Icma.az
close
up
RU
Sürücülü avtobuslar yaman yarıdıb, qalır sürücüsüzlər...

Sürücülü avtobuslar yaman yarıdıb, qalır sürücüsüzlər...

Icma.az, Bakivaxti portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

Sürücüsüz nəqliyyat vasitələri artıq bir sıra inkişaf etmiş ölkələrdə sınaqdan keçirilir və bəzilərində məhdud miqyasda istifadəyə verilib. Bu texnologiyanın əsas məqsədi yol təhlükəsizliyini artırmaq, insan səhvlərindən qaynaqlanan qəzaların qarşısını almaq və nəqliyyat prosesini avtomatlaşdırmaqdır.

Bakıvaxtı.az-ın məlumatına görə, Amerika Birləşmiş Ştatlarında "Waymo" və "Cruise" kimi texnologiya şirkətləri sürücüsüz avtomobil layihələrini artıq bir neçə ildir ki, sınaqdan keçirirlər. Xüsusilə Arizona və Kaliforniya ştatlarında bu maşınlar məhdud ərazilərdə sərnişin daşıyır. Waymo 2020-ci ildən etibarən bəzi şəhərlərdə sürücüsüz taksi xidmətini ictimaiyyətə təqdim edib.

Çin də bu sahədə sürətlə irəliləyir. "Baidu" və "Ponyai" şirkətləri Pekin, Şençjen və digər böyük şəhərlərdə sürücüsüz taksilərin sınaq fəaliyyətinə başlayıb. 2021-ci ildən etibarən Baidu "Apollo Go" adlı avtonom taksi xidmətini müəyyən marşrutlar üzrə ictimaiyyətə açıq şəkildə təqdim edib.

Almaniyada “Mercedes-Benz” və “Volkswagen” kimi avtomobil nəhəngləri sürücüsüz avtomobil texnologiyalarını inkişaf etdirirlər. Münhendə 2022-ci ildən etibarən avtonom avtobuslar məhdud marşrut üzrə sınaq rejimində işləyir.

Dubay 2030-cu ilə qədər şəhər nəqliyyatının 25%-ni sürücüsüz etmək hədəfi qoyub. 2021-ci ildən etibarən sürücüsüz taksi və elektrikli mini-buslar sınaqdan keçirilib.

Bəs Bakı sakinləri belə bir sistemə keçid etmək istəyərmi? Mövzu ilə bağlı Bakıvaxtı.az olaraq bir neçə şəhər sakininin də fikirlərini öyrəndik.

Paytaxt sakini Elçin Qasımov sürücüsüz nəqliyyat vasitələrinin rahatlıq baxımından üstün olduğunu düşünür:

"Əslində bu texnologiya düzgün tətbiq olunsa, çox rahat olar. Sürücülər bəzən əsəbi olur, qaydaları pozur. Avtomatlaşdırılmış sistem daha nizamlı və təhlükəsiz ola bilər. Mən şəxsən belə taksiyə minərdim".

Özü demiş, həyatının yarısından çoxunu sükan arxasında keçirən Məhəmməd Mirzəyev isə sürücüsüz nəqliyyata etibar etmədiyini deyir:

"Mən 40 ildir sükan arxasındayam. Bəzən sürücülərə belə güvən olmur, o da qala robot maşına etibar edəsən? Heç vaxt sürücüsüz taksiyə, ya da avtobusa minmərəm. O texnika birdən nə isə səhv eləyər, axırı faciə olar".

Bakı sakini Günel Rəhimova isə fərqli yanaşma sərgiləyir:

"Mən sürücüsüz taksiyə minərdim, çünki o, kiçik maşındır və rahat görünür. Amma avtobus böyükdür, onu maşınsız idarə etmək mənə qorxulu gəlir. Sürücülü avtobuslar yaman yarıdıb, qalır sürücüsüzlər. Qəzaya düşəndə fəsadları ağır ola bilər. Ona görə sürücüsüz avtobusa minməkdən çəkinərdim".

Elməddin Muradlı: Yeni texnologiyalar yaranır və bu yeniliklər müxtəlif ölkələrə, o cümlədən Azərbaycana da çatır

Mövzu ilə bağlı Bakıvaxtı.az-a açıqlama verən nəqliyyat məsələləri üzrə ekspert Elməddin Muradlı bildirib ki, Azərbaycanda hələlik sürücülü taksi xidməti tam şəkildə formalaşıb, mütəşəkkil və keyfiyyətli şəkildə fəaliyyət göstərmir. Bu səbəbdən, sürücüsüz - yəni avtonom taksi xidmətinin tətbiqindən və bu sahənin inkişaf perspektivlərindən danışmaq hələ tezdir.

Onun sözlərinə görə, sürücüsüz taksilərin istifadəsi texnoloji baxımdan yüksək səviyyəli infrastruktur, hüquqi baza və təhlükəsizlik standartlarının mövcudluğunu tələb edir. Lakin hazırda ölkəmizdə bu sahədə ilkin mərhələdə olan məsələlər belə tam həllini tapmayıb:

"Dünya inkişaf etdikcə, yeni texnologiyalar yaranır və bu yeniliklər zamanla müxtəlif ölkələrə, o cümlədən Azərbaycana da çatır. Lakin bu proses mərhələli və tədricidir".

Nuriyyə Musayeva

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:77
embedMənbə:https://bakivaxti.az
archiveBu xəbər 23 May 2025 15:11 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Alimlərdən maqnit qasırğaları ilə bağlı narahatedici proqnoz

17 Yanvar 2026 05:26see257

Həmzət Çimayev Pereyranın onunla döyüşməkdən imtina etdiyini bildirib

18 Yanvar 2026 05:23see250

Cavidan Osmanlı hakimindən adından saxta sənəd düzəltdi KONKRET

17 Yanvar 2026 11:26see195

Hakerlər Bluetooth vasitəsilə insanları izləyə bilərlər XƏBƏRDARLIQ

17 Yanvar 2026 03:14see157

Qəhvə yuxunun keyfiyyətinə necə XEYİR verə bilər?

18 Yanvar 2026 02:14see157

Azərbaycanın bu ölkə ilə ticarət dövriyyəsi 1 milyard dolları keçib

17 Yanvar 2026 15:22see155

Mayorka üç qırmızı vərəqə ilə Atletik i məğlub edib

17 Yanvar 2026 22:26see150

AYNA 5 min sürücü hazırlayacaq FOTO

17 Yanvar 2026 15:59see146

Davos Forumunun prezidenti dünya iqtisadiyyatının əsas problemini açıqladı

18 Yanvar 2026 01:13see146

Azərbaycan türkü, səbir diplomatiyası və mütləq hakimiyyət: Xamaneyini bir də belə tanıyaq

18 Yanvar 2026 12:39see142

Qızıl alanların nəzərinə: Hansı məhsullar daha keyfiyyətlidir?

17 Yanvar 2026 22:43see140

UEFA ABŞ dollarının dəyərdən düşməsi səbəbindən 47 milyon avro zərərə uğrayıb

17 Yanvar 2026 04:11see137

Bankların mənfəəti tarixi rekorda çatsa da...

17 Yanvar 2026 12:30see135

Araz Naxçıvan 1 ci liqa klubuna qarşı

18 Yanvar 2026 10:41see135

Ronaldunun qızı Titanik filmindəki məşhur mahnını oxudu

18 Yanvar 2026 06:52see133

Luiş Fiqu Xabi Alonsonun qovulmasından sonra “Real”ın vəziyyətini dəyərləndirib

17 Yanvar 2026 06:22see131

“Böyük bir məyusluq və xəyal qırıqlığı var” İranda etirazlar səngiyir, Tramp isə... + VİDEO

17 Yanvar 2026 12:45see131

Sabah bəzi bölgələrdə çovğun olacaq

17 Yanvar 2026 23:55see130

Rəcəb Babaşov qazinin müalicəsini öz üzərinə götürdü (FOTO)

17 Yanvar 2026 13:02see127

Etirazlara baxmayaraq azad ticarət sazişi imzaladılar

18 Yanvar 2026 06:36see127
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri