Icma.az
close
up
RU
Sürücülərin gün ərzində ən çox pozduğu qayda CƏRİMƏSİ Xəbər saytı Son xəbərlər və Hadisələr

Sürücülərin gün ərzində ən çox pozduğu qayda CƏRİMƏSİ Xəbər saytı Son xəbərlər və Hadisələr

Icma.az, Baku.ws saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

Təhlükəsizlik kəmərinin taxılmaması və sükan arxasında telefon istifadəsi ən çox yayılan və eyni zamanda ən təhlükəli yol qaydası pozuntularındandır.

BAKU.WS-in məlumatına görə, hər iki pozuntu sürücünün və sərnişinlərin həyatını ciddi təhlükə altına salır və ağır yol-nəqliyyat hadisələrinə səbəb ola bilər.

Bu qaydalara riayət etmənin əhəmiyyəti həm hüquqi, həm də praktiki baxımdan çox böyükdür.

Baş DYP İdarəsinin inspektoru, polis baş leytenantı Elvin Hacıyev BAKU.WS-ə bildirib ki, təhlükəsizlik kəməri bizi həyata bağlayan bağdır, yəni təhlükəsizlik kəməri bu gün də sürücü və sərnişinləri qoruyan əsas vasitələrdən biridir:

"Dəfələrlə təsdiq olunub ki, yol nəqliyyat hadisələrində təhlükəsizlik kəmərindən istifadə edən sürücü və ya sərnişinlər kəmərdən istifadə etməyənlərə nisbətən daha yüngül xəsarət alır. Bir çox hallarda isə onlar məhz kəməri bağladıqları üçün sağ qalır. Ona görə də mütləq şəkildə qeyd etməliyəm ki, sükan arxasında əyləşən hər bir sürücü təhlükəsiz kəmərindən istifadə etməlidir.

Əgər təhlükəsiz kəmərindən istifadə etmirsə, demək ki, qaydalara qeyri-ciddi yanaşır, öz həyat və sağlamlığını təhlükə altına atır. İstifadə olunmadığı halda həmin qayda pozuntusuna görə 40 manat məbləğində cərimə tətbiq olunur.

Baş Dövlət Yol Polisi İdarəsi olaraq sürücülərə müraciətimizi ünvanlayırıq ki, nəqliyyat vasitəsini idarə edərkən diqqəti yayındıran hərəkətlərdən istifadə etməsinlər, yəni mobil telefondan istifadə etməsinlər. Çünki mobil telefondan istifadə edildiyi zaman sürücü mütləq şəkildə diqqəti yayınır və bu da yol nəqliyyat hadisəsinin baş verməsinə gətirib çıxarır.

Biz bununla bağlı öz müraciətimizi dəfələrlə sosial şəbəkə seqmentləri və media subyektləri vasitəsilə sürücülərə ünvanlayırıq. Lakin təəssüflə bildirim ki, xəbərdarlıqlara və görülən tədbirlərə baxmayaraq, bəzi sürücülərin qaydalara biganə və qeyri ciddi yanaşması, mobil telefon istifadə etməsi səbəbindən nəqliyyat vasitəsini idarə edərkən qəzalar qeyd alınır. Nəqliyyat vasitəsinin hərəkəti zamanı sürücünün mobil telefonu əldə saxlamaqla ondan istifadə etməsinə görə 50 manat məbləğində cərimə nəzərdə tutulub.

Burada əsas məsələ sürücünün cərimə olunması deyil, onun qaydalara riayət etməsi, həyat və sağlamlığının təhlükəsizliyinə biganə yanaşmamasıdır".

Orxan Hüseyn

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:78
embedMənbə:https://baku.ws
archiveBu xəbər 15 Yanvar 2025 12:53 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Abbas Arakçıya göndərilmiş rəsmi dəvət ləğv edildi

16 Yanvar 2026 20:13see262

Keçmiş icra başçısı Qoca Səmədovun oğlu 46 yaşlı kişini GÜLLƏLƏDİ

16 Yanvar 2026 15:33see257

Alimlərdən maqnit qasırğaları ilə bağlı narahatedici proqnoz

17 Yanvar 2026 05:26see236

Balıq ovlamaq istəyənlərin NƏZƏRİNƏ Nazirlik kvotanı açıqladı

16 Yanvar 2026 17:05see210

Qadın sahibkarlar üçün sosial dəstək mexanizmləri mövcuddur ŞƏRH EDİLDİ

16 Yanvar 2026 11:22see182

İslandiya 52 ci Amerika ştatı olacaq? Səfirdən şok açıqlama

16 Yanvar 2026 17:16see181

“Kapital Bank”ın 2 ilə həll edə bilmədiyi sadə problem

16 Yanvar 2026 16:17see170

Trampın məqsədi İran xalqına kömək etmək yox, ölkənin neftini ələ keçirməkdir POLİTOLOQ

16 Yanvar 2026 22:39see162

“Güzəştli ipoteka kreditlərinə tələbat yüksək, ayrılan maliyyə resursu məhdudur“ EKSPERT DANIŞDI

16 Yanvar 2026 15:15see156

YAP Səbail rayon təşkilatında 20 Yanvar Ümumxalq Hüzn Günü qeyd olunub

16 Yanvar 2026 18:40see153

Doğuşla Xoşqədəm məhkəmədə qalib gəldi Show Tv təzminat ödəyəcək

16 Yanvar 2026 13:24see151

Süni intellekt iqtisadi bərabərsizliyi artıracaq

16 Yanvar 2026 15:55see151

13 illik vəzifəsindən uzaqlaşdırılan sədr və yerinə gətirilən Cəlilovun DOSYELƏRİ

16 Yanvar 2026 17:48see149

Hakerlər Bluetooth vasitəsilə insanları izləyə bilərlər XƏBƏRDARLIQ

17 Yanvar 2026 03:14see148

Uşaq qidasında qiymət oyunu ARAŞDIRMA

16 Yanvar 2026 15:15see146

Məşhur aktrisa Kıskanmak da Foto

16 Yanvar 2026 14:58see145

Rusiyadan Özbəkistana gələn turistlərin sayı bir milyona çatıb

16 Yanvar 2026 16:17see144

Azərbaycanın bu ölkə ilə ticarət dövriyyəsi 1 milyard dolları keçib

17 Yanvar 2026 15:22see140

Azərbaycanda orta aylıq əməkhaqqı artdı KONKRET

16 Yanvar 2026 12:19see139

Həmzət Çimayev Pereyranın onunla döyüşməkdən imtina etdiyini bildirib

18 Yanvar 2026 05:23see138
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri