Icma.az
close
up
RU
Şuşa Zəfəri: tarixi, siyasi və mədəni aspektlər

Şuşa Zəfəri: tarixi, siyasi və mədəni aspektlər

Modern.az saytından verilən məlumata görə, Icma.az xəbər verir.

Azərbaycan xalqının müasir tarixində 8 Noyabr – Zəfər Günü və eyni zamanda Şuşa şəhəri günü xüsusi simvolik və strateji əhəmiyyət daşıyır. Bu tarix yalnız 44 günlük Vətən müharibəsinin qələbəsini deyil, həm də Azərbaycanın milli ruhunun, dövlətçilik iradəsinin və mədəni kimliyinin təntənəsini təcəssüm etdirir. Şuşanın azad olunması, Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə əldə olunan bu tarixi uğur, Cənubi Qafqazın siyasi mənzərəsini dəyişdirdi, regionda yeni reallıqların əsasını qoydu.

Şuşa şəhəri əsrlər boyu Azərbaycanın mədəni, siyasi və strateji mərkəzlərindən biri olmuşdur. Qarabağın incisi sayılan bu şəhər XVIII əsrdə Pənahəli xan tərəfindən salınmış, Qafqazın memarlıq və incəsənət beşiyinə çevrilmişdir. XX əsrin sonlarında – 1992-ci ilin mayında Ermənistan silahlı qüvvələrinin Şuşanı işğal etməsi təkcə hərbi məğlubiyyət deyil, həm də Azərbaycan xalqının mənəvi simvoluna zərbə idi.
Bu hadisə ilə Qarabağın ürəyi susdurulmuş, xalqın yaddaşında dərin iz buraxmışdı. Lakin 2020-ci ilin 8 noyabrında – 28 il sonra, Azərbaycan Ordusu qəhrəmanlıq salnaməsi yazaraq Şuşanı işğaldan azad etdi. Bu qələbə hərbi taktika, sərkərdəlik bacarığı və yüksək mənəvi ruhun vəhdəti kimi tarixə düşdü. Prezident İlham Əliyevin rəhbərliyi ilə aparılan dəqiq planlaşdırılmış əməliyyat – “Şuşa fatehləri”nin qəhrəmanlığı, Azərbaycan hərb tarixinin qızıl səhifəsinə çevrildi. Şuşa Zəfəri Azərbaycanın dövlətçilik modelini və milli iradəsini nümayiş etdirdi. 44 günlük müharibə nəticəsində əldə olunan uğur, Azərbaycanın öz torpaqlarını BMT-nin qətnamələrinə əsasən azad etməsi ilə beynəlxalq hüquqa söykənən legitim qələbə oldu.

Bu qələbə ilə: Ermənistanın işğal siyasəti iflasa uğradı; Cənubi Qafqazda yeni güc balansı formalaşdı; Azərbaycan regional lider kimi mövqeyini daha da möhkəmləndirdi; “Zəfər diplomatiyası” adlanan yeni mərhələ başladı – sülh təşəbbüsləri, kommunikasiyaların açılması və postmünaqişə dövrünün hüquqi çərçivəsinin formalaşması. Prezident İlham Əliyevin ifadəsi ilə, “Şuşasız Qarabağ yarımçıqdır”, – bu fikir həm strateji, həm də mənəvi-siyasi baxımdan Azərbaycanın Zəfərinin mahiyyətini açır. Şuşa yalnız hərbi-strateji deyil, həm də mədəniyyət paytaxtı kimi Azərbaycan kimliyinin mərkəzidir.

Burada Xurşidbanu Natəvan, Üzeyir Hacıbəyli, Bülbül, Səid Rüstəmov kimi nəhəng sənətkarlar yetişib. İşğal dövründə bu dəyərlərin təhqir olunması xalqın yaddaşında böyük ağrı doğurmuşdu. Şuşanın azadlığı ilə: Azərbaycanın mədəni irsi bərpa olundu, şəhər 2022-ci ildə “Türk Dünyasının Mədəniyyət Paytaxtı” elan edildi, “Xarıbülbül Festivalı” kimi simvolik tədbirlər yenidən dirçəldi. Şuşa artıq təkcə Azərbaycanın deyil, bütün türk dünyasının mədəni və mənəvi mərkəzinə çevrilib.

Şuşada həyata keçirilən bərpa və quruculuq işləri dövlətin “Böyük Qayıdış” siyasətinin real təzahürüdür. “Ağıllı şəhər”, “yaşıl enerji”, “ekoturizm”, “Şuşa Bəyannaməsi” kimi təşəbbüslər Şuşanın gələcəyini modern dövlətçilik və milli dəyərlərin sintezində formalaşdırır. Bu gün Şuşa, həm azadlığın, həm yenidənqurmanın, həm də dayanıqlı gələcəyin rəmzidir. Şuşa Zəfəri Azərbaycan tarixinin dönüş nöqtəsidir. Bu Zəfər göstərdi ki, milli birliyin, liderin qətiyyətinin və ordunun gücünün birləşdiyi yerdə heç bir işğal, təzyiq və yad ideologiya qalib gələ bilməz.
Prezident İlham Əliyevin ifadə etdiyi kimi: “Biz Şuşanı döyüş meydanında azad etdik, onu əbədi olaraq Azərbaycan ruhuna qaytardıq”.


Bu gün Şuşa – Zəfərin, azadlığın və milli qürurun simvoludur. Azərbaycanın gələcək nəsilləri üçün bu şəhər həm qəhrəmanlıq dərsi, həm də milli özünüdərkin parlaq nümunəsidir.

Mehriban Vəliyeva
Milli Məclisin deputatı

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:104
embedMənbə:https://modern.az
archiveBu xəbər 08 Noyabr 2025 10:24 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Əfsanəvi əqrəb qurtarışı təkrarlandı VİDEO

21 Dekabr 2025 23:53see164

Hər kəs Makronun xəyanətindən danışır...

21 Dekabr 2025 23:03see164

Çin Monqolustanla sərhəddə 100 dən çox nüvə raketi yerləşdirib

22 Dekabr 2025 20:02see162

Gənclərimiz bundan sonra daha ayıq sayıq olmalıdırlar

23 Dekabr 2025 10:26see161

“Ət bazarında qiymət təzyiqləri davam edəcək”

22 Dekabr 2025 09:53see153

Dünyada yalnız bir ölkə özünü ərzaqla tam təmin edir

22 Dekabr 2025 07:19see151

Elektron siqaretlər qadağan olunur Sahibkarlar xəbərdarlıq edir: Bizneslər bağlanacaq, insanlar işsiz qalacaq

23 Dekabr 2025 09:14see148

200 manatlıq yardım nə qədər ailəyə şamil olunacaq?

22 Dekabr 2025 14:02see141

Xarici İşlər Naziri Hakan Fidan Dəməşqdə...

22 Dekabr 2025 18:05see140

60 yaşdan sonra hansı analizlər vacibdir? Geniş siyahı

22 Dekabr 2025 18:27see138

Oxumağa gəlmişdilər, Donbasda həyatlarına son qoydular...

22 Dekabr 2025 01:19see134

iPhone 18 in təqdimat tarixi açıqlanıb

22 Dekabr 2025 22:29see133

Cəlilabadda sakinləri təngə gətirən PROBLEM

23 Dekabr 2025 08:38see132

Mövsümi qripdən qorunmağın 5 yolu Mütəxəssisdən tövsiyə

23 Dekabr 2025 06:07see131

Azərbaycan konsulluqları nə üçün vətəndaşların hərbi qeydiyyatını aparmır?

22 Dekabr 2025 11:59see130

İnsult riski olanlar bu şirəni içsin...

23 Dekabr 2025 02:11see129

Nüşabə Ələsgərli: Bizim dövrümüzdə qızın müğənni olmağına yaxşı baxmırdılar

23 Dekabr 2025 11:03see127

Rus general evinin qarşısında partlayışla öldürüldü

22 Dekabr 2025 12:58see127

Eşref Rüya ya vida edəcək FOTO

23 Dekabr 2025 00:04see126

Bu dünyaya Seyid kimi gəlib Seyid olaraq yaşamaq

22 Dekabr 2025 15:08see126
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri