Survivor da qorxu dolu anlar: İştirakçı bir anda köpəkbalıqlarının mühasirəsinə düşdü
Oxu.az saytına istinadən Icma.az xəbər verir.
Türkiyədə populyar verilişlərdən olan "Survivor" yarışının yeni bölümündə qorxu dolu anlar yaşanıb. Belə ki, iştirakçı Adem Kılıçcı bir anda özünü köpəkbalıqlarının əhatəsində görüb.
Oxu.Az-ın verdiyi məlumata görə, bu barədə onun özü danışıb.
Məlum olur ki, aclıqla mübarizə aparan Adem oyun şərtlərinə uyğun bir köpəkbalığının arxasınca düşüb, ancaq ov etmək istəyərkən şikar olmaq təhlükəsi ilə üzləşib - bir anda beş-altı köpək balığı tərəfindən əhatələnib.
"İlk dəfə suyun içində bir köpəkbalığının mənə tərəf gəldiyini hiss etdim. Həm qorxdum, həm də acmışdım. Bir az qorxu, bir az cəsarət, ikisi qarışıq bir şey oldu..." - deyə o, hisslərini bölüşüb.
"Survivor"da qorxu dolu anlar: İştirakçı bir anda köpəkbalıqlarının mühasirəsinə düşdü
Adem toru atacağı təqdirdə köpəkbalığının onu torla birlikdə sürükləyəcəyindən çəkindiyini bildirib.
"Ömrümdə ilk dəfə köpəkbalıqları ilə bu qədər yaxın bir təcrübə yaşadım. Adrenalinin zirvədə olduğu dəqiqələr idi", - deyə olanlar barədə danışıb.
O, buna baxmayaraq, toru atmağı və yoldaşlarının köməyi ilə balığı tutmağı düşündüyünü bildirib. Ancaq Ademin tərəddüddə olduğu müddətdə köpəkbalıqları üzüb gediblər, iştirakçı ovsuz qayıdıb.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:115
Bu xəbər 18 Yanvar 2025 14:24 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















