Sürücülərin NƏZƏRİNƏ: Qanunvericilik bunu yol hərəkəti təhlükəsizliyi tələblərinin...
Demokrat.az portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.
“Avtomobildə apteçka, qəza üçbucağı və yanğınsöndürənin olub-olmaması məsələsi qanunvericiliklə birbaşa tənzimlənir və bu ləvazimatlar məcburi texniki təhlükəsizlik vasitələri hesab olunur”.
Bunu Demokrat.az-a açıqlamasında hüquqşünas Aysel Süleymanova deyib.
O bildirib ki, mövcud qaydalara əsasən, nəqliyyat vasitəsi istismara buraxılarkən və yol hərəkətində olarkən avtomobildə apteçka, qəza dayanma nişanı (üçbucaq) və yanğınsöndürən olmalıdır:
“Bu tələblər həm texniki baxış zamanı, həm də yol polisi tərəfindən aparılan yoxlamalar zamanı əsas götürülür. Əgər yoxlama zamanı bu ləvazimatlardan hər hansı biri avtomobildə yoxdursa, sürücü inzibati məsuliyyətə cəlb edilə bilər. Yəni, bəli — cərimə yazılması mümkündür. Qanunvericilik bunu yol hərəkəti təhlükəsizliyi tələblərinin pozulması kimi qiymətləndirir. Təcrübədə bəzən sürücülər bu vasitələrin “baqajda olması şərt deyil” və ya “istifadə olunmadığı üçün problem yaratmaz” kimi fikirlər səsləndirirlər. Lakin hüquqi baxımdan bu yanaşma yanlışdır. Tələb onların mövcudluğudur, istifadə edilib-edilməməsi deyil”.
Leyla Turan
Demokrat.az
Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.

Baxış sayı:88
Bu xəbər 06 Yanvar 2026 16:49 mənbədən arxivləşdirilmişdir

Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
Əlaqə
TDSMedia © 2026 Bütün hüquqlar qorunur

Günün ən çox oxunanları