Icma.az
close
up
RU
Sürücülərin qışda qənaət etmək üçün buraxdığı “bahalı” səhvlər FOTO

Sürücülərin qışda qənaət etmək üçün buraxdığı “bahalı” səhvlər FOTO

Icma.az bildirir, Avtosfer portalına istinadən.

Soyuq havaların başlaması ilə birlikdə sürücülər avtomobillərində qış təkərlərinə keçid etməyə hazırlaşır. Lakin düzgün qaydalara əməl edilmədikdə qış təkərlərinə keçid gözlənilən təhlükəsizliyi təmin etmir və yol qəzaları riskini artırır.

Bəs sürücülər bu prosesdə hansı səhvləri buraxır?

İlkin olaraq yay təkərlərinin istifadəsini davam etdirmək bu səhvlərin başında gəlir.  Bir çox sürücü qış aylarında yay təkərləri ilə yola çıxmağa davam edir.
Sürücülərin tez-tez etdiyi yalnış, yalnız iki təkəri dəyişməkdir. Bəzi sürücülər xərcə qənaət etmək üçün yalnız iki təkəri qış təkərləri ilə əvəz edir. Bu, balanssızlıq yaradır və avtomobilin idarəetmə qabiliyyətini zəiflədir.


Həmçini  qış təkərlərinin yanlış ölçüsünü seçmək. Avtomobil üçün nəzərdə tutulmuş ölçüdən kiçik və ya böyük qış təkərləri sürüş zamanı təhlükə yarada bilir. Qışda təkərlərin təzyiqi temperaturun dəyişməsi ilə azalır. Aşağı təzyiqli təkərlər həm yanacaq sərfiyyatını artırır, həm də qəza riskini yüksəldir.
Hər il aşınmış qış təkərlərindən istifadə edin sürücülər də var. Lakin bu hal da, qış istifadəsi üçün əlverişsiz nəticədir. Sürücülər qış təkərlərini vaxtında dəyişmirlər və bu da buraxılsan səhvlər arasındadır.

Məsələ ilə bağlı Avtosfer.az-a açıqlama verən avtomobillər üzrə mütəxəssis Elçin Abbasov bildirir ki, qış təkərləri, xüsusilə soyuq hava şəraitində və qarlı, buzlu yollarda təhlükəsizliyi təmin etmək üçün xüsusi hazırlanmış təkərlərdir. “Bu təkərlərin protektor (yəni naxış) dizaynı daha dərin və geniş kanallara malikdir. Bu dizayn qar, palçıq və buzda təkərin yola daha yaxşı yapışmasını təmin edir və suyun, eləcə də qarın təkərin altından tez çıxmasını asanlaşdırır.


Qış təkərlərinin sürücülərə daha yaxşı manevr qabiliyyəti və qısa əyləc məsafəsi təmin edir. Statistik məlumatlara əsasən, qış təkərlərindən istifadə qış mövsümündə qəzaların sayını əhəmiyyətli dərəcədə azaldır. Xüsusən də qəfil tormoz zamanı onların əyləc məsafəsini azaltdığı sübut olunub. Əgər avtomobil qış təkərləri ilə təchiz olunubsa, qış mövsümündə qəza riski 40%-ə qədər azala bilər.”

Ekspert həmçinin təkərlərə vurulan zəncirlər barədə danışıb. Bildirib ki,  qışda vurulan zəncirlər qarla örtülü və buzlu yollarda əlavə təhlükəsizlik təmin etmək üçün istifadə edilir. “Zəncirlər təkərin səthinə dişlər əlavə edərək qar və buzda avtomobilin sürüşməsinin qarşısını alır. Dağlıq ərazilərdə və ya qalın qarla örtülmüş yollarda zəncirlər qış təkərlərinin təmin edə bilmədiyi əlavə təhlükəsizliyi təmin edir. Bəzi bölgələrdə sərt qış şəraitində zəncirlərin istifadəsi məcburidir və onları taxmaq avtomobilin həmin yollarla hərəkət etməsinə icazə verir.”


Mütəxəssis zəncirlərin müsbət olduğu kimi, mənfi tərəflərinin mövcutluğunu vurğulayıb. Mütəxəssis qeyd edir ki, qar və buz olmayan yollarda zəncirlər asfalta zərər verə bilər. “Belə şəraitdə sürərkən zəncirlər avtomobilin təkərlərinə və hərəkət elemetlərinə da ziyan vura bilər. Zəncirlərlə sürmək avtomobili sarsıdır və bu, həm sürücü, həm də sərnişinlər üçün narahatlıq yarada bilər. Zəncirləri düzgün quraşdırmaq vaxt və təcrübə tələb edir. Səhv quraşdırma avtomobilə və ya təkərlərə zərər vura bilər. Zəncirlər taxıldıqda avtomobili yüksək sürətlə idarə etmək mümkün deyil. Adətən zəncirlərlə maksimum sürət 30-50 km/saatla məhdudlaşır.”

Qış təkərlərinə keçid təkcə təhlükəsizlik üçün deyil, həm də sürücülük rahatlığı üçün vacibdir. Yuxarıda sadalanan səhvlərdən qaçaraq avtomobilinizi soyuq havalarda daha yaxşı idarə edə və qəzaların qarşısını ala bilərsiniz. Qış mövsümündə yola çıxmazdan əvvəl təkərlərin vəziyyətini və uyğunluğunu yoxlamağı unutmayın. Təhlükəsiz sürüş sizin və başqalarının həyatı üçün ən vacib addımdır.

Fidan Məmmədova

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:121
embedMənbə:https://avtosfer.az
archiveBu xəbər 19 Dekabr 2024 12:32 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Dünyanın ən varlı 10 adamı və Azərbaycanla müqayisə

23 Yanvar 2026 09:48see263

Çempionlar Liqasının əsas mərhələsinin turnir cədvəli: “Qarabağ” 18 cidir

22 Yanvar 2026 02:54see260

İsrail onlarla humanitar təşkilata lisenziya verməkdən imtina edib

22 Yanvar 2026 12:46see249

Bəhlul Mustafazadə tarixə düşdü KONKRET

22 Yanvar 2026 00:46see229

Yuventus növbəti türkiyəli futbolçunu transfer etdi

22 Yanvar 2026 21:55see217

Azərbaycanda müxtəlif istiqamətlərdə müntəzəm avtobus marşrutları müsabiqəyə çıxarılır

21 Yanvar 2026 17:39see210

4 4 lük gecədən geriyə qalanlar... Fotolar

22 Yanvar 2026 00:26see201

“Kapital Bank”ın İdarə Heyətinin sədri yeni strateji vəzifəyə təyin olunub

21 Yanvar 2026 18:22see193

Azərbaycan regionu iki dəfə qabaqlayır Rəqəmlər nə deyir?

22 Yanvar 2026 16:11see183

ÇL: İstanbulda hesab açıldı YENİLƏNİR

21 Yanvar 2026 22:01see181

Qarabağ dan Ayntraxt a daha bir zərbə

22 Yanvar 2026 01:03see171

Hansı ölkədə nazirlərin maaşı çoxdur: Gürcüstanda, yoxsa Azərbaycanda?

21 Yanvar 2026 17:13see170

Simpsonlar serialından 2026 cı il üçün dəhşətli proqnozlar

21 Yanvar 2026 22:36see169

Qalmaqallı serial efirə qayıdır Bu kanalda yayımlanacaq

22 Yanvar 2026 14:47see167

Tramp İrana hansı halda zərbə endiriləcəyini açıqladı

22 Yanvar 2026 01:55see156

Davos 2026: Azərbaycanın nüfuzlu aktor kimi dünyanın diqqət mərkəzində

22 Yanvar 2026 17:09see156

Təkcə işini görmürdü... Video

22 Yanvar 2026 04:08see155

UEFA Avropa Liqası: “Fənərbaxça Aston Villa ya məğlub olub

22 Yanvar 2026 23:58see150

Netflix in ötən il reklamdan əldə etdiyi məbləğ açıqlandı

22 Yanvar 2026 03:40see149

Bağça müəllimi uyğunsuz görüntülərə görə işindən azad edildi RƏSMİ

21 Yanvar 2026 20:41see145
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri