Icma.az
close
up
RU
Şuşa zəfəri uzun bir yolun məntiqi nəticəsi idi Azər Allahverənov

Şuşa zəfəri uzun bir yolun məntiqi nəticəsi idi Azər Allahverənov

Icma.az, Redaktor.az saytına istinadən bildirir.

"Əslində, bu sual çox rahat dilə gətirilə biləcək bir sualdır: Şuşanın işğaldan azad olunduğu günü necə xatırlayırsınız? Amma bunu sözün əsl mənasında ifadə etmək olduqca çətindir. Çünki bu hadisə qürur hissinin aşıb-daşdığı, hədsiz sevincə səbəb olan bir an idi. Bütün Azərbaycan xalqı kimi, mən də bir vətəndaş olaraq çox böyük sevinc hissi ilə bu xəbəri qarşıladım. Bu  səbirsizliklə gözlədiyimiz bir xəbər idi. Çünki bir tərəfdən otuz ilə yaxın davam edən işğal tarixi var idi və demək olar ki, hər gün Azərbaycanda Şuşa və onun faciəsi barədə danışılır, Şuşa ilə bağlı xatirələr dilə gətirilirdi".

Bu fikirləri Redaktor.az-a açıqlamasında Milli Məclisin deputatı Azər Allahverənov Şuşa şəhərinin işğaldan azad oldunduğu gün keçirdiyi hislərdən danışarkən bildirdi.

O, qeyd etdi ki, Şuşa, bütövlükdə, Azərbaycanın tarixi, mədəni, ictimai və siyasi həyatının mühüm mərkəzlərindən biri olub:

"Tarixə nəzər salsaq, görərik ki, Şuşa Azərbaycanın döyünən ürəyi olub. 1977-ci ildə, xalqımızın ümummilli lideri Heydər Əliyevin təşəbbüsü ilə, Şuşa şəhərinin tarixi hissəsinin tarixi memarlıq qoruğu elan edilməsi, onun həm də tarixi və mədəni əhəmiyyətini bir daha sübut edirdi. Şuşa, Azərbaycan xalqı üçün müstəsna mənəvi dəyərə malik olan bir şəhərdir. Buna görə də, Prezident İlham Əliyevin 21 mart 2001-ci il tarixli sərəncamı, Şuşa şəhərinin Azərbaycanın mədəni paytaxtı elan edilməsi, bu şəhərin milli, mənəvi və mədəni əhəmiyyətini bir daha vurğuladı. Bu, Şuşanın nə qədər vacib və böyük çəkiyə malik bir şəhər olduğunu bir daha göstərdi. 44 günlük Vətən müharibəsi zamanı, Şuşa ilə bağlı xəbərləri səbirsizliklə gözləyirdik. Bilirdik ki, bu, çox ağır qazanılacaq bir zəfər olacaq. Çünki Şuşa həm strateji, həm də mənəvi baxımdan çox mühüm bir yer idi. Şuşa üzərində əməliyyatların aparılması olduqca çətin idi və bunu Azərbaycan xalqı yaxşı dərk edirdi. Amma biz öz əsgərimizə, Müzəffər Ali Baş Komandanımıza inanırdıq və bilirdik ki, Şuşa zəfəri, Qarabağ zəfərinə aparan yolun başlanğıcıdır. Buna görə də, Vətən müharibəsi gedişində aparılan əməliyyatların məntiqi kulminasiya nöqtəsi məhz Şuşa şəhərinin işğaldan azad olunması idi.

Burada bir haşiyə çıxmaq lazımdır ki, Qarabağ zəfərinə aparan yolun başlanğıcı Heydər Əliyevin qoyduğu möhkəm təməl üzərində qurulmuşdu. Sonrakı illərdə, Prezident İlham Əliyevin rəhbərliyi altında həyata keçirilən kompleks tədbirlər, əzmkarlıq və çoxşaxəli fəaliyyət bu qələbəni addım-addım yaxınlaşdırmışdı. Azərbaycan ordusu, ən müasir silahlarla və hərbi texnika ilə təmin edilmiş, şəxsi heyətin döyüş qabiliyyəti artırılmış, mənəvi-psixoloji ruhu yüksəldilmişdi. Bu güclü və qüdrətli ordu, eyni zamanda BMT Təhlükəsizlik Şurasının yerinə yetirilməmiş dörd qətnaməsini Azərbaycan öz gücü ilə icra etmişdi".

Deputat əlavə etdi ki, Şuşa zəfəri uzun bir yolun məntiqi nəticəsi idi.

"44 günlük müharibə ərzində prezidentin verdiyi məlumatlar, xüsusilə də Şuşa ilə bağlı olanlar, bütün Azərbaycan xalqı tərəfindən səbirsizliklə gözlənilirdi. Çünki hamımız başa düşürdük ki, Şuşa əməliyyatı, həm strateji, həm də mədəni və mənəvi baxımdan çox vacibdir. Şuşa, Qarabağ zəfərinin zirvəsi idi və bu zəfərin qazanılması, həm də düşmənin böyük bir psixoloji məğlubiyyətini yaşamasına səbəb olmuşdu".

Millət vəkili əlavə etdi ki, Şuşa azad edildikdə, ermənilərin üzərindəki məğlubiyyətin əlamətləri dərhal özünü göstərdi:

"Çünki Şuşa, ermənilər üçün də çox strateji və vacib bir şəhər idi. Amma Azərbaycan ordusu, Şuşa əməliyyatı ilə Qarabağ zəfərinin zirvəsini əldə etdi. 2020-ci ilin 8 noyabrında, Müzəffər Ali Baş Komandan İlham Əliyev, Şuşa şəhərinin işğaldan azad edildiyini deyərək şanlı bir tarix yazdı. Qəhrəman əsgər və zabitlərimiz, sıldırım qayalardan və dərin dərələrdən keçərək, düşməni Qarabağın döyünən qəlbi olan Şuşadan qovdular. Birmənalı şəkildə deyə bilərik ki, Qarabağ zəfərinin zirvəsi Şuşa əməliyyatı ilə təmin olununb. Bu möhtəşəm zəfərin memarı, Prezident İlham Əliyev, ulu öndər Heydər Əliyevin vəsiyyətini yerinə yetirdi və başlattığı işi məntiqi sonluğa çatdırdı. Nəticədə, Azərbaycan tarixində qüdrətli bir sərkərdə, Müzəffər Ali Baş Komandan kimi öz adını yazdırdı. Bu qələbə, həm də xalqımızın qüdrətinin və milli qürurunun təntənəsinə çevrildi. Şuşa şəhərinin işğaldan azad edilməsi, tarixi əhəmiyyətini nəzərə alaraq, noyabrın 8-i Zəfər Günü elan edildi. 2021-ci ilin 14 yanvarında isə, Müzəffər Ali Baş Komandan İlham Əliyev, Şuşa şəhərində üçrəngli bayrağımızı ucaltmış oldu. Beləliklə, biz də, hər bir Azərbaycan övladı kimi 44 günlük Vətən müharibəsi zamanı yaşadığımız bu böyük zəfəri, sevinc dolu anları yaşadıq. Beş il keçsə də, həmin anlar hələ də hər bir Azərbaycan vətəndaşının qəlbində yaşamağa davam edir. Şuşa zəfəri, Azərbaycan xalqı üçün əbədi olaraq yaddaşımıza həkk olunmuş bir qələbədir", - deyə Azər Allahverənov yekunlaşdırdı.

Xədicə BAXIŞLI

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:105
embedMənbə:https://redaktor.az
archiveBu xəbər 07 Noyabr 2025 19:35 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Qəbələ bu gün Qarabağ ı sınağa çəkəcək

21 Dekabr 2025 08:54see249

Bundesliqa futbolçusu İngiltərə klublarının HƏDƏFİNDƏ

21 Dekabr 2025 03:47see227

Ermənistan, Serbiya və Mərkəzi Asiya bankaları Rusiyaya dair nəzarəti sərtləşdirir

21 Dekabr 2025 11:08see190

Natavan istəmir övladı onun çəkdiyini çəksin

21 Dekabr 2025 07:17see159

Hökumətlərarası Komissiyası Bakıda toplanacaq KONKRET

21 Dekabr 2025 14:11see157

Azərbaycanda qeyri adi toy FOTO

21 Dekabr 2025 03:49see154

“Express Bank”dan tələ: “kredit xətti müqaviləsi” nə deməkdir?

21 Dekabr 2025 12:35see152

Voltemade ilk 20 dəqiqədə “Çelsi”nin qapısına iki qol vuran dördüncü oyunçu olub

21 Dekabr 2025 02:45see150

Çin Monqolustanla sərhəddə 100 dən çox nüvə raketi yerləşdirib

22 Dekabr 2025 20:02see143

Köhnə ilin son 10 günü: Bizi nə gözləyir? PROQNOZ

21 Dekabr 2025 13:16see143

Hər kəs Makronun xəyanətindən danışır...

21 Dekabr 2025 23:03see139

İlon Mask buna görə dünyada birinci oldu rekordu yenilədi

21 Dekabr 2025 02:44see135

Banklarda zaminlərə TƏLƏ

21 Dekabr 2025 12:06see132

ABŞ Venesuela yaxınlığında üçüncü tankeri ələ keçirdi

21 Dekabr 2025 19:59see132

Türkiyədə daha üç məşhur barədə həbs qərarı çıxarıldı

21 Dekabr 2025 02:44see129

Dünyada yalnız bir ölkə özünü ərzaqla tam təmin edir

22 Dekabr 2025 07:19see128

60 yaşdan sonra hansı analizlər vacibdir? Geniş siyahı

22 Dekabr 2025 18:27see128

Xarici İşlər Naziri Hakan Fidan Dəməşqdə...

22 Dekabr 2025 18:05see128

“Ət bazarında qiymət təzyiqləri davam edəcək”

22 Dekabr 2025 09:53see125

“Kəpəz” klubundan qəfil qərar

21 Dekabr 2025 15:29see125
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri