Icma.az
close
up
RU
Sürücülərin ən çox etdiyi səhv Cərimələnə BİLƏRSİNİZ

Sürücülərin ən çox etdiyi səhv Cərimələnə BİLƏRSİNİZ

Bizim media saytından verilən məlumata görə, Icma.az xəbər verir.

Bakı Şəhər Dövlət Yol Polisinin son xəbərdarlığı sürücülər arasında çaşqınlıq yaradıb.
Xəbərdarlıqda sükanın tək əllə idarə edilməsi və bir əlin avtomobilin pəncərəsindən çölə çıxarılmasının təhlükəli olduğu bildirilir. Bir çoxları bu məsələ ilə bağlı 40 manat cərimə tətbiq olunacağını iddia edirlər.
Bəzi sürücülərin avtomobildə hərəkətdə olan zaman əlini pəncərədən çölə çıxarması qəza riskini artırır.
Bu barədə Bakı Şəhər Dövlət Yol Polisi İdarəsinin müraciətində qeyd olunub. Yol-nəqliyyat hadisələrinin baş verməsinə səbəb olan amillərdən biri də sürücünün sükan arxasında idarəetməni itirməsidir:
"Təəssüflə qeyd edək ki, bəzi sürücülər avtomobildə hərəkətdə olan zaman əlini pəncərədən çölə çıxarırlar ki, bu da öz növbəsində idarəetməni çətinləşdirir və eyni zamanda qəza riskini artırır".
Mövcud qanunvericiliyin tələblərinə əsasən, sürücü hərəkət zamanı sükanı əlindən buraxmamalıdır, belə hal aşkarlandığı təqdirdə sürücü barəsində İnzibati Xətalar Məcəlləsinin 342.1.4-cü (hərəkət zamanı sükanı əldən buraxmağa görə) maddəsinə uyğun olaraq 40 manat məbləğində cərimə tətbiq ediləcək. Bu cərimə İnzibati Xətalar Məcəlləsində var. Amma adətən cərimə yazılmırdı. Lakin yenidən sürücülərə xəbərdarlıq edilib. Bu məsələnin aktuallaşmasına səbəb nədir?
Bizim.Media mövzu ilə bağlı "Kaspi" qəzetinin məqaləsini təqdim edir.
"Əlini çölə çıxarmağa görə cərimə tətbiq olunmayıb"
Bakı Şəhər Dövlət Yol Polisi İdarəsindən də bildirildi ki, bəzi yol nəqliyyat hadisələrinin səbəbi sürücünün idarəetməni itirməsidir. Buna görə də avtomobil idarə edən zaman sükanı buraxmaq düzgün deyil. Məsələ ilə bağlı vətəndaşlara çağırış da edilib. O da qeyd edildi ki, əlini çölə çıxardaraq avtomobil idarə etməyə görə heç bir cərimə tətbiq olunmayıb. Amma sürücü hər iki əlini sükandan çəkərək maşını idarə edərsə, 40 manat məbləğində cərimə edilə bilər.
"Bir əllə maşın sürülən zaman qəzaların sayı artır"
Qəza əleyhinə kursların məşqçisi Aqil Rəhimov bildirdi ki, bu xəbərdarlıq ajiotaja səbəb olub, çünki sürücülər qərarı səhv anlayıb:
"342-ci maddənin əli sükandan çəkməklə cərimə yazılması qaydası əvvəldən də var idi. Yəni yeni qərar deyil. Yəqin bundan sonra nəzarət daha da gücləndiriləcək. Yol polisi də açıqlama verib ki, əli sükandan çəkdikdə cərimə yazılacaq. Bir əllə maşın sürməyin təhlükəli olması ilə bağlı informasiya verib. Amma insanlar bunu yanlış anlayıb. Elə biliblər ki, qərar yenidir. Cərimə əli pəncərədən çıxarmağa görə yazılacaq. Əslində bununla bağlı cərimə mövcud deyil".
A.Rəhimovun sözlərinə görə, yol polisi xəbərdarlıq etməkdə haqlıdır. Həqiqətən də tək əllə maşın sürmək çox təhlükəlidir: "Çünki sürücünün qarşısına qəflətən maşın, yaxud piyada çıxdıqda iki əllə edə bildiyi manevr hərəkətini bir əli ilə heç vaxt edə bilməz. Bu zaman əksər hallarda qəzadan qaçmaq olmur. Tək əllə sükanı tutmaq idarəetməni çətinləşdirir. İnsan heç vaxt maşını iki əli ilə sürdüyü qədər ehtiyatlı və təhlükəsiz sürə bilməz. Bəzən elə olur ki, sürücü əlini pəncərədən çıxarır, qəza baş verir. Bu zaman şəxs əlini də itirə bilir. Bir əllə maşın sürülən zaman sözsüz ki, qəzaların da sayı daha çox olur".
"Bəziləri sükanı buraxaraq rəqs edir, canlı yayım açırlar"
Müsahibimiz düşünür ki, maşını iki əllə idarə etmək qəzaların sayını azaldacaq: "Sərt tədbirlərin tətbiqinə ehtiyac var. Bəzi sürücülər sükanı buraxaraq mahnı oxuyur, rəqs edir, canlı yayım açır. Bu hallar çox böyük məsuliyyətsizlikdir. O səbəbdən bu kimi cərimələrin tətbiqi vacibdir".
"Qanunda belə bir maddə yoxdur"
Nəqliyyat sahəsi üzrə ekspert Adil Nəbiyev də qeyd etdi ki, hazırda cərimə yox, sadəcə xəbərdarlıq edilməsi mümkündür:
"Mexaniki sürətlər qutulu maşın sürdükdə onsuz da hər iki əl daima sükanda olmur. Sol əllə sükan tutulur, digər əllə isə sürəti dəyişirik. Əlini şüşədən çölə çıxaranlar əsasən maşında kondisioner olmayan şəxslərdir. Yaxud siqaret çəkənlər belə edirlər. Kondisionerlə təchiz olunmuş avtomobillərdə belə hallara rast gəlinmir. 342-ci maddədə sükanı tam buraxmaqdan söhbət gedir. Pəncərədən əlini çıxarmaq üçün bir cərimə növü mövcud deyil. Əgər bununla bağlı cərimələr tətbiq ediləcəksə, qanunvericilikdə dəyişiklik edilməlidir. Əlimizi sükandan tamamilə buraxdıqda, avtomobili ətalətlə idarə etdikdə (ağırlıq qüvvəsinin təsiri altında və ya əvvəl yığdığı sürətin hesabına) 40 manat cərimə yazıla bilər".
"Əllərin hər ikisinin sükanda olması zəruridir"
A.Nəbiyevin fikrincə, qəza olarsa, təhlükəli hal yarana bilər: "Maşın aşar, əliniz qırıla bilər. Yaxud maşında hava yastığı açıldıqda əlimiz düzgün yerdə olmazsa, bu zaman sürətdən qolumuz və ya hər hansısa aksesuar gözümüzə dəyə bilər. Bu halda ağır fəsadlar baş verməsi mümkündür. Çünki hava yastığı sürətlə açılır. Bu məqamları nəzərə alaraq əllərin hər ikisinin sükanda olması zəruridir. Ümumiyyətlə, tək əllə sükanı tutmaq təhlükəlidir".
"Cərimələrin olması neqativ halların sayını azaldır"
Ekspert bildirdi ki, təhlükəsizlik qaydalarında qeyd olunub ki, əlimiz sükanda saat əqrəbinin 3 və 9 vəziyyətində olmalıdır. Bu həm idarəetməni asanlaşdırır, həm də qəza şəraiti yarandıqda qarşısını almaq mümkün olur: "Cərimələrin olması az da olsa neqativ halların sayını azaldır. Sürücülərə məsləhətim odur ki, təhlükəsizlik qaydalarına riayət edərək avtomobili idarə etməyə çalışsınlar. Qayda-qanunla hərəkət etsinlər ki, qəzaların sayı az olsun".
Bizim.Media

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:190
embedMənbə:https://bizim.media
archiveBu xəbər 26 Avqust 2025 12:11 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Azərbaycan ilə Türkiyə arasında sarsılmaz dostluq və möhkəm qardaşlıq münasibətləri mövcuddur FERHATGÖÇER

17 Oktyabr 2026 23:06see325

Liqa 1: PSJ dən geridönüş

18 Oktyabr 2026 01:01see316

“Barselona” 58 illik “Real Madrid” rekordunu təkrarladı

18 Oktyabr 2026 00:33see299

Dövlət Mahnı Teatrında “Maykl Cekson” tribyut konsert keçirilib (Foto)

18 Oktyabr 2026 10:14see284

"Real" "Sevilya"nı böyük hesabla məğlub etdi

19 Oktyabr 2026 01:50see238

Ferhat Göçer Eyyub Hüseynzadənin təşkil etdiyi konsertdə “Ey, Əziz Anam, Azərbaycan”ı oxudu VİDEO

18 Oktyabr 2026 10:06see233

Velosiped sürən 6 yaşlı uşaq qəzanın qurbanı oldu ÖZƏL

18 Oktyabr 2026 18:44see229

Azərbaycan Basketbol Liqası: Neftçi Sumqayıt ı məğlub etdi

19 Oktyabr 2026 03:44see225

Arda Güler möhtəşəm qola imza atdı VİDEO

18 Oktyabr 2026 23:54see215

Məşhur müğənni 10 il müddətinə həbs edilə bilər

18 Oktyabr 2026 17:39see214

İran ABŞ nin aviabombasının istehsalı texnologiyasını əldə etdiyini bildirib

19 Oktyabr 2026 05:09see207

Tanınmış türk brendinin corabları Belarusda qadağan edilib…

18 Oktyabr 2026 21:08see206

Avropanın turizm üçün ən yaxşı şəhəri elan olundu

19 Oktyabr 2026 08:33see201

"Yuventus"u qol atəşinə tutdular Video

19 Oktyabr 2026 02:19see199

Azərbaycan himni altında İran bayraqları: Almaniyadakı aksiyanın arxasında hansı maraqlar dayanır? TƏHLİL

19 Oktyabr 2026 00:05see198

Zəngilanın yenidən qurulması sistemli şəkildə davam edir

19 Oktyabr 2026 08:38see189

Füzuli teatrı Şəhər Günündə “Tıq tıq xanım” tamaşası ilə uşaqları sevindirdi FOTO

18 Oktyabr 2026 12:24see172

İran da qırıcı təyyarə istehsal edir?

19 Oktyabr 2026 01:44see171

“PƏLƏNG OT YESƏ, SAĞLAM QALA BİLƏR?”

18 Oktyabr 2026 01:29see168

Rusiya Ermənistandan Naxçıvana uzanan dəmir yoluna nəzarəti saxlamaq istəyir

19 Oktyabr 2026 08:39see165
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri