Icma.az
close
up
RU
Menu

Məktəblərdə geyimlə bağlı qərar buna görə verilib deputat açıqladı

Təhsil mühitində vahid qaydalar: “Hər kəs geyim normalarına əməl etməlidir”

Yuxuya getməyi asanlaşdıran 7 qida

Səhiyyə Nazirliyinin rəsmisi: Qlobal olaraq orta ömür dünyada 73 ili, Azərbaycanda 77 ili ötüb

Liqa 1: “Monako” evdə “sülh”ə razılaşdı

Karrik azarkeşlərin etirazına münasibət bildirdi

Azərbaycanlıların orta ömür uzunluğu 77 il olub Səhiyyə Nazirliyi

Azərbaycanın aparıcı pambıq və iplik istehsalçısı yeni şirkət yaradıb

Qəhvəyi mərmər bağacığının Quba Xaçmaz bölgəsində artımının səbəbləri açıqlanıb

Avrasiyanın yeni iqtisadi güc mərkəzi fəaliyyətini genişləndirir

Səhiyyə Nazirliyi: Azərbaycanda qeyri infeksion xəstəliklərin göstəricisi və ümumi xəstəlik yükü artmaqdadır

AIIB ölkəmizdə “yaşıl” enerji layihələrinə qrant ayıracaq

Xalq artistindən qızı ilə İspaniyada CANLI İFA

Kamil Şahverdiyev: Rəşid Behbudovun müəllif hüquqları Azərbaycana məxsus deyil

Əməkdar artist oğlu ilə rəqs etdiyi görüntüləri paylaşdı

Özəl Məhkəmə Ekspertlərinin Palatası yaradılacaq Tarix AÇIQLANDI

Məktəblərdə vahid geyim niyə vacibdir? Aygün Bağırlı

Məşhur müğənni Ledi Qaqa makiyajsız görünüşü ilə izləyicilərini təəccübləndirdi Video

Azərbaycanın tanınmış şairi VƏFAT ETDİ

Xarici turizmə maraq azalır: Ekspertlər üç əsas səbəbi açıqladılar

Şuşada Sağlamlıq Turizmi konfransı baş tutdu

Şuşada Sağlamlıq Turizmi konfransı baş tutdu

Icma.az, Medicina portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

“ Azərbaycan sağlamlıq turizmi konfransı; inkişaf imkanları” mövzusunda keçirilən beynəlxalq konfrans Oktyabrın 28-29-da mədəniyyət paytaxtı Şuşada baş tutub.200-ə qədər mütəxəssisin iştirak etdiyi tədbirin təşkilatçısı Dövlət Turizm Agentliyi idi.

"Medicina" xəbər verir ki, dəvətlilər arasında təşkilatçı şirkətdən əlavə Prezidentin Kəlbəcər rayonu üzrə xüsusi nümayəndəliklərinin, Ekologiya və Təbii Sərvətlər Nazirliyinin, Səhiyyə Nazirliyinin rəsmiləri ilə yanaşı bir sıra dövlət və özəl tibb ocaqlarının əməkdaşları da olub.Sağlamlıq turizmi sektorunda mövcud olan qabaqcıl təcrübələrin araşdırılaraq ölkəmiz üçün bu sahədə inkişaf istiqamətlərinin müəyyən edilməsinə həsr olunan beynəlxalq konransda Bioloji Təbabət İnteqrativ Müalicə Mərkəzini tibb ocağının icraçı direktoru Qüdrət Yaqubov və strateji inkişaf departamentinin meneceri Fərid Xankişiyev təmsil ediblr.

Tədbirdə giriş sözü söyləyən Dövlət Turizm Agentliyinin sədri Fuad Nağıyev çıxışında qeyd edib ki, ölkəmizin sağlamlıq turizmi üzrə imkanlarının regional və beynəlxalq səviyyədə tanıdılması, bu sahədə marketinq fəaliyyətinin təşkili, brendin yaradılması Dövlət Turizm Agentliyinin əsas fəaliyyət istiqamətlərindən biri kimi müəyyən olunub.

Sağlamlıq turizmi üçün zəngin potensialı olan Qarabağ və Şərqi Zəngəzura cəlb edilən türkiyəli mütəxəssislər bu regionda sağlamlıq turizmi resurslarını araşdıraraq maraqlı təkliflər veriblər.

2 gün davam edən konfransda Türkiyə, Rusiya, İsveçrə, Malaziya, Qazaxıstan və Çex Respublikasından olan mütəxəssisləri sağlamlıq turizmi ilə bağlı yeni fikir və mülahizələrini iştirakçılarla bölüşüblər.

Beynəlxalq tədbirdə maraqlı nüanslardn biri də Azərbaycanın sağlamlıq turizm mərkəzlərinin, tibbi turizm xidməti göstərən hotel və sanatoriyaların fəaliyyətini əks etdirən videoçarxın nümayişi olub.

Fasilələrdə iştirakçılar Masallı Bioloji Təbabət İnteqrativ Müalicə mərkəzində sağlamlıq turizmi üçün faydalı tibbi xidmət növü olan Naxçıvan duzundan istifadə olunan Duz mağarasının, Naftalan neftinin tətbiq edildiyi müalicəvi vannaların fotoşəkillərini əks etdirən bukletlərlə tanış olublar.

Qonaqlara gözəl təbiətli Masallı şəhərində yerləşən, tibbi turizmin inkişafı üçün aktual və vacib sayılan müalicə metodlarının tətbiq olunduğu sağlamlıq ocağının fəaliyyəti barədə də ətraflı məlumat verilib.

Daha sonra konfrans işini panel sessiyalarla davam etdirib. “Azərbaycan sağlamlıq turizmi mərkəzi kimi: cari vəziyyət və imkanlar” mövzusundakı ilk sessiyada xaricilərlə yanaşı yerli mütəxəssislərin də çıxışları maraqla qarşılanıb. Azərbaycanın təbii ehtiyatlarının qlobal turizm bazarında dəyərləndirilməsi, ölkənin mədəni irsi ilə sağlamlıq turizmini birləşdirən strateji yanaşmaların inkişaf etdirilməsi və mövcud infrastrukturun daha da təkmilləşdirilməsi üzrə planlar müzakirə olunub.

“Sağlamlıq turizmində qlobal və uğurlu təcrübələr: Azərbaycan üçün təkliflər”, “Azərbaycan tibbi turizmi: Gələcəyə baxış və strategiya” adlı panel sessiyalar zamanı isə dünya üzrə uğur qazanmış ölkələrin sağlamlıq turizmi təcrübələri ilə yanaşı, onların tətbiq etdiyi texnologiyalar, rəqəmsal innovasiyalar, həmçinin sağlamlıq turizmi xidmətlərinin keyfiyyətini artırmaq üçün istifadə olunan yeni metodlar ətrafında da fikir mübadiləsi aparılıb.

Medicina.az

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:113
embedMənbə:https://www.medicina.az
archiveBu xəbər 04 Noyabr 2024 18:30 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Məktəblərdə geyimlə bağlı qərar buna görə verilib deputat açıqladı

10 Oktyabr 2026 21:01see999

Təhsil mühitində vahid qaydalar: “Hər kəs geyim normalarına əməl etməlidir”

10 Oktyabr 2026 13:23see463

Yuxuya getməyi asanlaşdıran 7 qida

10 Oktyabr 2026 16:04see366

Səhiyyə Nazirliyinin rəsmisi: Qlobal olaraq orta ömür dünyada 73 ili, Azərbaycanda 77 ili ötüb

10 Oktyabr 2026 09:46see284

Liqa 1: “Monako” evdə “sülh”ə razılaşdı

11 Oktyabr 2026 01:07see272

Karrik azarkeşlərin etirazına münasibət bildirdi

11 Oktyabr 2026 01:11see271

Azərbaycanlıların orta ömür uzunluğu 77 il olub Səhiyyə Nazirliyi

10 Oktyabr 2026 09:47see250

Azərbaycanın aparıcı pambıq və iplik istehsalçısı yeni şirkət yaradıb

10 Oktyabr 2026 12:58see241

Qəhvəyi mərmər bağacığının Quba Xaçmaz bölgəsində artımının səbəbləri açıqlanıb

10 Oktyabr 2026 20:16see215

Avrasiyanın yeni iqtisadi güc mərkəzi fəaliyyətini genişləndirir

10 Oktyabr 2026 11:33see208

Səhiyyə Nazirliyi: Azərbaycanda qeyri infeksion xəstəliklərin göstəricisi və ümumi xəstəlik yükü artmaqdadır

10 Oktyabr 2026 10:34see203

AIIB ölkəmizdə “yaşıl” enerji layihələrinə qrant ayıracaq

10 Oktyabr 2026 11:37see201

Xalq artistindən qızı ilə İspaniyada CANLI İFA

10 Oktyabr 2026 18:50see199

Kamil Şahverdiyev: Rəşid Behbudovun müəllif hüquqları Azərbaycana məxsus deyil

10 Oktyabr 2026 17:25see198

Əməkdar artist oğlu ilə rəqs etdiyi görüntüləri paylaşdı

10 Oktyabr 2026 14:45see195

Özəl Məhkəmə Ekspertlərinin Palatası yaradılacaq Tarix AÇIQLANDI

10 Oktyabr 2026 20:01see192

Məktəblərdə vahid geyim niyə vacibdir? Aygün Bağırlı

11 Oktyabr 2026 10:22see188

Məşhur müğənni Ledi Qaqa makiyajsız görünüşü ilə izləyicilərini təəccübləndirdi Video

10 Oktyabr 2026 18:02see187

Azərbaycanın tanınmış şairi VƏFAT ETDİ

11 Oktyabr 2026 01:05see185

Xarici turizmə maraq azalır: Ekspertlər üç əsas səbəbi açıqladılar

11 Oktyabr 2026 14:45see174
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri