Icma.az
close
up
RU
Şuşa qəhrəmanlıq, mədəniyyət və qürur rəmzidir

Şuşa qəhrəmanlıq, mədəniyyət və qürur rəmzidir

Icma.az, Adelet.az saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

8 noyabr Azərbaycan xalqı üçün təkcə Zəfər Günü deyil, həm də Şuşa şəhərinin azad olunduğu tarixi gündür. 2020-ci ilin 8 noyabrında Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi altında Azərbaycan Ordusu Qarabağın tacı olan Şuşanı işğaldan azad etməklə Vətən müharibəsində həlledici zəfəri qazandı. Bu tarixi hadisə Azərbaycan xalqının qəhrəmanlıq salnaməsində qızıl hərflərlə yazıldı və əbədi yaddaşlara həkk olundu.

Şuşa XVIII əsrdə Qarabağ xanı Pənahəli xan tərəfindən salınmış və qısa zamanda Azərbaycanın ən mühüm siyasi, iqtisadi və mədəni mərkəzlərindən birinə çevrilmişdir. “Qafqazın mirvarisi” adlandırılan bu şəhər təkcə gözəlliyi ilə deyil, həm də zəngin mədəni irsi ilə tanınır. Burada Azərbaycan musiqisinin, poeziyasının və memarlığının parlaq nümunələri formalaşmış, dahi sənətkarlar – Xurşidbanu Natəvan, Üzeyir Hacıbəyli, Bülbül, Seyid Şuşinski kimi dahilər yetişmişdir.

Şuşa eyni zamanda Azərbaycan xalqının milli kimliyinin və mənəvi birliyinin təcəssümüdür. İşğal illərində bu şəhər azadlıq arzularımızın, müqavimət ruhumuzun rəmzinə çevrilmişdi. Hər bir azərbaycanlının qəlbində Şuşaya qayıdış ümidi daim yaşayıb və bu ümid 2020-ci ilin noyabrında reallığa çevrildi.

44 günlük Vətən müharibəsi dövründə Azərbaycan Ordusu peşəkarlığı, əzmi və Vətən sevgisi ilə dünya hərb tarixində unikal bir əməliyyata imza atdı. Şuşa döyüşləri isə bu müharibənin zirvəsi oldu. Sıldırım qayalarla əhatə olunan şəhərin azad olunması, hərbi texnika olmadan piyada döyüşçülərimizin irəliləməsi xalqımızın rəşadətini və sarsılmaz ruhunu nümayiş etdirdi. Məhz buna görə də 8 noyabr təkcə bir qələbə tarixi deyil, həm də milli qürur və birliyin simvoluna çevrildi.

Prezident İlham Əliyevin həmin gün söylədiyi “Şuşa azaddır! Qarabağ Azərbaycandır!” sözləri bütün xalqın qəlbində əbədi səslənən zəfər nidasına çevrildi.

Şuşanın azad olunmasından sonra burada geniş bərpa və quruculuq işləri aparılır. Qısa müddətdə şəhərin siması yenidən dirçəlmiş, tarixi abidələr bərpa olunmuş, yeni sosial infrastruktur yaradılmışdır. Prezident İlham Əliyev tərəfindən Şuşanın “Azərbaycanın mədəniyyət paytaxtı” elan olunması bu qədim şəhərin tarixdəki mövqeyini daha da möhkəmləndirdi.

Hazırda Şuşada “Xarıbülbül” Musiqi Festivalı, “Vaqif Poeziya Günləri” kimi ənənəvi mədəni tədbirlər bərpa olunub. Bu tədbirlər təkcə mədəniyyətin inkişafına deyil, həm də milli yaddaşın qorunmasına xidmət edir. Şuşa yenidən Azərbaycan incəsənətinin beşiyinə çevrilir.

Bu gün Şuşa şəhəri yalnız keçmişin simvolu deyil, həm də gələcəyə inamın, dirçəlişin və milli həmrəyliyin mərkəzidir. Burada görülən hər bir iş Azərbaycan dövlətinin gücünü, xalqın öz torpaqlarına sarsılmaz bağlılığını nümayiş etdirir.

Şuşa azad olunmaqla Azərbaycan xalqının qüruru bərpa olundu, ədalət yerini tapdı. Bu gün hər bir azərbaycanlı Şuşaya baxanda təkcə qədim bir şəhəri deyil, azad və qalib Azərbaycanın rəmzini görür.

8 noyabr – Şuşa Şəhəri Günü xalqımızın milli yaddaşında əbədi qalacaq bir tarixdir. Bu gün həm qəhrəman şəhidlərimizin xatirəsinə ehtiram, həm də dövlətimizin qüdrətinə və xalqımızın birliyinə olan inamın təntənəsidir. Şuşa azaddır, Şuşa yaşayır, Şuşa dirçəlir – deməli, Azərbaycan da əbədi yaşayacaq!

Əminə Ağazadə

Milli Məclisin deputatı

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:167
embedMənbə:https://adalet.az
archiveBu xəbər 07 Noyabr 2025 10:30 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Dünyada ilk: "Qızılalma" Türkiyə ordusunda... Foto

19 Noyabr 2026 19:51see360

Alyona Əliyeva Bakı Xoreoqrafiya Akademiyasından paylaşım edib

19 Noyabr 2026 21:02see342

İstehlakçıları hansı hallarda aldadırlar? 41 protokol tərtib edilib

19 Noyabr 2026 17:17see312

Almaniya klubu “Qalatasaray”ın futbolçusuna elçi düşdü

20 Noyabr 2026 01:32see310

Xərçəngə səbəb olan qidalar Siyahı yeniləndi

19 Noyabr 2026 18:59see301

Bu gün Xudayar Yusifzadənin doğum günüdür

20 Noyabr 2026 06:19see292

Azərbaycan Milli İncəsənət Muzeyinin direktoru Şirin Məlikova Türkiyədə beynəlxalq konqresdə çıxış edib (Foto)

19 Noyabr 2026 18:45see281

Bakıda 8 yaşlı uşağın ödündən kista çıxarıldı

19 Noyabr 2026 19:14see276

Yaddaşı gücləndirən burun damcıları siçanlar üzərində sınaqdan KEÇİRİLDİ

20 Noyabr 2026 00:00see266

Ağ Ev Trampın sammit zamanı yatması barədə məlumatları təkzib edib

19 Noyabr 2026 21:00see254

Elxan Səmədov: Xankəndi azarkeşlərinin komandalarını öz şəhərlərində dəstəkləməsi xüsusi əhəmiyyət daşıyır

20 Noyabr 2026 00:06see245

“Eyni tempdə davam edirik” Rui Jorje

20 Noyabr 2026 21:10see238

Azərişıq ASC elektroenergetika sektorunda əldə olunan nailiyyətləri beynəlxalq enerji forumunda təqdim edib

19 Noyabr 2026 17:30see233

DİN və Baş Prokurorluq 2 noyabr mitinqinin təşkilatçılarına xəbərdarlıq edib

20 Noyabr 2026 06:10see231

“iPhone”un 20 illiyinə özəl model üçün iki fərqli dizayn sınaqdan keçirilir

20 Noyabr 2026 22:20see230

Anthropic in səhmləri Nasdaq da ticarətin ilk günündə 17 % artıb

20 Noyabr 2026 07:19see229

İraola: “Belə bir şey baş verməməlidir”

20 Noyabr 2026 21:35see227

"Sabah" "Sumqayıt"ı darmadağın etdi

20 Noyabr 2026 21:17see223

Bütün dövrlərin ən böyük kino ulduzu seçildi

20 Noyabr 2026 22:37see213

Tramp: Putin Ukraynadakı müharibəni diplomatik yolla bitirmək istədiyini açıq şəkildə bildirib

20 Noyabr 2026 22:14see212
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri