Icma.az
close
up
RU
Şuşada “ağıllı su” sistemi qurulur Fotolar

Şuşada “ağıllı su” sistemi qurulur Fotolar

Qafqazinfo portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.

Şuşa şəhəri işğaldan azad edildikdən qısa müddət sonra şəhərin içməli su təminatının bərpasına başlanılıb. Prezidentin tapşırığı ilə ADSEA mütəxəssislərindən ibarət qrup əraziyə ezam olunub, su mənbələri, magistral xətlər, anbarlar və paylayıcı şəbəkələrin mövcud vəziyyəti araşdırılıb. Məlum olub ki, düşmən tərəf şəhəri tərk edərkən Şuşanı içməli su ilə təmin edən magistral su kəmərlərini də bərbad hala salıb. 

“Qafqazinfo” Dövlət Su Ehtiyatları Agentliyinə istinadən xəbər verir ki, təxirəsalınmaz tədbirlər proqramına uyğun olaraq Kiçik Kirs mənbəyi və Kiçik Kirs-Şuşa magistral su kəmərinin qəzalı hissələri qısa müddətdə təmir olunub və 25 noyabr 2020-ci ildə Şuşa şəhərinə suyun verilməsi bərpa edilib. Eyni zamanda Şuşa şəhərinin digər mənbəyi, Zarıslı sugötürücü qurğusu, uzunluğu 14,3 km olan Zarıslı-Şuşa magistral su kəmərinin qəzalı hissələrinin bərpasına başlanılıb və 2020-ci il dekabrın 20-də bu mənbədən şəhərə suyun verilişi təmin edilib.

Şəhərin perspektiv inkişafı, həmçinin ilin müəyyən dövrlərində Kiçik Kirs və Zarıslı mənbələrində məhsuldarlığın kəskin azalması səbəbindən alternativ su mənbəyinin yaradılması layihəsinin icrasına başlanılıb. Bu məqsədlə Daşaltı kəndinin yaxınlığında, Zarıslı çayının məcrasında tutumu 25 min kubmetr olan sutoplayıcı anbar, nasos stansiyası və diametri 159 mm, uzunluğu 2,9 km olan yeni təzyiqli kəmər inşa edilib, eyni zamanda diametri 325 mm, uzunluğu 9,3 km olan Kiçik Kirs-Şuşa magistral su kəmərinin istismara yararsız 5,2 km-lik hissəsi diametri 530-426 mm olan borularla dəyişdirilib.

Görülmüş işlərin nəticəsi olaraq yeni mənbədən şəhərə suyun verilməsi ilə yaşayış məntəqələri, dövlət qurumlarının inzibati binaları, hotellər, ictimai-iaşə müəssisələri və digər obyektlər fasiləsiz içməli su ilə təmin edilib.

Şuşa Sukanal Sahəsinin baş mühəndisi Pərviz Məhərrəmov qeyd edib ki, Şuşa şəhərinə iki - Zarıslıçay və Kiçik Kirs su mənbəyindən su daxil olur: “Bu mənbələrdə aparılan yenidənqurma işləri nəticəsində Zarıslıçay mənbəyinin hövzəsində tikilmiş bənddə nasos stansiyası qurulub”.

O həmçinin diqqətə çatdırıb ki, Şuşa şəhərinin daimi su ilə təminatında nəzərdə tutulan sutəmizləyici qurğunun qısa müddətdə istifadəyə verilməsi məqsdilə lazım olan tədbirlər görülüb: “Buradan təmizlənmiş su 2000 kubmetrlik anbara ötürülür. Bütün emal proseslərindən keçdikdən sonra sakinlərə çatdırılır”.

Mövcud sutəmizləyici qurğuda 12 ədəd qum süzgəci, daxili kommunikasiya xətləri və digər hidrotexniki avadanlıqlar, reagent təsərrüfatı və zərərsizləşdirici qurğu, istehsalat laboratoriyası tam bərpa olunaraq istismara hazır vəziyyətə gətirilib. Görülmüş işlər nəticəsində qurğunun məhsuldarlığı sutkada 2 min kubmetrdən 5 min kubmetrə çatdırılıb. Ümumi həcmi 6000 kubmetr olan 3 ədəd su anbarı layihələndirilib və anbarlardan birinin tikintisi başa çatdırılıb. Şəhərdə yenidənqurma işləri çərçivəsində salınan yeni yaşayış kompleksinin sakinləri də 24 saat dayanıqlı, keyfiyyətli su ilə təmin edilib.

Düşmən işğal müddətində Qarabağın bütün gözəlliklərini soldurub. “Xan qızı” bulağını da qurudub. 44 gün davam edən Vətən müharibəsindən sonra “Xan qızı” bulağı bərpa olunaraq yenidən Şuşa sakinlərinin, qonaqların istifadəsinə verilib.

2040-cı il perspektiv inkişaf nəzərə alınmaqla hazırlanan Şuşa şəhərinin su təchizatı, kanalizasiya və yağış suları sisteminin yenidən qurulması layihəsinə əsasən şəhərin orta günlük su tələbatı 105 l/san təşkil edir. Şəhərə içməli su mövcud Kiçik Kirs, Zarıslı mənbələrindən, həmçinin Zarıslıçay su anbarından veriləcək. Şəhərin Baş Planına uyğun hazırlanmış layihəyə əsasən Şuşa şəhərində 24 km magistral su kəməri, 44 km içməli, 42 km tullantı və 41 km yağış su şəbəkələri inşa olunacaq. Şəhərdə formalaşan tullantı suların tam təmizlənib zərərsizləşdirilməsi məqsədilə məhsuldarlığı sutkada 8000 kubmetr olan tullantı sutəmizləyici qurğu inşa ediləcək. Qurğuda emal edilərək təmizlənən su ekoloji duruma zərər vurmadan Qarqar çayına axıdılacaq.

Şuşa şəhərində yaradılan yeni infrastruktur “ağıllı su” sistemi əsasında idarə olunacaq. Suyun mənbədən götürülməsi, nəqli, anbarların səviyyəsi, hidravlik rejimlər və digər proseslər SCADA sistemləri vasitəsilə onlayn rejimdə tənzimlənəcək.




Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:252
embedMənbə:https://qafqazinfo.az
archiveBu xəbər 24 Dekabr 2024 12:30 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Antiinhisar “Aztelekom”un qiymət artımı müraciətini rədd edib

22 Oktyabr 2026 17:21see286

Dəbdəbəli həyat tərzi nümayişi qadağası So­sial şə­bə­kə­də ya­zı­lan­lar

23 Oktyabr 2026 07:03see271

“Radio milli və informasiya təhlükəsizliyimiz üçün mühüm vasitədir” Hikmət Babaoğlu

23 Oktyabr 2026 12:18see237

İran rəsmisi: Uzunmüddətli müharibə ABŞ nin ziyanına olacaq

23 Oktyabr 2026 04:23see216

Növbəti köç karvanları Xocavənd və Ağdərəyə çatıb (Yenilənib)

23 Oktyabr 2026 12:58see214

Vüqar Oruc: “İnternet tarifləri artırılmamalı, xidmətin keyfiyyəti yüksəldilməlidir”

23 Oktyabr 2026 13:49see211

Tramp Vensin namizədliyini dəstəkləmək barədə hələ qərar qəbul etməyib

23 Oktyabr 2026 04:52see206

İrem Dericidən Hadisəyə sevgi dolu təbrik: “Səni bütün qəlbimlə sevirəm”

22 Oktyabr 2026 19:46see203

Zelenski: bu tarixdə ruslarla döyüşsəydik, bu gün müharibə olmazdı

23 Oktyabr 2026 04:19see203

Hamısı məhv edildi Kadırov

23 Oktyabr 2026 01:48see193

Gəncədə keçmiş məhkumlardan biri digərini bıçaqlayıb

23 Oktyabr 2026 04:15see186

Araz çayında balıqların sayı artıb

23 Oktyabr 2026 01:21see185

Avropa Liqası: Beşiktaş və Yuventus dan heç heçə GÜNÜN NƏTİCƏLƏRİ

23 Oktyabr 2026 00:58see184

7 ölkə bir araya gəldi İstanbulda mühüm görüş

23 Oktyabr 2026 03:22see179

Kuba XİN i Ukrayna münaqişəsində iştirakla bağlı ittihamları rədd edib

23 Oktyabr 2026 02:21see179

ABŞ Venesuelaya qarşı bir sıra sanksiyaları ləğv etməyə hazırlaşır

23 Oktyabr 2026 05:50see178

Əlilliyə görə əmək pensiyası dayandırılıbsa, necə bərpa etmək olar?

22 Oktyabr 2026 20:27see178

Tovuzda kişinin güllələnmiş meyiti TAPILDI

23 Oktyabr 2026 04:53see176

“Evdə üç günlük ərzaq ehtiyatı toplayın, nağd pul saxlayın”

23 Oktyabr 2026 03:48see176

UEFA Avropa Liqası: “Beşiktaş” öz meydanında heç heçə edib

23 Oktyabr 2026 02:49see176
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri