Icma.az
close
up
RU
Şuşa necə azad olundu? VİDEO

Şuşa necə azad olundu? VİDEO

Demokrat.az saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.

Vətən müharibəsinin 38-ci günündə Ordumuz döyüş əməliyyatlarının ən vacib və çətin tapşırığının icrasına başladı. Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyev Azərbaycan Ordusuna Qarabağın göz bəbəyi sayılan Şuşanın işğalçılardan azad olunması əmrini vermişdi. Beləliklə, qəhrəman əsgər və zabitlərimiz İkinci Qarabağ müharibəsinin pik - Zirvə nöqtəsi olan Şuşa döyüşlərinə başladı. Nəticədə, noyabrın 8-də Silahlı Qüvvələrimiz Şuşa şəhərini düşmən tapdağından xilas etdi.

Şuşanın işğaldan azad edilməsinin dördüncü ildönümü münasibətilə Müdafiə Nazirliyi strateji əhəmiyyətə malik olan, ağır döyüşlərin getdiyi şəhər ətrafındakı yüksəkliklərə mediatur təşkil edib.
AZƏRTAC-ın əməkdaşları mediatur çərçivəsində Şuşada hərbi qulluqçularla həmsöhbət olublar.
Şuşanın işğaldan azad olunmasında iştirak edən Azərbaycan Ordusunun hərbi qulluqçularından biri deyib ki, Vətən müharibəsi zamanı düşmən üzərində bir neçə istiqamətdə hücum baş tutdu. Hücumu inkişaf etdirən qoşunlarımız Şuşa istiqamətində bir neçə əlverişli hədəflərə çıxmağa nail oldular. Əməliyyat planına uyğun şəkildə qoşunlarımız Şuşa ətrafında dayaq məntəqələri yaradaraq Laçın-Şuşa yolunu nəzarət altında saxlamağa, növbəti döyüş tapşırıqlarının icrası üçün hazırlıq tədbirlərini yerinə yetirdilər. Eyni zamanda, Şuşa istiqamətində əlavə qüvvələri cəlb etməyə çalışan və itirdiyi mövqeləri geri qaytarmaq istəyən düşmənin əks-hücumları uğurla dəf edildi.

Şuşa şəhərinin ərazi baxımından yüksəklikdə yerləşməsi və hava şəraitinin qeyri-sabit keçməsi əməliyyatın aparılmasını daha da çətinləşdirirdi. Lakin Ordumuz məqsədinə çatmaq üçün dayanmadan irəliləyirdi.
Digər müsahibimiz həmin günlərdə düşmən qüvvələrinin bölmələrimizin şəhərə daxil olmasına əngəl törətdiyini bildirib: “Gorus istiqamətindən artilleriya atəşləri ilə maneə törədilirdi ki, şəxsi heyətimiz, texnikalarımız şəhərə daxil ola bilməsin. Qarabağın baş tacı olan Şuşa şəhəri otuz ilə yaxın idi ki, düşmənin işğalı altındaydı. Təbii ki, biz hərbçilərə havanın hansı şəraitdə olması önəmli deyildi. Tapşırıq o idi ki, Şuşa şəhəri düşmən tapdağından azad olunsun”.
Beləliklə, Şuşa şəhərinin azad olunması əməliyyatlarına noyabrın 3-də start verildi. Ordumuz üç istiqamətdən hücuma başladı. Onlardan birində düşmən yüksəkliklərdə əlverişli şəraitdə mövqelənsə də, ordumuzun uğurlu döyüş taktikası və qətiyyəti nəticəsində Şuşa şəhəri noyabrın 8-də işğalçılardan tamamilə təmizləndi.
Şuşa döyüşlərində əlverişli yüksəkliklərdə yerləşən erməni silahlı bölmələrinin məhv edilməsində artilleriya və raket qurğularından istifadə edildi.
Həmin döyüşlərdə artilleriya bölmələrinin də mühüm əhəmiyyətindən danışan hərbi qulluqçulardan biri deyib: “Şuşa şəhəri mühasirəyə alındıqdan sonra bütün qüvvələr şəhərin işğaldan azad olunması üçün plan qurmağa başlayanda, eyni zamanda, artilleriya və raket qoşunları da hava və yerüstü kəşfiyyatımızla əlaqə yaradaraq düşmənin mövqelərini öyrənir və onlara atəş tapşırıqlarını hazırlayırdılar. Şuşa döyüşləri başlayanda artilleriya və digər qoşunlarımızın irəliləməsinə çətinlik törədən düşmən postları və mövqeləri, onun döyüş texnikası dəqiq atəşlə məhv edildi”.
Artıq həmin döyüşlərdən 4 il ötməsinə və ərazi bütövlüyümüzün tamamilə bərpa edilməsinə baxmayaraq, Ordumuzun hər bir əsgər və zabiti indi də ayıq-sayıqlığını itirmir, döyüş əzmini qoruyub saxlayır.

“Mən Şuşada və yaxud da digər rayonlarda şəhid olan qardaşlarımızın, qazilərimizin valideynlərinə səslənirəm ki, onların qanı yerdə qalmadı. Bundan sonra da Ali Baş Komandan hər hansı bir əmr verərsə, biz o tapşırığı layiqincə yerinə yetirməyə daim hazırıq”, - deyə Şuşa döyüşlərinin daha bir iştirakçısı vurğulayıb.
Beləliklə, Şuşa zəfəri 44 günlük müharibədə qazandığımız zəfərlər arasında xüsusi yer tutduğu üçün Prezident İlham Əliyevin Sərəncamı ilə hər il noyabrın 8-i, məhz Şuşanın azad olunduğu gün Zəfər Günü bayramı kimi qeyd olunur. İllər keçsə də bu şanlı Zəfərimiz daim qəlblərdə yaşayacaq və qürurla xatırlanacaq.
Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:120
embedMənbə:https://demokrat.az
archiveBu xəbər 08 Noyabr 2024 11:22 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Bu bankların aktivləri 1 milyard manatdan çoxdur

20 İyul 2026 10:04see339

Moskva üzərində kütləvi PUA hücumu: hərbi və logistika obyektləri vuruldu Ukrayna KİV ləri

20 İyul 2026 13:35see281

“Aya bir addım: “Artemida III“ missiyası bəşəriyyətə nə göstərəcək?“ NASA

19 İyul 2026 19:24see238

Trampın masasında şok sənəd GİZLİ DETALLAR KONKRET

20 İyul 2026 00:02see232

İlham Əliyevdən SƏRƏNCAM

20 İyul 2026 13:59see225

Məşğulluq Strategiyasının həyata keçirilməsinə dair 2026 2030 cu illər üçün Tədbirlər Planı” təsdiqlənib

20 İyul 2026 13:58see216

Vətənədaşa xəstə heyvan veriləndə, o nə etməlidir? AÇIQLAMA

20 İyul 2026 14:08see213

Şuşada ilk açıq hava kitabxanası

20 İyul 2026 14:57see206

Arakçı Xameneinin öldürülməsinin təfərrüatını açıqladı: Təhlükəsizlik sızması olmuşdu

19 İyul 2026 19:02see198

Azərbaycanlı sənətkarın əsərləri Türkiyədə nümayiş olunur

19 İyul 2026 20:21see193

Göyçə gölündə Qağayılar adası VİDEO

19 İyul 2026 19:44see186

Dünya çempionatı: Final oyununda ikinci hissə başladı

20 İyul 2026 00:29see183

“Yuventus” Kini satdı

20 İyul 2026 00:29see182

2026 2030 cu illər üçün məşğulluq strategiyası üzrə Tədbirlər Planı TƏSDİQLƏNDİ

20 İyul 2026 13:59see181

Duginin türk dostu Ankaraya 17 ölkədən nümayəndə yığıb, “4 lü ittifaq” düzəldir?..

20 İyul 2026 22:14see178

Şuşada bədii musiqili kompozisiya nümayiş olunub

19 İyul 2026 20:37see175

Övladı məktəbə gedəcək valideynlərin NƏZƏRİNƏ

20 İyul 2026 18:48see174

Üzüm yarpağının suyu niyə daşır?

20 İyul 2026 00:23see171

İran XİN: Milli maraqlarımız nəzərə alınarsa, ABŞ ilə danışıqların bərpası mümkündür

21 İyul 2026 00:42see166

Prezident nazirlik qarşısında öhdəlik qoydu

20 İyul 2026 13:58see166
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri