Icma.az
close
up
RU
Şuşa Qlobal Media Forumu İtaliya mətbuatında

Şuşa Qlobal Media Forumu İtaliya mətbuatında

Icma.az, Xalq qazeti portalına istinadən məlumat verir.

İtaliyanın mətbu orqanları “Rəqəmsal keçidlər: Süni intellekt dövründə informasiya və media dayanıqlılığının gücləndirilməsi” mövzusunda keçirilən III Şuşa Qlobal Media Forumuna geniş yer ayırıb.

“Giornale Diplomatico” portalının yaydığı materialda Azərbaycanın - Xankəndinin əlamətdar hadisəyə şahidlik etdiyi, qlobal gündəmi müəyyənləşdirən və beynəlxalq müstəvidə informasiya yayan media nümayəndələrinin artıq üçüncü dəfə Qarabağa toplaşdığı bildirilir.

Vurğulanır ki, bu tarixi hadisənin təşəbbüskarı Azərbaycan Prezidenti İlham Əliyevin əsas məqsədi qlobal informasiya bazarına nəzarət edən 52 ölkədən 80-dək media qurumu və 30-dək informasiya agentliyi vasitəsilə yeni Azərbaycanı dünyaya tanıtmaq idi. Şuşa Forumunun ilkin nəticələri və onun qısa müddətdə beynəlxalq mediada yaratdığı təəssürat onu göstərdi ki, tədbirdə səslənən bəyanatlar və fikirlər bir çox ölkələrdə ictimai rəydə ciddi rezonans doğurub.

“Kmetro0” portalının yaydığı materialda isə Prezident İlham Əliyevin həmişə olduğu kimi bu fürsətdən də istifadə edərək tarixinin ən qüdrətli dövrünü yaşayan Azərbaycanı dünyaya tanıtdığı vurğulanır. Diqqətə çatdırılır ki, dövlətimizin başçısı ölkəmizin fəaliyyətini, qələbələrini, uğurlu modellərini Azərbaycan xalqının potensialının nümunələri kimi təqdim edib, məlum uğur hekayələrindən danışıb.

Vurğulanır ki, III Şuşa Qlobal Media Forumu “Rəqəmsal keçidlər: Süni intellekt dövründə informasiya və media dayanıqlılığının gücləndirilməsi” mövzusuna həsr olunsa da, Prezident İlham Əliyev tədbiri elə ilk cümləsindən daha geniş qlobal problemlərin müzakirəsi platformasına çevirib. Prezidentin fikirləri Azərbaycanın müstəqillik tarixinin bütün dövrlərini və onun siyasi-ictimai sistemini, o cümlədən ölkənin Qələbəsindən sonra seçdiyi yeni yolun mahiyyətini əks etdirən rəhbər konsepsiyadır.

Qeyd olunur ki, Forum zamanı Prezident İlham Əliyev ölkənin yaşıl gündəliyindən tutmuş qlobal iqlim dəyişikliyinə, ikitərəfli əməkdaşlıqdan beynəlxalq tərəfdaşlığa, Qarabağın və Şərqi Zəngəzurun yenidən qurulmasından Qafqazda sülhün və tərəqqinin təmin edilməsinə, Azərbaycanın yerli inkişaf təcrübəsinin qlobal artıma verdiyi töhfələrdən, Zəngəzur və Orta dəhlizlərdən tutmuş yeni Avrasiya logistika layihələrinə, qitənin enerji təhlükəsizliyindən bəşəriyyəti təhdid edən müharibələrə, Ermənistanla sülh danışıqlarından tutmuş neokolonializmlə mübarizəyə, ABŞ-dan Çinə, Rusiyadan Latın Amerikasına, Avropa İttifaqından İslam Əməkdaşlıq Təşkilatına qədər bir çox mövzularda qəti mövqelərini ifadə edib.

XQ

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:201
embedMənbə:https://xalqqazeti.az
archiveBu xəbər 24 İyul 2025 09:49 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

"Atəşgah"dan şikayət: "Turistləri aldadırlar 108 manatlıq sifarişə 180 manat hesab çıxarıldı, biabırçılıqdır!"

17 Oktyabr 2026 10:55see406

“Real Madrid” Konate ilə kifayətlənmir: daha iki ulduz müdafiəçi hədəfdədir

17 Oktyabr 2026 06:05see394

Hakan Fidan Gəncliyə Yardım Fonduna hansı təlimatları verib? Bakıda şübhəli görüş

17 Oktyabr 2026 13:38see377

Fransa Ukraynaya raket tədarükünü sürətləndirəcək

16 Oktyabr 2026 23:29see362

Türkiyədə aralarında şagirdlər də olmaqla onlarla insan qidadan zəhərlənib

17 Oktyabr 2026 06:42see251

“Liverpul” liderinə 68 milyon avroluq əvəzləyici tapdı

17 Oktyabr 2026 03:37see247

Bəzi məhsullar bahalaşıb, bəziləri ucuzlaşıb SƏBƏBLƏR

16 Oktyabr 2026 21:14see247

Ölkəmizdə işsizlərin sayı AÇIQLANDI...

16 Oktyabr 2026 23:19see240

Hakan Fidanın GYF də görüşünün PƏRDƏARXASI KONKRET

17 Oktyabr 2026 15:26see237

Minimum maaş 700 manat olmalıdır İqtisadçıdan maraqlı İZAH

17 Oktyabr 2026 08:02see232

Ukrayna rekord həcmdə qaz toplayıb və hətta xaricə satıb...

17 Oktyabr 2026 19:32see227

Emrahın keçmiş həyat yoldaşı: Ayrılıq qərarını mən verdim

17 Oktyabr 2026 15:47see218

Göyçay avtovağzalında OLAY: 47 yaşlı kişi yandı

17 Oktyabr 2026 19:43see211

Azərbaycan ilə Türkiyə arasında sarsılmaz dostluq və möhkəm qardaşlıq münasibətləri mövcuddur FERHATGÖÇER

17 Oktyabr 2026 23:06see200

Azərbaycanda dəmir yolu ilə yükdaşımaları 11 % artıb

17 Oktyabr 2026 10:26see196

Azərbaycanda elektrik enerjisi, qaz və buxar istehsalından gəlirlərin həcmi açıqlanıb

17 Oktyabr 2026 12:40see183

Azərbaycanda 7 nəfər bu hərəkətinə görə HƏBS OLUNDU

17 Oktyabr 2026 17:40see178

İbrahim Tatlısesin model gəlininin evini su basdı

17 Oktyabr 2026 14:27see178

Liqa 1: PSJ dən geridönüş

18 Oktyabr 2026 01:01see170

“Barselona” 58 illik “Real Madrid” rekordunu təkrarladı

18 Oktyabr 2026 00:33see169
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri