Icma.az
close
up
RU
Şuşa Xankəndi yolunda körpünün partladılması əmrini o veribmiş

Şuşa Xankəndi yolunda körpünün partladılması əmrini o veribmiş

Unikal.az portalından verilən məlumata əsasən, Icma.az bildirir.

Ermənistanın Azərbaycana qarşı hərbi təcavüzü nəticəsində sülh və insanlıq əleyhinə cinayətlər, müharibə cinayətləri, o cümlədən təcavüzkar müharibənin hazırlanması və aparılması, soyqırımı, müharibə qanunlarını və qaydalarını pozma, habelə terrorçuluq, terrorçuluğu maliyyələşdirmə, hakimiyyəti zorla ələ keçirmə, onu zorla saxlama və digər çoxsaylı cinayətlər törətməkdə təqsirləndirilən Ermənistan Respublikasının vətəndaşları Arayik Harutyunyan, Arkadi Qukasyan, Bako Sahakyan, David İşxanyan, David Babayan, Levon Mnatsakanyan və digərlərinin barəsində olan cinayət işləri üzrə açıq məhkəmə prosesinin baxış iclası aprelin 14-də davam etdirilib.

"Unikal" xəbər verir ki, SSRİ Baş Prokurorluğunda başlanmış cinayət işində vaxtilə şahid qismində dindirilmiş Artur Abramyanın elan olunmuş ifadəsinə əsasən, Qarabağdakı mitinqə Arkadi Manuçarov, Zoriy Balayan, Henrik Poqosyan, Maksim Babayan, tikinti idarəsinin rəisi Roles Aqacanyan, Vladik Sarkisyan və tanımadığı digər şəxslər rəhbərlik ediblər. Murad Petrosyan və Serj Sarkisyan aralarındakı razılaşmaya əsasən Qarabağdakı qanunsuz erməni silahlı birləşmələrinin silahlandırılmasını həyata keçiriblər.

Bundan başqa, Azərbaycan ərazilərində olan qanunsuz erməni silahlı birləşmələrinə maddi yardım Yerevan şəhərindən edilib, pul vəsaitlərini Ermənistan Ali Sovetinin sədri Ter-Petrosyanın müavini Vazgen Manukyan öz adamları vasitəsilə Azərbaycan ərazilərinə göndərib. Həmin pulları Azərbaycan ərazilərində Robert Köçəryan qəbul edərək qanunsuz erməni silahlı birləşmələrinə paylayıb. Eləcə də Şuşa-Xankəndi avtomobil yolunun 14-cü kilometrliyində - Xəlfəliçay çayının üzərindən keçən körpünün partladılması barədə göstərişi Murad Petrosyan verib.

Həmin cinayət işi üzrə Azərbaycanın vaxtilə Ermənistan tərəfindən işğal edilmiş suveren ərazilərində mövcud olmuş qondarma rejimin “müdafiə naziri”, “Təhlükəsizlik Şurasının katibi” olmuş Samvel Babayan ibtidai istintaq zamanı şübhəli və təqsirləndirilən şəxs qismində 1990-1991-ci illərdə verdiyi ifadələrində bildirib ki, 1991-ci ilin aprelində Yevlax-Laçın avtomobil yolunda mülki sərnişin avtobusunu partladan Samvel Baqmanyan Murad Petrosyanın ümumi rəhbərlik etdiyi qanunsuz erməni silahlı birləşmələrinin üzvü olub. M.Petrosyan isə Robert Köçəryanın komandasına xidmət edib.


Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:134
embedMənbə:https://unikal.az
archiveBu xəbər 14 Aprel 2025 23:33 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Yolumuzu çiyin çiyinə davam etdiririk

14 Noyabr 2026 01:31see280

Sumqayıtda zavodda qanlı hadisə

13 Noyabr 2026 22:04see272

Yuxuda tənəffüsün dayandırılması aritmiya və vuruşa gətirib çıxarır...

13 Noyabr 2026 21:08see266

Hər dərdə dəva! Ozonoterapiyanın tətbiqi sahələri

13 Noyabr 2026 21:49see255

NDU da “Əcəmi 900: İpək yolu üzərində şəhərsalma mədəniyyəti və memarlıq” mövzusunda beynəlxalq elmi konfrans başlayıb

13 Noyabr 2026 21:09see253

Azərbaycanda 55 yeni peşə standartı hazırlanır

14 Noyabr 2026 11:57see244

UEFA Millətlər Liqasında gecənin nəticələri

14 Noyabr 2026 02:09see230

“Ağzımızdakı dişlərin sayını da uçota alsalar yaxşı olar...” TƏKLİF

14 Noyabr 2026 12:26see229

Paxıllığın müsbət faydaları

13 Noyabr 2026 20:45see220

Bakı avtobuslarında sərnişin bumu

14 Noyabr 2026 17:02see216

Gələn il qeyri dövlət müəssisələri büdcədən 130 mln. manata yaxın subsidiya alacaq

14 Noyabr 2026 18:04see216

Balıq bazarında bahalaşma var (Video)

14 Noyabr 2026 21:02see210

STAR neft emalı zavodu dizel yanacağı istehsalını 4 % ə yaxın artırıb

14 Noyabr 2026 17:02see205

Avropa siyasi məkanında aparılan müzakirələrdə Azərbaycan fəal iştirak edir

14 Noyabr 2026 19:16see201

Yuğ Teatrında Ana tamaşasının premyerası keçirilib FOTOLAR

14 Noyabr 2026 20:23see201

Ədalət Partiyasında şairlə səmimi görüş

14 Noyabr 2026 17:43see199

Kanadada minlərlə tələbə etiraz aksiyası keçirdi

15 Noyabr 2026 00:51see186

Azərbaycandan Suriyaya nəql edilən qazın həcmi 56% artdı

14 Noyabr 2026 14:44see186

İrina Şeykin məşhur sevgililəri: Ronaldodan Bredli Kuperə, Kanye Uestdən...

15 Noyabr 2026 04:05see184

Ermənistanı Avropa İttifaqının tərkibində görürəm Paşinyan

14 Noyabr 2026 19:50see182
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri