Icma.az
close
up
RU
Menu

ABB də pulu qalan müştərinin üsyanı

ADY də səhər xaosu: Sərnişinlər daha hara şikayət etsin? Məmurların özbaşınalığı davam edir KONKRET

Türkiyədən İsrailə 456 gəmi səfəri: “Sıfır ticarət”in görünməyən tərəfi ARAŞDIRMA

Bu toplanış bizi daha da birləşdirdi Rəşad Eyyubov

Pünhan Piriyevin 15 min manat iddiasına Alim Qasımovdan CAVAB VİDEO

Hədəf 2028 ci ilədək Naxçıvanı heyvan xəstəliklərindən azad zonaya çevirməkdir

“Əlimizdən gələni edəcəyik” Rəşad Eyyubov

Prezidentin səlahiyyətli nümayəndəsi Naxçıvandakı iki əsas problemi AÇIQLADI

Səlahiyyətli nümayəndə: Naxçıvanın enerji şəbəkəsi ölkənin vahid sisteminə və ixrac magistrallarına qoşulacaq

NBC: “Flydubai” pilotu təkbaşına hərəkət etmiş ola bilər

Toyda döyülən 32 yaşlı kişi öldü FOTO

70 yaşlı qadın infarktın ilkin əlamətlərini AÇIQLADI

3 aylıq olanda nə baş veribsə xatırlayır

Azərbaycanda taunla bağlı məhdudlaşdırıcı tədbirlər olacaq?

Fridrix Merts: Baltikyanı ölkələrin təhlükəsizliyi Almaniyanın təhlükəsizliyidir

Ceyranbatanda toyda dava Biri komadadır

PULU YĞIB YIĞIŞDIRMAQ OLMUR, AMMA... İqtisadçı yaranmış riskləri açıqladı düz baçlıqdır?

Toy yasa döndü: Dava zamanı komaya düşən Cavid vəfat etdi Foto

Ceyhun Bayramov və Marko Rubio Azərbaycan ABŞ strateji tərəfdaşlığını müzakirə ediblər

Antonio Konte Mançester Yunayted və Yuventus un maraq dairəsindədir

Şuşa necə azad olunub? Hərbçilər danışdı KONKRET

Şuşa necə azad olunub? Hərbçilər danışdı KONKRET

Icma.az, Konkret.az portalına istinadən məlumatı açıqlayır.

Vətən müharibəsinin 38-ci günündə Ordumuz döyüş əməliyyatlarının ən vacib və çətin tapşırığının icrasına başladı. Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyev Azərbaycan Ordusuna Qarabağın göz bəbəyi sayılan Şuşanın işğalçılardan azad olunması əmrini vermişdi. Beləliklə, qəhrəman əsgər və zabitlərimiz İkinci Qarabağ müharibəsinin pik – Zirvə nöqtəsi olan Şuşa döyüşlərinə başladı. Nəticədə, noyabrın 8-də Silahlı Qüvvələrimiz Şuşa şəhərini düşmən tapdağından xilas etdi.

Şuşanın işğaldan azad edilməsinin dördüncü ildönümü münasibətilə Müdafiə Nazirliyi strateji əhəmiyyətə malik olan, ağır döyüşlərin getdiyi şəhər ətrafındakı yüksəkliklərə mediatur təşkil edib.

KONKRET.az xəbər verr ki, Azərtac-ın əməkdaşları mediatur çərçivəsində Şuşada hərbi qulluqçularla həmsöhbət olublar.

Şuşanın işğaldan azad olunmasında iştirak edən Azərbaycan Ordusunun hərbi qulluqçularından biri deyib ki, Vətən müharibəsi zamanı düşmən üzərində bir neçə istiqamətdə hücum baş tutdu. Hücumu inkişaf etdirən qoşunlarımız Şuşa istiqamətində bir neçə əlverişli hədəflərə çıxmağa nail oldular. Əməliyyat planına uyğun şəkildə qoşunlarımız Şuşa ətrafında dayaq məntəqələri yaradaraq Laçın-Şuşa yolunu nəzarət altında saxlamağa, növbəti döyüş tapşırıqlarının icrası üçün hazırlıq tədbirlərini yerinə yetirdilər. Eyni zamanda, Şuşa istiqamətində əlavə qüvvələri cəlb etməyə çalışan və itirdiyi mövqeləri geri qaytarmaq istəyən düşmənin əks-hücumları uğurla dəf edildi.

Şuşa şəhərinin ərazi baxımından yüksəklikdə yerləşməsi və hava şəraitinin qeyri-sabit keçməsi əməliyyatın aparılmasını daha da çətinləşdirirdi. Lakin Ordumuz məqsədinə çatmaq üçün dayanmadan irəliləyirdi.

Digər müsahibimiz həmin günlərdə düşmən qüvvələrinin bölmələrimizin şəhərə daxil olmasına əngəl törətdiyini bildirib: “Gorus istiqamətindən artilleriya atəşləri ilə maneə törədilirdi ki, şəxsi heyətimiz, texnikalarımız şəhərə daxil ola bilməsin. Qarabağın baş tacı olan Şuşa şəhəri otuz ilə yaxın idi ki, düşmənin işğalı altındaydı. Təbii ki, biz hərbçilərə havanın hansı şəraitdə olması önəmli deyildi. Tapşırıq o idi ki, Şuşa şəhəri düşmən tapdağından azad olunsun”.

Beləliklə, Şuşa şəhərinin azad olunması əməliyyatlarına noyabrın 3-də start verildi. Ordumuz üç istiqamətdən hücuma başladı. Onlardan birində düşmən yüksəkliklərdə əlverişli şəraitdə mövqelənsə də, ordumuzun uğurlu döyüş taktikası və qətiyyəti nəticəsində Şuşa şəhəri noyabrın 8-də işğalçılardan tamamilə təmizləndi.

Şuşa döyüşlərində əlverişli yüksəkliklərdə yerləşən erməni silahlı bölmələrinin məhv edilməsində artilleriya və raket qurğularından istifadə edildi.

Həmin döyüşlərdə artilleriya bölmələrinin də mühüm əhəmiyyətindən danışan hərbi qulluqçulardan biri deyib: “Şuşa şəhəri mühasirəyə alındıqdan sonra bütün qüvvələr şəhərin işğaldan azad olunması üçün plan qurmağa başlayanda, eyni zamanda, artilleriya və raket qoşunları da hava və yerüstü kəşfiyyatımızla əlaqə yaradaraq düşmənin mövqelərini öyrənir və onlara atəş tapşırıqlarını hazırlayırdılar. Şuşa döyüşləri başlayanda artilleriya və digər qoşunlarımızın irəliləməsinə çətinlik törədən düşmən postları və mövqeləri, onun döyüş texnikası dəqiq atəşlə məhv edildi”.

Artıq həmin döyüşlərdən 4 il ötməsinə və ərazi bütövlüyümüzün tamamilə bərpa edilməsinə baxmayaraq, Ordumuzun hər bir əsgər və zabiti indi də ayıq-sayıqlığını itirmir, döyüş əzmini qoruyub saxlayır.

“Mən Şuşada və yaxud da digər rayonlarda şəhid olan qardaşlarımızın, qazilərimizin valideynlərinə səslənirəm ki, onların qanı yerdə qalmadı. Bundan sonra da Ali Baş Komandan hər hansı bir əmr verərsə, biz o tapşırığı layiqincə yerinə yetirməyə daim hazırıq”, – deyə Şuşa döyüşlərinin daha bir iştirakçısı vurğulayıb.

Beləliklə, Şuşa zəfəri 44 günlük müharibədə qazandığımız zəfərlər arasında xüsusi yer tutduğu üçün Prezident İlham Əliyevin Sərəncamı ilə hər il noyabrın 8-i, məhz Şuşanın azad olunduğu gün Zəfər Günü bayramı kimi qeyd olunur. İllər keçsə də bu şanlı Zəfərimiz daim qəlblərdə yaşayacaq və qürurla xatırlanacaq.

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:193
embedMənbə:https://konkret.az
archiveBu xəbər 08 Noyabr 2024 15:05 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

ABB də pulu qalan müştərinin üsyanı

06 Oktyabr 2026 09:15see994

ADY də səhər xaosu: Sərnişinlər daha hara şikayət etsin? Məmurların özbaşınalığı davam edir KONKRET

05 Oktyabr 2026 09:06see576

Türkiyədən İsrailə 456 gəmi səfəri: “Sıfır ticarət”in görünməyən tərəfi ARAŞDIRMA

06 Oktyabr 2026 10:33see323

Bu toplanış bizi daha da birləşdirdi Rəşad Eyyubov

05 Oktyabr 2026 20:52see304

Pünhan Piriyevin 15 min manat iddiasına Alim Qasımovdan CAVAB VİDEO

05 Oktyabr 2026 16:18see302

Hədəf 2028 ci ilədək Naxçıvanı heyvan xəstəliklərindən azad zonaya çevirməkdir

05 Oktyabr 2026 21:26see299

“Əlimizdən gələni edəcəyik” Rəşad Eyyubov

05 Oktyabr 2026 21:20see295

Prezidentin səlahiyyətli nümayəndəsi Naxçıvandakı iki əsas problemi AÇIQLADI

05 Oktyabr 2026 23:07see254

Səlahiyyətli nümayəndə: Naxçıvanın enerji şəbəkəsi ölkənin vahid sisteminə və ixrac magistrallarına qoşulacaq

05 Oktyabr 2026 21:42see228

NBC: “Flydubai” pilotu təkbaşına hərəkət etmiş ola bilər

06 Oktyabr 2026 00:45see204

Toyda döyülən 32 yaşlı kişi öldü FOTO

06 Oktyabr 2026 02:48see191

70 yaşlı qadın infarktın ilkin əlamətlərini AÇIQLADI

05 Oktyabr 2026 16:52see190

3 aylıq olanda nə baş veribsə xatırlayır

05 Oktyabr 2026 18:11see188

Azərbaycanda taunla bağlı məhdudlaşdırıcı tədbirlər olacaq?

05 Oktyabr 2026 15:58see188

Fridrix Merts: Baltikyanı ölkələrin təhlükəsizliyi Almaniyanın təhlükəsizliyidir

06 Oktyabr 2026 02:22see185

Ceyranbatanda toyda dava Biri komadadır

05 Oktyabr 2026 15:49see183

PULU YĞIB YIĞIŞDIRMAQ OLMUR, AMMA... İqtisadçı yaranmış riskləri açıqladı düz baçlıqdır?

05 Oktyabr 2026 10:56see180

Toy yasa döndü: Dava zamanı komaya düşən Cavid vəfat etdi Foto

06 Oktyabr 2026 06:25see172

Ceyhun Bayramov və Marko Rubio Azərbaycan ABŞ strateji tərəfdaşlığını müzakirə ediblər

05 Oktyabr 2026 20:39see169

Antonio Konte Mançester Yunayted və Yuventus un maraq dairəsindədir

06 Oktyabr 2026 00:59see156
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri