Icma.az
close
up
RU
Sürücülərin DİQQƏTİNƏ! İstismar müddətini başa çatdıran avtomobillər qəzada ölüm riskini artırır VİDEO

Sürücülərin DİQQƏTİNƏ! İstismar müddətini başa çatdıran avtomobillər qəzada ölüm riskini artırır VİDEO

Avtosfer saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.

Bu gün nəqliyyat vasitələrinin utilizasiyasının təşviq edilməsi, bu mövzuda medianın və ictimaiyyətin məlumatlandırılması, həm də yeni yaradılan electron portalın təqdimat mərasimi keçirilib.

Avtosfer.az xəbər verir ki, “Flame Towers”in konfrans zalında “Təmiz Şəhər” Açıq Səhmdar Cəmiyyəti, Ekologiya və Təbii Sərvətlər Nazirliyi, Baş Dövlət Yol Polisi idarəsi və Dövlət Gömrük Komitəsinin təşkilatçılığı ilə nəqliyyat vasitələrinin utilizasiyası mövzusunda tədbir təşkil edilib. Tədbirdə təşkilatçı qurum və şirkətlərin nümayəndələri ilə yanaşı, hüquqşünas Ərşad Hüseynov, nəqliyyat ekpsertləri Elməddin Muradlı və Eldəniz Cəfərov, həmçinin media nümayəndələri də iştirak edib.

Tədbiri açılış nitqi ilə “Təmiz Şəhər” ASC-nin idarə heyətinin sədri Etibar Abbasov açıb və çıxışı zamanı bildirib ki, mövcud tələblərə əsasən “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanunu ilə müəyyən edilən qaydada əvvəlcə nəqliyyat vasitəsi dövlət qeydiyyatı üzrə daimi uçotdan çıxarılmalıdır:

“Nəqliyyat vasitəsi utilizasiyaya təqdim edildikdən sonra onu utilizatora təhvil verən şəxsə təsdiqedici sənəd təqdim edilir. Həmin sənəd əsasında yerli istehsal yeni nəqliyyat vasitəsi almaq üçün güzəşt və ya birdəfəlik ödəniş almaq mümkündür. Ötən dövr ərzində 35 nəqliyyat vasitəsi utilizasiyaya verilmiş və birdəfəlik ödəniş üçün müraciət etmiş şəxslərə həmin nəqliyyat vasitələrinin təsnifatına uyğun olaraq ödənişlər həyata keçirilmişdir. Nəqliyyat vasitələrinin utilizasiyaya verilməsi könüllülük prinsipi əsasında həyata keçirilir və məcburi xarakter daşımır”.

Daha sonra nəqliyyat vasitələrinin utilizasiyası ilə bağlı "www.nvu.gov.az" portalının təqdimatı keçirilib. Bildirilib ki, utilizator fəaliyyəti üzrə nəzərdə tutulan tələblərə cavab verən “Fors” MMC reyestrdə qeydiyyata alınaraq istismar müddəti başa çatan, eləcə də istifadəyə yararsız nəqliyyat vasitələrinin qəbuluna başlanılmışdır. Utilizasiya prosesinin necə baş tutması ilə əlaqədar hazırlanan videoçarx tədbir iştirakçılarına təqdim olunub.

Tədbir zamanı çıxış edən Baş Dövlət Yol Polisi İdarəsinin əməkdaşı Mübariz Ağayev bildirib ki, dekabrın 2-nə olan məlumata görə, Azərbaycanda qeydiyyata alınmış nəqliyyat vasitələrinin sayı 1 milyon 863 mini keçib:

“Bu il ərzində 1600-dən çox avtomobil istismardan çıxarılıb. Bu göstərici bizi qane etmir. Çünki illik terxniki baxışla bağlı məsələləri müzakirə etdiyimiz zaman görürük ki, hazırda istismarda olan nəqliyyat vasitələrinin cəmi 70%-i texniki baxışdan keçir.  30%-i isə ya sürülmür, ya da istismardan çıxıb və kimlərinsə həyətində, cərimə meydançalarında qalıb. Həmin nəqliyyat vasitələrini utilizasiya prosesinə cəlb etmək lazımdır. Ölkədə qeydiyyatdan keçən avtomobillərin cəmi 14.6%-i istismar müddəti 10 ilə qədər olan nəqliyyat vasitələridir. Ən məyusedici göstərici isə istismarı müddəti 20 ildən çox olan nəqliyyat vasitələri ilə əlaqədardır. Bu cür avtomobillər ölkədə qeydiyyatdan keçirilən nəqliyyat vasitələrinin 45%-dən çoxunu əhatə edir. Hər il Azərbaycanda istismara yararsız nəqliyyat vasitələrinin də iştirakı hesablanmaqla baş verən yol-nəqliyyat hadisələrində təxminən 600-dən çox vətəndaşımız qəzaların qurbanı olur. 1200-1500 nəfər isə bu cür hadisələrdə xəsarət alır. Bu bizi çox narahat edir”.

Mübariz Ağayev sonda onu da qeyd edib ki, Azərbaycanla eyni göstəricilərə malik Polşa və Litva kimi ölkələrdə yol-nəqliyyat hadisələrinin qurbanlarının sayı ölkəmizlə müqayisədə xeyli azdır. Belə ki, həmin ölkələrdə il ərzində baş verən ən ağır nəqliyyat hadisələri zamanı ölüm və xəsarət faktı çox aşağıdır. O həmçinin vurğulayıb ki, bəzən elə ağır qəzalar baş verir ki, həmin hadisə zamanı ölən olmur və ən pis halda kimsə xəsarət alır. Lakin eyni tipli qəza ölkəmizdə baş verəndə 4-5 nəfər həyatını itirir. Bunun səbəbi isə həmin ölkələrdə avtomobil parkının sürətli yenilənməsidir.

Tədbirdə həmçinin vurğulanıb ki, bu ilin fevral ayında yaradılan Utilizasiya Fonduna indiyədək 48 milyon manat vəsait toplanıb və bunun 24 milyon manatı Dövlət Gömrük Komitəsinin ölkəyə gətirilən avtomobillərə görə tətbiq edilən utilizasiya haqqı hesabına yığılıb. 4 ildən 7 ilə qədər olanlar üçün 400 manat, 7 ildən yuxarılar üçün isə 700 manatdır. Texniki baxış zamanı isə bu ödəniş avtomobilin ilindən asılı olaraq 10 manatdan 40 manata qədərdir. Gələcəkdə Fond tərəfindən utilizasiya olunan avtomobillərə görə vətəndaşlara ödənəcək məbləğin artırılması müzakirə edilir.

Tədbir zamanı ictimaiyyət nümayəndələri ilə müzakirələr aparıldı. Mütəxəssislər, eləcə də, media nümayəndələri həyata keçirilən layihə ilə əlaqədar təşkilatçı “Təmiz Şəhər” ASC-nin idarə heyətinin sədrinə sual və təkliflərini verdi, utilizasiyaya təşviqetmə ilə bağlı maarifləndirmə işinin güclənməsinin vacibliyini bildirdilər. Etibar Abbasov yaxın dövr ərzində ictimaiyyət nümayəndələri ilə daha bir görüşün keçirilməsini və qanuna əlavə və dəyişikliklərin edilməsi ilə bağlı təkliflərin dəyərləndirilməsinin mütləqliyini vurğuladı.

Səfər

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:221
embedMənbə:https://avtosfer.az
archiveBu xəbər 03 Dekabr 2024 19:01 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Antiinhisar “Aztelekom”un qiymət artımı müraciətini rədd edib

22 Oktyabr 2026 17:21see279

Dəbdəbəli həyat tərzi nümayişi qadağası So­sial şə­bə­kə­də ya­zı­lan­lar

23 Oktyabr 2026 07:03see263

“Radio milli və informasiya təhlükəsizliyimiz üçün mühüm vasitədir” Hikmət Babaoğlu

23 Oktyabr 2026 12:18see220

İran rəsmisi: Uzunmüddətli müharibə ABŞ nin ziyanına olacaq

23 Oktyabr 2026 04:23see209

Növbəti köç karvanları Xocavənd və Ağdərəyə çatıb (Yenilənib)

23 Oktyabr 2026 12:58see202

Vüqar Oruc: “İnternet tarifləri artırılmamalı, xidmətin keyfiyyəti yüksəldilməlidir”

23 Oktyabr 2026 13:49see201

Tramp Vensin namizədliyini dəstəkləmək barədə hələ qərar qəbul etməyib

23 Oktyabr 2026 04:52see199

Zelenski: bu tarixdə ruslarla döyüşsəydik, bu gün müharibə olmazdı

23 Oktyabr 2026 04:19see196

İrem Dericidən Hadisəyə sevgi dolu təbrik: “Səni bütün qəlbimlə sevirəm”

22 Oktyabr 2026 19:46see192

Hamısı məhv edildi Kadırov

23 Oktyabr 2026 01:48see185

Gəncədə keçmiş məhkumlardan biri digərini bıçaqlayıb

23 Oktyabr 2026 04:15see181

Avropa Liqası: Beşiktaş və Yuventus dan heç heçə GÜNÜN NƏTİCƏLƏRİ

23 Oktyabr 2026 00:58see176

7 ölkə bir araya gəldi İstanbulda mühüm görüş

23 Oktyabr 2026 03:22see175

Kuba XİN i Ukrayna münaqişəsində iştirakla bağlı ittihamları rədd edib

23 Oktyabr 2026 02:21see175

Araz çayında balıqların sayı artıb

23 Oktyabr 2026 01:21see174

ABŞ Venesuelaya qarşı bir sıra sanksiyaları ləğv etməyə hazırlaşır

23 Oktyabr 2026 05:50see174

Tovuzda kişinin güllələnmiş meyiti TAPILDI

23 Oktyabr 2026 04:53see172

Əlilliyə görə əmək pensiyası dayandırılıbsa, necə bərpa etmək olar?

22 Oktyabr 2026 20:27see171

UEFA Avropa Liqası: “Beşiktaş” öz meydanında heç heçə edib

23 Oktyabr 2026 02:49see171

“Evdə üç günlük ərzaq ehtiyatı toplayın, nağd pul saxlayın”

23 Oktyabr 2026 03:48see171
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri