Icma.az
close
up
RU
Sürücülərin yaratdığı süni tıxac; yol hərəkəti qaydalarını pozanda belə olur EKSPERT RƏYİ VİDEO

Sürücülərin yaratdığı süni tıxac; yol hərəkəti qaydalarını pozanda belə olur EKSPERT RƏYİ VİDEO

Avtosfer saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.

Bir neçə gün əvvəl Yasaml rayonunda nəqliyyatın hərəkətində yaranan problem əhali arasında müxtəlif fikirlərin yaranmasına səbəb oldu. Sosial şəbəkələrdə Mətbuat Prospekti ilə Akim Abbasov küçəsində sürücülərin yaratdığı vəziyyət birmənalı qarşılanmadı və həmin avtomobil idarəçiləri sərt şəkildə tənqid edildi.

Avtosfer.az-ın rəhbəri, nəqliyyat eksperti Elməddin Muradlı sürücülərin yaratdığı vəziyyəti şərh edib. O bildirib ki, Yasamalda yaranan həmin tıxac mənzərəsi yolayrıcını keçmə qaydalarını bilməyən, bilib tətbiq etməyən, özündən başqa kimisə düşünməyən sürücülərin əsəridir:

“Mən bu videonu çəkib paylaşan, şərh edən vətəndaşa təşəkkür edirəm. O, Mətbuat prospekti ilə Akim Abbasov küçəsində yaranan tıxacın başqa hansı küçələrə təsir etdiyini çox gözəl izah edib. Bu ərazi göründüyü kimi konflikt nöqtəsidir. Sürücülər bir-birinə yol vermədiyi üçün bu vəziyyət yaranıb. Lakin sonradan əraziyə cəmi bir nəfər yol polisi əməkdaşı yaxınlaşır. Diqqətlə görüntüləri izlədikdə, onun konflikt nöqtəsindəki düyünü necə açdığı aydın olur. Təsəvvür edin, o, hər bir avtomobilə bir-bir yaxınlaşır, onları istiqamətləndirir. Burada bir vətəndaş da ona kömək edir. Diqqətlə baxın, yol polisi hərəkəti tənzimləyir, amma digər tərəfdən gələn sürücülər aləmi qatır, dərhal irəliləməyə cəhd edir. Lakin polis qısa müddət ərzində vəziyyəti tənzimləyir və hər iki yolda hərəkət bərpa olur. Sosial şəbəkələrdə bu vəziyyət kəskin şəkildə tənqid edildi və suallar yarandı. Niyə belə oldu?”

Ekspert əlavə edib ki, bu sualın ilkin cavabı sürücülərin yolayrıcını keçmə qaydalarını bilməmələridir. Digər tərəfdən təklif edilir ki, həmin kəsişməyə “sarı tor” çəkilsin: “Deyək ki, “sarı tor” çəkildi, sürücülər həmin “tor”un sərhədini bildilər ki, harda dayanmaq olar, harda yox. “Sarı tor”a da düşənlər cərimələndi. Deyək ki, bu işıqforda qırmısı işıq yanır, digərində isə yaşıl işıq yanıb sönür. Bəzi sürücülər həmin o yanıb-sönən yaşıl işıqda tez yolayrıcına girməyə çalışır ki, “bəlkə irəlidə axın davam edər, keçərəm” deyə düşünür. Amma gəlin “bəlkə”lərlə hərəkət etməyək, dəqiq olaq. Biz irəlini görək, qavrayaq ki, hərəkət davam edir, yol boşalacaq və siz də irəliləyərək yolayrıcını boşalda biləcəksiz. Bəzi insanlar dünəndən bu məsələni müzakirə edir. Bəziləri də fikir bildirir ki, Azərbaycanda yol polisi lazım deyil. Gəlin bu kəsişmədəki vəziyyəti yaradan bu təfəkkürdə olan sürücülərə yol polisi lazımdır, ya yox? Lazımdır!”

Səfər

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:83
embedMənbə:https://avtosfer.az
archiveBu xəbər 10 Dekabr 2025 20:37 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Dünyanın ən varlı 10 adamı və Azərbaycanla müqayisə

23 Yanvar 2026 09:48see307

İbrahim Cəfərovun 70 illik yubileyi qeyd olunub

23 Yanvar 2026 23:15see228

“İmişli” və “Araz Naxçıvan”dan məhsuldar heç heçə

23 Yanvar 2026 16:55see224

Gürcüstan növbədənkənar seçkilərə gedir? Açıqlama

23 Yanvar 2026 01:54see194

“Xocalı: şahidlər danışır” kitabı qırğız dilində işıq üzü görüb

23 Yanvar 2026 18:54see182

UEFA Avropa Liqası: “Fənərbaxça Aston Villa ya məğlub olub

22 Yanvar 2026 23:58see178

Adam qələmi atıb, qaçmaz, Şərif Ağayar! Emil Rasimoğlu yazır...

23 Yanvar 2026 13:53see165

2025 ci il Bank Respublika üçün necə keçib? MALİYYƏ VƏZİYYƏTİNİN TƏHLİLİ

23 Yanvar 2026 01:22see161

Gənclərin köçü: Ermənistan qocalar evi nə çevrilir

23 Yanvar 2026 07:48see160

Napoli nin hücumcusu əməliyyat ola bilər

23 Yanvar 2026 14:48see160

“53 dollarlıq” qlobal enerji ssenarisi

24 Yanvar 2026 02:04see159

The Washington Post : İranın gələcəyi və Azərbaycan faktoru

24 Yanvar 2026 16:07see158

Kevin Yakob “Qarabağ”ın transfer siyahısına düşüb

23 Yanvar 2026 18:15see156

Qızıl daha da bahalaşdı QİYMƏTİ 4900 DOLLARI DA KEÇDİ

22 Yanvar 2026 23:57see154

Qarnın çıxmasının səbəbi piy deyilmiş Açıqlama

23 Yanvar 2026 05:06see149

Kriminal həyat tərzini təbliğ edən 954 sayt bloklanıb

23 Yanvar 2026 16:40see146

Diplomatiya üçün qapılar hələ tam bağlanmayıb, lakin hərbi mexanizm də artıq geri sayıma başlayıb

24 Yanvar 2026 13:38see145

5 bankın balans kapitalı 20% dən çox böyüdü rəqiblərini geridə qoydu

24 Yanvar 2026 13:58see144

Alimlər günün ən çox yorğunluq yaradan dəqiqəsini açıqlayıblar

23 Yanvar 2026 08:53see143

İtaliya A Seriyası: İnter rəqibini qol vurmağa peşman etdi

24 Yanvar 2026 02:53see138
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri