHI

24 Oktyabr 2026 17:56see221

Dövlət Bağçalının Azərbaycana qarşı mövqeyi alqışa layiqdir Politoloq

24 Oktyabr 2026 21:51see220

Restoran biznesi çökür 700 minlik iddia

24 Oktyabr 2026 14:11see219

Heyva doğrandıqdan sonra niyə qaralır? Rəngini qorumağın praktik yolları

25 Oktyabr 2026 00:38see218

Röya Ayxanın xalası qızının videosu yayıldı VİDEO

26 Oktyabr 2026 00:42see191
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri