Icma.az
close
up
RU
Sürücülərin yerinə yetirməli olduğu 7 TƏLƏB

Sürücülərin yerinə yetirməli olduğu 7 TƏLƏB

Icma.az bildirir, Modern.az portalına istinadən.

Son vaxtlar qeyri-müntəzəm sərnişindaşıma və yükdaşıma ilə bağlı qəza hallarının artması müşahidə edilib. Bunlara bir neçə nümunə göstərmək olar: ötən ilin sentyabrında Biləcəri körpüsündə icazəsi olmayan yük avtomobili minik avtomobilinin üzərinə aşdı, dekabr ayında Sahil qəsəbəsi ərazisində qanunsuz sərnişindaşıma fəaliyyəti göstərən avtobus qəzaya uğradı, eyni ayda Şəmkirdə də işçiləri daşıyan mikroavtobus su kanalına aşdı. Bütün bu hadisələr nəticəsində isə həlak olanlar və xəsarət alanlar olub. Buna isə nəqliyyat vasitələrinin saz vəziyyətdə olmaması, sürücülərin fəaliyyəti zamanı iş və istirahət rejiminə əməl edilməməsi və digər amillər də səbəb olub.

Bu barədə Modern.az-a Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi yanında Azərbaycan Yerüstü Nəqliyyat Agentliyindən (AYNA)  məlumat verilib. 

Bildirilib ki, dəyişiklikdən əvvəl icazə almaq tələb olunan sənədlər fərdi sahibkar olduqda, şəxsiyyəti təsdiq edən sənəd; hüquqi şəxs olduqda, hüquqi şəxslərin dövlət reyestrindən çıxarış; vergi ödəyicisi kimi uçota alınması haqqında şəhadətnamə idi. Bu isə sifarişli yük və sərnişindaşımaya nəzarətin həyata keçirilməsində çətinlik yaradırdı. Sifarişli sərnişindaşımaya misal olaraq turist və ya rayonlararası sifarişli daşıma həyata keçirən avtobusları, mikroavtobusları və minik avtomobilləri, korporativ servis xidmətlərini və özəl tədbirlər üçün kirayələnən nəqliyyat vasitələrini göstərmək olar (bu yanaşma yükdaşıma fəaliyyətinə də şamil edilir).

Prezident İlham Əliyevin "Avtomobil nəqliyyatı haqqında" Qanuna təsdiq etdiyi dəyişiklik də məhz sərnişindaşıma sahəsində təhlükəsizliyin və xidmət səviyyəsinin yüksəldilməsinə nəzərdə tutur.

Qanuna edilən dəyişiklikdən sonra sifarişli sərnişin daşımalarını həyata keçirmək üçün yeni tələblər müəyyənləşib.

Daşıma fəaliyyəti icazə almaq üçün tələb olunacaq əlavə sənədlər:

Sürücünün narkotik sərxoşluq vəziyyəti barədə tibbi müayinəsinin nəticəsi haqqında məlumat;

Avtonəqliyyat vasitələrinin texniki vəziyyətinin reysqabağı yoxlanılması;

Sürücülərin reysqabağı tibbi müayinəsi; 

Sürücülərin xüsusi hazırlıq keçməsini təsdiq edən sənədlər. Yəni sürücülər AYNA-nın Təlim-Tədris Mərkəzində xüsusi hazırlıq keçməli və Dövlət İmtahan Mərkəzində imtahan verməlidir;

Avtonəqliyyat vasitəsi ilə daşınan sərnişinlərin fərdi qəza sığortası;

Avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin, həmçinin avtonəqliyyat vasitəsi sürücüsünün bədbəxt hadisələr və peşə xəstəlikləri nəticəsində peşə əmək qabiliyyətinin itirilməsi hallarından icbari sığorta;

“B” və ya “BE” kateqoriyaları üzrə nəqliyyat vasitələrini idarə etmək hüququnu təsdiq edən sürücülük vəsiqəsi, yaşı 21-dən çox və minimum 2 il sürücülük təcrübəsi tələb olunur.

Qeyd edək ki, artıq bu tələblər qüvvəyə minib. Reysqabağı tibbi və texniki müayinə tələbi istisna olmaqla, yeni sənədlər sifarişli daşıma icazəsi aktiv olan sürücülərə və nəqliyyat vasitələrinə şamil edilmir. İcazə (buraxılış vəsiqəsi və onun əlavəsi olan buraxılış kartı) almaq üçün qaydalar yalnız bu fəaliyyətlə yeni məşğul olmaq istəyənlərə aid ediləcək.  

Yük və sərnişin daşıyan müxtəlif müəssisələr “daşıyıcı” anlayışına daxil edilib, çünki onlar da yol hərəkəti iştirakçılarına təhlükə yarada bilərlər.

Məlumat üçün bildirək ki, qanunvericiliyin hazırkı tələbinə əsasən, ölkə daxilində sifarişli sərnişindaşıma, eləcə də yükdaşıma ilə məşğul olanlar mütləq qaydada buraxılış vəsiqəsi və buraxılış kartı əldə etməlidirlər. Bu icazələr Azərbaycan Yerüstü Nəqliyyat Agentliyi tərəfindən 7 il müddətinə verilir və bunun üçün heç bir ödəniş tələb olunmur.

Sifarişli sərnişindaşıma və ölkədaxili yükdaşımalarına buraxılış vəsiqəsini müvafiq sənədləri elektron qaydada AYNA-ya təqdim edərək almaq mümkündür. Bunun üçün “AYNA” informasiya sisteminin “Daşıyıcılar” altsistemi mövcuddur. İstifadəçilər “e-xidmet.ayna.gov.az” portalına daxil olaraq, avtomobil nəqliyyatı ilə sərnişin və yükdaşımaları sahəsində icazənin verilməsi üçün müraciət bölməsini seçməlidirlər.

Növbəti mərhələdə qeyri-müntəzəm sərnişin və yük daşımaları ilə məşğul olan nəqliyyat vasitələrinə münasibətdə isə yeni tələblər Nazirlər Kabineti tərəfindən müəyyən ediləcək.

Xatırladaq ki, icazə olmadan sərnişindaşıma fəaliyyəti göstərmək inzibati məsuliyyət yaradan haldır.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:125
embedMənbə:https://modern.az
archiveBu xəbər 01 Aprel 2026 18:04 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Dünya Bankı Qrupu Azərbaycana 100 mln. dollara yaxın özəl kapital cəlb edib

16 Oktyabr 2026 10:06see284

Azərbaycan son 16 ildə ilk dəfə “Aİ 92“ benzinini İraqdan alıb

16 Oktyabr 2026 18:42see268

“Real Madrid” Konate ilə kifayətlənmir: daha iki ulduz müdafiəçi hədəfdədir

17 Oktyabr 2026 06:05see254

"Atəşgah"dan şikayət: "Turistləri aldadırlar 108 manatlıq sifarişə 180 manat hesab çıxarıldı, biabırçılıqdır!"

17 Oktyabr 2026 10:55see245

Azərbaycanda 1992 ci ildən həbsdə olan ömürlük məhkum öldü

16 Oktyabr 2026 16:03see231

Soydaşımızın təşəbbüsü ilə Qara Qarayevin əsəri İsveçdə tədris olunacaq

16 Oktyabr 2026 18:26see228

Fransa Ukraynaya raket tədarükünü sürətləndirəcək

16 Oktyabr 2026 23:29see224

Fəaliyyətində nöqsanlar aşkarlanan tibbi xidmət sahələri hansılardır? Siyahı açıqlandı

16 Oktyabr 2026 19:27see213

Bəzi məhsullar bahalaşıb, bəziləri ucuzlaşıb SƏBƏBLƏR

16 Oktyabr 2026 21:14see210

HƏLƏ İNDİYƏ QƏDƏR BELƏ SEVİNMƏMİŞDİLƏR

16 Oktyabr 2026 09:09see204

Türkiyədə aralarında şagirdlər də olmaqla onlarla insan qidadan zəhərlənib

17 Oktyabr 2026 06:42see203

Ölkəmizdə işsizlərin sayı AÇIQLANDI...

16 Oktyabr 2026 23:19see203

Hakan Fidan Gəncliyə Yardım Fonduna hansı təlimatları verib? Bakıda şübhəli görüş

17 Oktyabr 2026 13:38see202

“Liverpul” liderinə 68 milyon avroluq əvəzləyici tapdı

17 Oktyabr 2026 03:37see190

Xalqımızın qəhrəmanlıq tarixi

16 Oktyabr 2026 14:59see188

Mədəniyyət naziri Adil Kərimli Füzulidə vətəndaşların müraciətlərini dinlədi FOTOLAR

16 Oktyabr 2026 19:05see186

Minimum maaş 700 manat olmalıdır İqtisadçıdan maraqlı İZAH

17 Oktyabr 2026 08:02see180

Azərbaycan benzini hansı ölkələrə satır?

16 Oktyabr 2026 17:40see176

Türkiyəli jurnalist beynəlxalq axtarışa verildi Azərbaycanla bağlı çağırış edirdi

16 Oktyabr 2026 15:11see173

Bu rayonların sakinlərinin nəzərinə

16 Oktyabr 2026 16:26see171
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri