Icma.az
close
up
RU
Şuşa oğlunu intiqama çağırmışdı...

Şuşa oğlunu intiqama çağırmışdı...

Xalq qazeti portalından alınan məlumata görə, Icma.az xəbər verir.

Böyük qalibiyyətlə bitən Vətən müharibəsində tarix yazan qəhrəman Ordumuz, əsgər və zabitlərimiz Azərbaycanın haqq uğrunda mübarizə aparmaq əzmini, əsl döyüş ruhunu bütün dünyaya nümayiş etdirdi. Qələbəyə öz qanları ilə imza atan şəhidlərimiz bizlərə ömür boyu haqqında danışacağımız bir dastan qoyub getdilər. 44 günlük müqəddəs savaş dövlətimizin və xalqımızın iftixar ünvanına çevrildi. Azərbaycan, sadəcə, torpaqlarımızın işğaldan azad olunması ilə kifayətlənmədi, eyni zamanda xalqımız öz varlığını, həmrəyliyini bütün dünyaya nümayiş etdirdi. Çox böyük qürur hissi keçiririk ki, əzəli, qədim Azərbaycan torpaqlarına, Qarabağa qayıtdıq.

Əsrlər boyu müharibə Yer üzünün ən böyük fəlakəti sayılıb. Milyonlarla insan müharibələrdə canından keçib. “Təki Vətən sağ olsun!” deyən şəhid valideynləri bayrağı bağrına basaraq hönkürsələr də, gözlərində məğrurluq, fəxarət hiss olunub. İgid, qorxmaz qəhrəmanlarımızdan biri də Vətən müharibəsi savaşında şəhid olan Nurlan Həsənovdur.

Nurlan 1991-ci il mayın 19-da Şuşa şəhərində anadan olub. O, ailənin ilk övladı idi. Ailə I Qarabağ müharibəsindən sonra öz doğma torpaqlarından didərgin düşüb və məcburi köçkün kimi Bakıda məskunlaşıb.

1997-ci ildə Bakıda Şuşa şəhər 3 nömrəli tam orta məktəbə daxil olub, 2008-ci ildə əla qiymətlərlə başa vurub. 2008-2012-ci illərdə Azərbaycan Texnologiya Universitetinin “İnzibati idarəetmə“ ixtisası üzrə təhsil alıb. Nurlan vətənpərvərliyi, mərdliyi, kişi xarakteri ilə çoxlarından fərqlənirdi. 2012-ci ildə Azərbaycan Silahlı Qüvvələrinin Naxçıvan şəhərində yerləşən “N” saylı hərbi hissəsində həqiqi hərbi xidmətdə olub. Daha sonra leytenant kimi Gəncədə “N” saylı hərbi hissədə xidmət edib və 2014-cü ildə ehtiyatda olan zabit kimi təxris olunub.

Və nəhayət, Nurlan da minlərlə cəsur oğullarımız kimi 2020-ci il sentyabrın 21-də könüllü olaraq təlimlərə qoşulub. Azərbaycan Ordusunun leytenantı olan Nurlan sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi və ərazi bütövlüyümüzün bərpa olunması üçün başlanan Vətən müharibəsi zamanı Cəbrayıl və Füzulinin azadlığı uğrunda gedən döyüşlərdə savaşıb. Nurlan Həsənov oktyabrın 1-də Füzuli döyüşləri zamanı şəhid olub. Biləcəri qəsəbəsində dəfn edilib.

Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatıldığı və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Prezidenti İlham Əliyevin sərəncamlarına əsasən Nurlan Həsənov ölümündən sonra “Vətən uğrunda”, “Cəbrayılın azad olunmasına görə”, “Cəsur döyüşçü”, “Xocavəndin azad olunmasına görə”, “Füzulinin azad olunmasına görə” medalları ilə təltif edilib.

Füzuli və Cəbrayıl istiqamətində döyüşlərdə fəal iştirak edən Nurlan “Ana, məndən narahat olmayın, burada hər şey yaxşıdır, Şuşanı almağa gəlmişəm”, – deyibmiş.

Həqiqət xanım qürurla deyir: “Oğlum yenidən orduya gedəndə istər-istəməz bir ana kimi narahatlıq keçirirdim. Nurlan dedi ki, ana, Şuşaya qayıtmaq istəmirdin? Mən səni Şuşaya qaytaracağam, onu azad edəcəyəm. Mən Şuşaya oğlumla getmək, qayıtmaq istəyirdim. Amma təəssüf ki, bu, mənə qismət olmadı… Onun bir qızı və bir oğlu bizə yadigar qalıb.

Azərbaycan Vətən müharibəsində şanlı qələbə qazanmaqla ərazi bütövlüyünü tam bərpa edib. Qarabağımızda üçrəngli Azərbaycan bayrağı vüqarla dalğalanır. Köç karvanları da müqəddəs torpaqlara isti nəfəs gətirir. Nurlanın ruhu isə şəhid olduğu azad Qarabağ torpaqlarında dolaşır.

M.MÜŞFİQ
XQ

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:187
embedMənbə:https://xalqqazeti.az
archiveBu xəbər 01 Oktyabr 2025 11:04 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Dünya Bankı Qrupu Azərbaycana 100 mln. dollara yaxın özəl kapital cəlb edib

16 Oktyabr 2026 10:06see328

Azərbaycan son 16 ildə ilk dəfə “Aİ 92“ benzinini İraqdan alıb

16 Oktyabr 2026 18:42see311

"Atəşgah"dan şikayət: "Turistləri aldadırlar 108 manatlıq sifarişə 180 manat hesab çıxarıldı, biabırçılıqdır!"

17 Oktyabr 2026 10:55see302

“Real Madrid” Konate ilə kifayətlənmir: daha iki ulduz müdafiəçi hədəfdədir

17 Oktyabr 2026 06:05see297

Fransa Ukraynaya raket tədarükünü sürətləndirəcək

16 Oktyabr 2026 23:29see270

Hakan Fidan Gəncliyə Yardım Fonduna hansı təlimatları verib? Bakıda şübhəli görüş

17 Oktyabr 2026 13:38see252

Azərbaycanda 1992 ci ildən həbsdə olan ömürlük məhkum öldü

16 Oktyabr 2026 16:03see241

Soydaşımızın təşəbbüsü ilə Qara Qarayevin əsəri İsveçdə tədris olunacaq

16 Oktyabr 2026 18:26see238

Fəaliyyətində nöqsanlar aşkarlanan tibbi xidmət sahələri hansılardır? Siyahı açıqlandı

16 Oktyabr 2026 19:27see225

Bəzi məhsullar bahalaşıb, bəziləri ucuzlaşıb SƏBƏBLƏR

16 Oktyabr 2026 21:14see221

Xalqımızın qəhrəmanlıq tarixi

16 Oktyabr 2026 14:59see219

Türkiyədə aralarında şagirdlər də olmaqla onlarla insan qidadan zəhərlənib

17 Oktyabr 2026 06:42see218

Ölkəmizdə işsizlərin sayı AÇIQLANDI...

16 Oktyabr 2026 23:19see215

Mədəniyyət naziri Adil Kərimli Füzulidə vətəndaşların müraciətlərini dinlədi FOTOLAR

16 Oktyabr 2026 19:05see209

“Liverpul” liderinə 68 milyon avroluq əvəzləyici tapdı

17 Oktyabr 2026 03:37see205

Azərbaycan benzini hansı ölkələrə satır?

16 Oktyabr 2026 17:40see194

Minimum maaş 700 manat olmalıdır İqtisadçıdan maraqlı İZAH

17 Oktyabr 2026 08:02see194

Türkiyəli jurnalist beynəlxalq axtarışa verildi Azərbaycanla bağlı çağırış edirdi

16 Oktyabr 2026 15:11see191

Bu rayonların sakinlərinin nəzərinə

16 Oktyabr 2026 16:26see190

Ukrayna rekord həcmdə qaz toplayıb və hətta xaricə satıb...

17 Oktyabr 2026 19:32see168
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri