“Survivor” iştirakçısı Gürcüstanda saxlanıldı
Milli.az saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.
"Survivor" realiti şousu ilə tanınan peşəkar idmançı və məşqçi Hikmət Tuğsuz Gürcüstanda saxlanıldıqdan sonra Türkiyəyə gətirilib.
Milli.Az xəbər verir ki, Tuğsuz 2025-ci il iyunun 17-dən İnterpolun qırmızı bülleteni ilə beynəlxalq axtarışda olub. O, 2026-cı il sentyabrın 25-də Gürcüstanda tutulub.
Bildirilib ki, idmançı barəsində səkkiz ayrı həbs qərarı olub. Onun axtarışa verilməsinə şəxsi məlumatların qanunsuz əldə edilməsi və ya yayılması, qəsdən xəsarət yetirmə, böhtan, ağır dələduzluq və prezidentin təhqir edilməsi kimi ittihamların səbəb olduğu qeyd edilir.
Həmçinin Tuğsuzun adı Antalyada təxminən 45 milyon türk lirəsi dəyərində villanın satışı ilə bağlı sənədlərdə hallanıb. Mətbuatda onun 2023-cü ildə baş vermiş hadisə ilə əlaqədar hücum və qəsdən xəsarət yetirmə ittihamları ilə də üzləşdiyi bildirilib.
Müəllif: Nərmin Mahmudova (Milli.Az müxbir)
Baxış sayı:69
Bu xəbər 26 Oktyabr 2026 16:29 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
Əlaqə
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















