Sürücülərə xəbərdarlıq: saat 23:00 dan...
Icma.az, Milli.az portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.
Bakının bəzi küçələrində nəqliyyatın hərəkəti qismən məhdudlaşdırılacaq.
Milli.Az xəbər verir ki, 31 avqust saat 23:00-dan etibarən Fikrət Əmirov küçəsinin Xəqani və Nizami küçələri aralığındakı hissəsi vətəndaşların istifadəsi üçün yerüstü piyada keçidinin quraşdırılması işləri ilə əlaqədar yarışlar bitənədək nəqliyyata bağlı olacaq.
Ərazidə yerləşən velosiped zolaqları isə işlək olacaq.
Qeyd edək ki, məhdudiyyətlər 19-21 sentyabr tarixlərində keçiriləcək "Formula 1" Qatar Airways Azərbaycan Qran-Prisi 2025-ə hazırlıq çərçivəsində şəhərin mərkəzi küçə və prospektlərində aparılan quraşdırma və infrastruktur işləri ilə bağlıdır. Məhdudiyyətlər mərhələli şəkildə tətbiq ediləcək və yarış ərəfəsində digər küçə və prospektlərdə də müəyyən dəyişikliklər nəzərdə tutulur.
Sürücülərdən və piyadalardan hərəkət zamanı alternativ marşrutlardan istifadə etmələri xahiş olunur.
Bakı Şəhər Halqası sakinlərin göstərdiyi anlayışa görə öncədən təşəkkürünü bildirir.
Milli.Az
Baxış sayı:67
Bu xəbər 31 Avqust 2025 15:39 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
Əlaqə
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















