Icma.az
close
up
RU
“Şuşa” PFK məktəblilər üçün inşa müsabiqəsinə start verdi

“Şuşa” PFK məktəblilər üçün inşa müsabiqəsinə start verdi

Icma.az, Metbuat saytına istinadən bildirir.

“Şuşa” Peşəkar Futbol Klubu (PFK) 31 Dekabr – Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü münasibətilə ölkə üzrə bütün məktəbliləri “Şəhidim – Qəhrəmanım” adlı xüsusi inşa müsabiqəsinə dəvət edir.

Metbuat.az xəbər verir ki, bu layihənin məqsədi – qəhrəman şəhidlərimizin xatirəsini yaşatmaq, gənc nəslin milli-mənəvi dəyərlərə bağlılığını gücləndirmək və hər bir uşağa öz seçdiyi bir şəhidin həyatını daha dərindən tanımaq imkanı yaratmaqdır. Müsabiqə həm də klubumuzda futbol təhsili alan şəhid övladları üçün mənəvi dəstək və həmrəylik mesajı daşıyır.

İştirak qaydaları

Yaş həddi: 16 yaşadək bütün uşaqlar

Mövzu: İstənilən bir Azərbaycan şəhidinin həyatına və qəhrəmanlığına həsr olunmuş inşa

Həcmi: 300–700 söz

Format: Word və ya PDF

İnşa ilə birlikdə:

Uşağın adı, soyadı

Məktəbi və şəhəri

Seçdiyi şəhidin adı, soyadı və qısa bioqrafik məlumat

Qiymətləndirmə meyarları

Mövzunun düzgün və səmimi şəkildə açılması

Uşağın özünəməxsus dili və yanaşması

Orijinallıq

Dil və üslub mədəniyyəti

Şəhid barədə məlumatların doğruluğu

Nəticə və mükafatlar

Müsabiqə üzrə seçilən ən yaxşı 100 inşa xüsusi kitab şəklində nəşr olunacaq.

Qalibləri isə aşağıdakı mükafatlar gözləyir:

1-3-cü yerlər üçün xüsusi kubok və hədiyyə dəstləri

İlk 10-luğa diplom və təşəkkür plaketi

Kitaba düşən hər bir uşağa kitab və iştirakçı sertifikatı

“Şuşa PFK futbolçuları ilə görüş

Klubun xüsusi qonaq günü və fotossesiya

Yekun olaraq, müsabiqənin bağlanış mərasimində kitabın təqdimatı və qaliblərin mükafatlandırılması həyata keçiriləcək.

“Şəhidim – Qəhrəmanım” müsabiqəsi ilə hər bir uşaq bir qəhrəmanın hekayəsini yazacaq, biz isə birlikdə onların xatirəsini yaşadacağıq.

Gəlin, həmrəy olaq, şəhidlərimizi unutmayaq, gənclərimizin qəlbində vətən sevgisini daha da gücləndirək.

Bir inşa, bir xatirə, bir qəhrəman!

Son müraciət tarixi: 31.12.2025.

Qaliblər son müraciət tarixindən 15 gün sonra açıqlanacaq.

Qeydiyyat və suallar üçün əlaqə: +994702372227

Hazır inşalarınızı aşağıdakı mail adresinə göndərin:

[email protected]

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:201
embedMənbə:https://metbuat.az
archiveBu xəbər 02 Dekabr 2025 10:05 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Avropanın Azərbaycana marağının artması son illərdə formalaşan yeni geosiyasi və iqtisadi reallıqların nəticəsidir

27 Noyabr 2026 20:01see739

Tolerantlıq həm də qarşılıqlı etimadın bərpası deməkdir

27 Noyabr 2026 14:34see582

Cənubi Qafqazda sülh perspektivi regional iqtisadi əməkdaşlığın genişləndirilməsi üçün yeni imkanlar yaradır

27 Noyabr 2026 20:07see570

Azərbaycanda fabrik direktoru vəfat etdi

27 Noyabr 2026 17:38see320

Kardioloq qəhvənin ürəyə zərərli olması fikrinə qarşı ÇIXIB

27 Noyabr 2026 23:45see313

Neftçalada yerləşən balıqçılıq təsərrüfatı müəssisəsi özəlləşdirilib

27 Noyabr 2026 18:43see282

Daha bir tarixi abidəyə müdaxilə İcra hakimiyyəti işə qarışdı

27 Noyabr 2026 18:15see280

Keçənlərdən kiçik bir epizod... FOTO

27 Noyabr 2026 17:40see274

Bağırsaqda yara hansı xəstəliklərin əlaməti ola bilər? VİDEO

27 Noyabr 2026 15:20see270

Robotlar dünya iqtisadiyyatını dəyişəcək: İlk humanoid köməkçilər 15 ilə evlərə daxil ola bilər

27 Noyabr 2026 16:24see267

Özcan Deniz və Deniz Çakırın narkotik test nəticələri məlum oldu

27 Noyabr 2026 21:57see266

Bu müəllimlərin diqqətinə!

27 Noyabr 2026 20:20see266

Valeh Ağayev vəfat etdi

27 Noyabr 2026 18:29see265

Söz içində... Sözümüz...

27 Noyabr 2026 17:30see263

Qanda şəkəri salmağın ən asan yolu...

28 Noyabr 2026 02:01see241

Bir qədəh şərab qan təzyiqinə necə təsir edir? Mütəxəssislər açıqlayıb

27 Noyabr 2026 22:17see229

Avropanın borc içində boğulan ölkələri Ən çətin vəziyyətdə olan hansıdır? Siyahı

28 Noyabr 2026 10:02see222

Ceyhun Bayramov qətərli nazirlə görüşdü

27 Noyabr 2026 19:10see217

Ülviyyə Xəlilbəyli: İnsan özü yaşayarkən, keçmişinin yasını tutur (Foto)

27 Noyabr 2026 16:40see210

Dünya fond bazarlarında nə baş verir?

28 Noyabr 2026 13:46see194
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri