Icma.az
close
up
RU
Sürücülərin NƏZƏRİNƏ Sabahdan sığorta sistemi dəyişir DETALLAR

Sürücülərin NƏZƏRİNƏ Sabahdan sığorta sistemi dəyişir DETALLAR

Bizim media saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.

Azərbaycan Mərkəzi Bankının bu ilin aprel ayında dəyişiklik etdiyi "Avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığortası üzrə sığorta haqqı məbləğlərinin hesablanması Qaydası"na əsasən, sabahdan "Bonus-Malus" sistemi ləğv edilərək fərdi məsuliyyət prinsipinə əsaslanan "Sığorta Tarixçəsi Əmsalı" sistemi ilə əvəz ediləcək.
Bizim.Media xəbər verir ki, bu barədə İcbari Sığorta Bürosu məlumat yayıb.
Yeni sistemə əsasən, yol-nəqliyyat hadisələri ilə bağlı sığorta tarixçəsinə təsir edən nəticələr artıq sığorta müqaviləsini bağlayan şəxslə deyil, birbaşa nəqliyyat vasitəsini faktiki idarə edən sürücü ilə əlaqələndiriləcək.
Beləliklə, sığorta müqaviləsinin kimin adına bağlanmasından asılı olmayaraq, yol-nəqliyyat hadisəsi avtomobili faktiki idarə edən şəxsin sığorta tarixçəsinə təsir edəcək.
Yeni modeldə "Bonus-Malus" sistemində mövcud olan mürəkkəb sinif və kateqoriyalar ləğv edilərək daha sadə faiz mexanizmi tətbiq olunacaq. Belə ki, sığortalı qəza törətmədiyi halda hər 275 qəzasız sığortalı gün üçün 5 % endirim əldə edəcək. Əksinə, yol-nəqliyyat hadisəsinə səbəb olduqda onun sığorta tarixçəsi əmsalına hər hadisə üzrə 30 % əlavə tətbiq ediləcək.
 

Dəyişikliklərə əsasən, əvvəllər nəqliyyat vasitəsini idarə edən şəxslərin sayı birdən artıq olduqda tətbiq olunan 1,15 risk əmsalı bundan sonra yalnız nəqliyyat vasitəsini sahibi ilə birlikdə idarə edən şəxslərin sayı 5 və daha çox olduqda tətbiq ediləcək. Bir avtomobil bir neçə şəxs tərəfindən istifadə olunduqda sığorta haqqı hesablanarkən həmin sürücülərin hər birinin sığorta tarixçəsi nəzərə alınacaq.


Hüquqi şəxslər üzrə sığorta tarixçəsi əmsalı sabit olaraq 1 səviyyəsində saxlanılacaq. Lakin nəqliyyat vasitəsi taksi fəaliyyəti üçün istifadə edildiyi hallarda hüquqi şəxsin də sığorta tarixçəsi formalaşacaq və qəza olub-olmamasından asılı olaraq həmin əmsala müvafiq güzəştlər və yaxud əlavələr tətbiq olunacaq.
Yeni modelin əsas üstünlüyü sığorta tarixçəsinin birbaşa şəxs ilə əlaqələndirilməsidir.
Bu yanaşma sistemin daha şəffaf və ədalətli fəaliyyət göstərməsinə, risklərin daha dəqiq qiymətləndirilməsinə və təhlükəsiz sürücü davranışının təşviqinə xidmət edəcək.
Bizim.Media

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:169
embedMənbə:https://bizim.media
archiveBu xəbər 15 İyun 2026 15:29 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

“Bir millət, iki dövlət” şüarından polis kordonuna AKP nin siyasətinin acı nəticəsi

20 Oktyabr 2026 18:28see430

Ruslar üçün inflyasiya qumbarası...

20 Oktyabr 2026 18:29see370

Turan dünyası İstanbulun türklük sevgisinə möhtacdır

21 Oktyabr 2026 01:12see286

Bu təklif Rusiyaya çatdırılacaq Zelenski

21 Oktyabr 2026 01:33see273

Netanyahu Trampla İranda rejim dəyişikliyi üçün növbəti addımları müzakirə etdi

21 Oktyabr 2026 02:11see255

Yaxın Şərqdə gərginlik artır: İran daha güclü silahının olduğunu iddia edir

21 Oktyabr 2026 21:29see247

Serialdakı Arda illər sonra (Foto)

20 Oktyabr 2026 23:41see245

Bakıda qadın lyuka düşdü 2000 manatlıq cərimə

21 Oktyabr 2026 21:22see234

Avtobus yerüstü piyada keçidinə çırpıldı, 24 nəfər...

20 Oktyabr 2026 23:55see227

“Borussiya”nın qapıçısı “Sabah”ın təzyiqindən danışdı

21 Oktyabr 2026 04:27see222

Maska taxanda eynəklərin şüşələri tərləməsin deyə… Yaponların ÜSULU

20 Oktyabr 2026 22:48see220

"28 Mall"un qarşısında ölüm

21 Oktyabr 2026 21:19see218

İran Prezidenti: Amerikaya etibar etmirik

21 Oktyabr 2026 02:23see216

“Barselona“ Dani Olmonun zədəsinin ciddi olduğunu açıqlayıb

21 Oktyabr 2026 21:22see207

Hövsanda küçə itləri sakinləri qorxuya salır ŞİKAYƏT

21 Oktyabr 2026 19:45see207

Aİ Ukraynanı ABŞ təhdidləri qarşısında tək buraxmayacaq

21 Oktyabr 2026 16:06see205

“28 Mall”ın yaxınlığında ölüm hadisəsi baş verdi

21 Oktyabr 2026 18:31see205

Türkiyədə məşhur pop qrupunun meneceri üç ilədək azadlıqdan məhrum edilə bilər

21 Oktyabr 2026 21:28see200

The Guardian: Ukraynanın gələcəyi Tramp və Putinə məxsus deyil...

21 Oktyabr 2026 21:29see198

Makronun siyasi sonu yaxınlaşır? Fransada etirazlar böyüyür

20 Oktyabr 2026 22:35see193
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri