Icma.az
close
up
RU
Şuşada ilk açıq hava kitabxanası

Şuşada ilk açıq hava kitabxanası

Xalq qazeti saytından verilən məlumata görə, Icma.az xəbər verir.

Bizi Telegram-da da izləyə bilərsiniz:@xqazeti

“Azercell Telekom” MMC Şuşanın tarixi və ədəbi mühitinin təbliği, eləcə də şəhər sakinləri və qonaqları üçün mütaliə imkanlarının genişləndirilməsi məqsədilə Şuşanın mərkəzində “Kitab dayanacağı”nı istifadəyə verib.

Açıq hava kitabxanası konsepsiyasında yaradılan layihə Azərbaycan Respublikasının Mədəniyyət Nazirliyi, Şuşa Şəhəri Dövlət Qoruğu İdarəsi və "Aztelekom" MMC ilə tərəfdaşlıq çərçivəsində ərsəyə gəlib. Təşəbbüs “Azercell”in ESG strategiyasına uyğun olaraq Günəş enerjisi ilə işləyir və ekoloji cəhətdən dayanıqlı həll kimi layihələndirilib.

"Kitab dayanacağı" günün 24 saatı fəaliyyət göstərəcək. Şuşa sakinləri və şəhərin qonaqları burada təqdim olunan kitablardan sərbəst şəkildə istifadə edə biləcəklər. Rəqəmsal əlçatanlığın təmin edilməsi məqsədilə köşk ödənişsiz Wi-Fi xidməti ilə də təchiz olunub. Bununla yanaşı, ziyarətçilər xüsusi enerji doldurma məntəqələrində rahatlıqla mobil cihazlarının enerji ehtiyatını bərpa edə biləcəklər.

Vaqif Poeziya Günləri çərçivəsində baş tutan açılış mərasimində Azərbaycan Respublikası mədəniyyət nazirinin müşaviri Orxan Fikrətoğlu, Şuşa Şəhəri Dövlət Qoruğu İdarəsinin icraçı direktoru Tural Novruzov, “Azercell Telekom” MMC-nin Korporativ Ünsiyyət departamentinin direktoru Sona Abbasova iştirak ediblər. "Kitab dayanacağı"nın ilk qonağı xalq şairi Vahid Əziz olub.

Tədbirdə çıxış edən Sona Abbasova bildirib: "Azərbaycanın mədəniyyət paytaxtı olan Şuşa əsrlər boyu ölkəmizdə ədəbi-bədii fikrin və mütaliə ənənələrinin formalaşmasında xüsusi rol oynayıb. İnanırıq ki, “Kitab dayanacağı” hər kəs üçün açıq və müasir bir ictimai məkan kimi Şuşanın zəngin mütaliə mədəniyyətinin yaşadılmasına, milli-mədəni irsin qorunaraq gələcək nəsillərə ötürülməsinə öz töhfəsini verəcək. Günəş enerjisi ilə işləyən bu layihə, eyni zamanda, ətraf mühitə məsuliyyətli yanaşmanı təşviq edərək şəhərin dayanıqlı inkişafına xidmət edəcək”.

Qeyd edək ki, "Kitab dayanacağı" Qarabağ küçəsində fəaliyyət göstərir.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:450
embedMənbə:https://xalqqazeti.az
archiveBu xəbər 20 İyul 2026 14:57 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Avropanın turizm üçün ən yaxşı şəhəri elan olundu

19 Oktyabr 2026 08:33see380

Zəngilanın yenidən qurulması sistemli şəkildə davam edir

19 Oktyabr 2026 08:38see323

Rusiya Ermənistandan Naxçıvana uzanan dəmir yoluna nəzarəti saxlamaq istəyir

19 Oktyabr 2026 08:39see304

Valdas Dambrauskas: “Komandama inanıram”

19 Oktyabr 2026 20:32see279

“Bir millət, iki dövlət” şüarından polis kordonuna AKP nin siyasətinin acı nəticəsi

20 Oktyabr 2026 18:28see273

Heç vaxt bu yerdə sızanaqları sıxmayın! Ölümlə nəticələnə bilər

20 Oktyabr 2026 02:07see264

Mağazaların “qaytarılmır” bəhanəsi arxasında nə dayanır?

19 Oktyabr 2026 20:17see251

Zəngilan: Tarixi qayıdışdan strateji inkişaf mərhələsinə MƏQALƏ

19 Oktyabr 2026 15:42see245

Gənc İlham Əliyev hərbi təlimdə Heydər Əliyev andiçmə mərasiminə necə gəlib?

20 Oktyabr 2026 12:50see239

Azərbaycana gətirilən avtomobillərin sayı açıqlandı Hibridlər diqqət çəkir

19 Oktyabr 2026 18:17see228

Ruslar üçün inflyasiya qumbarası...

20 Oktyabr 2026 18:29see215

Azərbaycan Gürcüstandan qoyun və keçi idxalını təqribən 40 % azaldıb

19 Oktyabr 2026 21:01see202

Ədəbiyyatşünas Dmitro Drozdovski: Səlim Babullaoğlu mədəniyyət diplomatıdır

19 Oktyabr 2026 20:05see201

Bəzi rayonlarda işıq olmayacaq

20 Oktyabr 2026 00:21see197

“Faiz haramdır“dan 50% lik faizə...

19 Oktyabr 2026 20:26see196

“Qlobal iqtisadiyyatda qiymət artımları daxili bazarda da bahalaşmaya səbəb olur” EKSPERT DANIŞDI

19 Oktyabr 2026 17:09see194

Azərbaycanda baş həkim vəfat edib

19 Oktyabr 2026 23:27see190

MTK nın fəaliyyəti nə vaxt başa çatmalıdır? EKSPERT AÇIQLADI

19 Oktyabr 2026 17:48see182

Yaşayış binasına daha iki mərtəbə əlavə olunur Sakinlər narahatdırlar (Video)

20 Oktyabr 2026 00:31see180

Rusiya və İran Rəşt Astara dəmir yolu layihəsini müzakirə ediblər

19 Oktyabr 2026 19:01see173
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri