Şuşa sakini: Böyük qürurla evimizə qayıdırıq
Icma.az, Report.az portalına istinadən məlumatı açıqlayır.
“Uzun illərdən sonra Şuşaya qayıtdığım üçün sevincimin həddi-hüdudu yoxdur. Böyük qürurla evimizə qayıdırıq”.
“Report” xəbər verir ki, bu sözləri bu gün Şuşa şəhərinə köçən sakin Hümbətova Nuri bildirib.
“Biz doğma torpağımızda həyatımızı yenidən quracağıq. Allaha şükürlər olsun ki, bu arzumuz, istəyimiz yerinə yetdi. İndi doğma torpaqlara qayıdıram. Allah Prezidentimizi, Ordumuzu qorusun. Allah şəhidlərimizə rəhmət eləsin”, - deyə o əlavə edib.
Xatırladaq ki, bu gün Şuşa şəhərinə növbəti köç karvanı yola salınıb. Bu mərhələdə 49 ailə - 191 nəfər doğma yurduna köçürülüb.

Şuşa sakini: Qürurla, alnıaçıq qayıdırıq AZƏRTAC
23 Dekabr 2024 07:52
Cəbrayıl sakini: Böyük sevinclə evimizə qayıdırıq AZƏRTAC
16 Yanvar 2025 06:53
Şuşa sakini: Cənab Prezidentin sayəsində doğma Şuşamıza qayıdırıq
21 Dekabr 2024 06:59
Böyük Qayıdış: Qarabağa belə qayıdırıq
27 Dekabr 2024 11:13
Xocalı sakini: Kədər və ümidsizliklə çıxdığımız doğma yurda indi sevinc və qürurla qayıdırıq
31 Yanvar 2025 12:19

