Şuşada İslam dünyasının Gənclər Paytaxtının bağlanış mərasimi keçirilir
Apa.az portalından verilən məlumata görə, Icma.az xəbər yayır.
Dekabr 2-də Şuşa şəhərində İslam dünyasının "Gənclər Paytaxtı"nın bağlanış mərasiminin salamlama tədbiri keçirilib.
APA xəbər verir ki, gənclər və idman nazirinin müşaviri Ramil Cabbarov qonaqları salamlayıb.
Mədəniyyət Nazirliyinin rəsmisi Ülviyyə Zeynalova çıxışında "Gənclər Paytaxtı" bağlanış mərasimi çərçivəsində keçiriləcək tədbirlər haqqında məlumat verib.
Qeyd edək ki, İslam ölkələrinin gənclərinin Azərbaycana səfəri 1-6 dekabr tarixlərini əhatə edəcək. Tədbirlərdə İƏT-ə üzv və müşahidəçi ölkələrin 300-ə yaxın rəsmi nümayəndələri, gənclər və könüllülər iştirak edir. Həmçinin, tədbir çərçivəsində Şuşa şəhərində "Şuşa Beynəlxalq Gənclər Festivalı", "Şuşa yaradıcılıq emalatxanası", "İslam dünyası gənc klassik musiqi ifaçılarının Beynəlxalq Festival- Müsabiqəsi", "Yaradıcılıq marafonu", "Oyun texnologiyaları mövzusunda sammit-G-Hub", "SİNA - İslam ölkələrinin gənc alimlərinin forumu", "İƏT ölkələrinin Gənclər Təşkilatlarının Forumu" təşkil olunacaq.
Xatırladaq ki, Prezident İlham Əliyev 17 aprel 2024-cü il tarixində "Şuşa şəhərinin 2024-cü il üçün "İslam Əməkdaşlıq Təşkilatının gənclər paytaxtı" seçilməsi ilə bağlı tədbirlər haqqında" Sərəncam imzalayıb.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:93
Bu xəbər 02 Dekabr 2024 19:43 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















