Şuşada baş verən yanğının səbəbi müəyyən olunub FOTO
Milli.az portalından verilən məlumata əsasən, Icma.az bildirir.
İyulun 25-də Şuşa rayonunun Böyük Qaladərəsi kəndi ərazisində baş verən yanğının səbəbi məlum olub.
Milli.Az xəbər verir ki, bu barədə Daxili İşlər və Fövqəladə Hallar nazirliklərinin mətbuat xidmətləri birgə məlumat yayıb.
Araşdırmalar zamanı müəyyən edilib ki, yanğın ərazidəki elektrik dirəyində baş verən qısaqapanma nəticəsində yaranıb.
Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğından Mühafizə Xidmətinin əməkdaşları tərəfindən 4 hektarlıq otlaq sahəsində baş vermiş yanğın qısa müddətdə söndürülüb, alovun meşə ərazisinə keçməsinin qarşısı alınıb.
Milli.Az
Baxış sayı:32
Bu xəbər 26 İyul 2025 19:02 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
Əlaqə
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















